Cəmiyyət 

Azərbaycanda imtahan sualları niyə bilərəkdən “tələ” kimi qurulur? -İmtahan qalmaqalı

Azərbaycanda təhsil sistemində illərdir müzakirə olunan, lakin köklü şəkildə həllini tapmayan problemlərdən biri – qiymətləndirmə və sual tərtibatı məsələsi yenidən gündəmə gəlib. Bu dəfə məsələni açıq və sərt şəkildə dilə gətirən isə elm və təhsil naziri Emin Əmrullayev olub. Nazir bildirib ki, Azərbaycanda bir çox fənn mütəxəssisləri istər dil, istər tarix sahəsində çalışanlar imtahan sualları hazırlayarkən əsas məqsədi şagirdin və ya namizədin real bilik və bacarığını ölçmək deyil, onu çaşdırmaq üzərində qururlar. O,  bu tendensiyanın xüsusilə müəllimlərin işə qəbulu imtahanlarında da açıq şəkildə müşahidə olunduğunu vurğulayıb. Bu, dəyişməlidir. Çünki “sual insanı…

Read More
Siyasət 

Hikmət Hacıyev “Sülh Körpüsü” təşəbbüsünün iştirakçıları ilə görüşdən paylaşım etdiFOTOVİDEO

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qəbələdə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə baş tutan ikitərəfli görüşlə bağlı paylaşım edib. Musavat.com xəbər verir ki, Hikmət Hacıyev bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib. “Bu gün Qəbələdə “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində Ermənistandan olan vətəndaş cəmiyyəti nümayəndələri ilə açıq dialoq keçirdik. Müzakirələrimiz iki saatdan çox davam etdi. Bir daha vurğuladım ki, Azərbaycanın mövqeyi yalnız sülhə yönəlib”, – deyə prezidentin köməkçisi bildirib.  

Read More
Kriminal 

Masazırda 2 qadın qətlə yetirildi – Cinayət işi başlandı

Abşeron rayonu, Masazır qəsəbəsində iki qadının qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanılıb. Bu barədə Musavat.com-a Baş Prokurorluqdan məlumat verilib. Qeyd olunub ki, aprelin 11-də Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində Pərişan Süleymanova və Nuranə İsgəndərlinin qəsdən öldürülməsi faktı ilə bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələrilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Read More
Hava 

SON DƏQİQƏ! Sarı və narıncı XƏBƏRDARLIQ EDİLDİ

Aprelin 12-13-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Bu barədə Musavat.com-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Naxçıvan MR, Xızı, Siyəzən, Quba, Xaçmaz, Şabran, Gəncə, Şəmkir, Qazax, Tovuz, Ağstafa, Gədəbəy, Ağdam, Kəlbəcər, Laçın, Füzuli, Zəngilan, Yevlax, Bərdə, Tərtər, Biləsuvar, Neftçala, Lənkəran, Astara, Cəlilabad, Masallı, Lerik, Yardımlı, Hacıqabul, Qobustanda sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Bakıda və Abşeron yarımadasında, Goranboy, Naftalan, Daşkəsən, Mingəçevir və Qusarda isə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb…

Read More
Hava 

Hava ilə bağlı KRİTİK XƏBƏRDARLIQ: axşam saatlarına DİQQƏT…

Bu gün respublika ərazisində hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Lakin günün ikinci yarısında bəzi bölgələrdə, xüsusilə dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağıntı ehtimalı var. Paytaxt Bakı və Abşeron yarımadasında günün ilk yarısında günəşli hava müşahidə olunacaq. Axşam saatlarına doğru isə buludluluğun artacağı proqnozlaşdırılır. Havanın temperaturu gecə 10 dərəcə, gündüz isə 21 dərəcəyədək yüksələcək. Şimal-şərq küləyinin əsəcəyi, küləyin sürətinin bəzi vaxtlarda 19 km/saatadək güclənəcəyi bildirilir. Rütubət səviyyəsinin isə 55 faiz ətrafında olacağı gözlənilir. Bölgələrdə hava əsasən sabit keçsə də, axşam…

Read More
Cəmiyyət 

Balın təbiiliyi necə müəyyən olunur? – VİDEO

Balın təbiiliyi Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) müvafiq laboratoriyalarında müayinələr əsasında dəqiq müəyyən edilə bilər. “İki sahil” xəbər verir ki, satışda “təbii bal” adı ilə müxtəlif məhsullar təqdim olunsa da, onların keyfiyyəti xüsusi göstəricilər üzrə qiymətləndirilir. Əsas meyarlara diastaza ədədi, prolin miqdarı, hidroksimetil furfural (HMF) səviyyəsi, şəkər tərkibi və pestisid qalıqları daxildir. Prolinin yüksək olması balın təbii və keyfiyyətli olduğunu göstərir. HMF səviyyəsinin artması məhsulun yüksək temperaturda saxlanıldığını və ya uzun müddət düzgün şəraitdə qorunmadığını bildirir. Diastaza ədədi isə balın ferment aktivliyini göstərərək onun təzəliyini müəyyən etməyə kömək edir. Eyni zamanda, arıçılıqda…

Read More
Gündəm 

Prezident İlham Əliyev Tbilisidə xatirə kitabına nələri yazıb? – VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstana rəsmi səfəri çərçivəsində Fəxri qonaqlar kitabına ürək sözlərini qeyd edib. Musavat.com  AzTV-yə istinadən xəbər verir ki, dövlət başçısı xatirə kitabında Azərbaycan və Gürcüstan arasındakı münasibətlərin əhəmiyyətini vurğulayıb. “Dost Gürcüstana dövlət səfərinə gəlməkdən çox məmnunam. Azərbaycan və Gürcüstan xalqlarını dərin tarixi kökləri olan çoxəsrlik dostluq və mehriban qonşuluq münasibətləri birləşdirir”, – deyə xatirə kitabında qeyd edilib. Xatırladaq ki, Prezident İlham Əliyevin Gürcüstana dövlət səfəri aprelin 6-da baş tutub.

Read More
Cəmiyyət 

Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? – Dəhşətli GÖRÜNTÜLƏR yayıldı – VİDEO

Sosial şəbəkələrdə çiyələyə təhlükəli kimyəvi maddələrin vurulmasını əks etdirən görüntülər geniş müzakirələrə səbəb olub. Musavat.com ATV-yə istinadən xəbər verir ki, kadrlarda danışan şəxsin məhsulu “zəhər” adlandırması və zarafatla “çiyələyin ürəyi tutub” deməsi istehlakçılar arasında ciddi narahatlıq yaradıb. Cəlilabad rayonunun Privolnoye kəndində çəkilən görüntülərlə bağlı fermer Natiq Bədirov danışıb. O, videonun sadəcə dost-tanış arasında zarafat məqsədilə çəkildiyini iddia edib: “Məqsədim sırf gülmək olub. Orada istifadə olunan dərmanlar gəmiricilərə və həşəratlara qarşıdır, insana heç bir ziyanı qoxdur”. Digər təsərrüfat sahibləri də istifadə olunan maddələrin bioloji preparatlar olduğunu və insan orqanizmi üçün təhlükə yaratmadığını…

Read More
Cəmiyyət 

TƏCİLİ: Azərbaycanda yenidən ZƏLZƏLƏ OLDU

Xəzər dənizində zəlzələ baş verib. Bu barədə Musavat.com-a Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib. Bildirilib ki, yerli vaxtla saat 07:47-də qeydə alınan zəlzələnin maqnitudası 3.3 olub. Zəlzələnin ocağı 32 kilometr dərinlikdə yerləşib. Qeyd edək ki, aprelin 7-si və 8-də 3-5 bal gücündə altı zəlzələ qeydə alınıb.

Read More