Kənd təsərrüfatının inkişafı ərzaq təhlükəsizliyinin təminatıdır
Ölkə fermerləri bu il hansı uğurlara nail olublar? Bu gün bəşəriyyəti narahat edən təhlükələrdən biri də gözlənilən ümumdünya ərzaq qıtlığıdır. Artıq bu narahatlıq beynəlxalq təşkilatların hesabatlarında da davamlı olaraq müşahidə edilir. Məhz bu səbəbdən də indi hər bir ölkə öz ərzaq təhlükəsizliyi üçün önəmli addımlar atmağa çalışır. Xüsusilə indi kənd təsərrüfatının strateji əhəmiyyətliliyi hər gün daha qabarıq görünür. Yəni, ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin olunması, daxili bazarın mühüm növ kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsi, eləcə də ixrac potensialının artırılması məqsədilə əkin sahələri ilbəil genişləndirilir. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari…
Read More