Cəmiyyət 

Leyla və Arzu Əliyevalar Qaxda açılışda- FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın iştirakı ilə Qax rayonunda Axar-Baxar Milli Parkının açılış mərasimi keçirilib.  Açılış mərasimi çərçivəsində ağacəkmə aksiyası təşkil olunub. Ərazidə iqlim və torpaq şəraitinə uyğun hesab olunan Eldar şamı, qara şam, adi şam, zeytun, daş palıdı, Arizona sərvi və piramidal sərv ağacları əkilib. Leyla Əliyeva və Arzu Əliyeva həmçinin Milli Parkın ərazisi və təbiəti ilə yaxından tanış olublar. Eyni zamanda, ekosistemdə balansın bərpası və biomüxtəlifliyin qorunmasına dəstək məqsədilə Acınohur çölü ərazisində 10 ceyran,…

Read More
Siyasət 

Prezidentin Serbiyaya səfəri gözlənilir

Azərbaycan Prezidenti İlham Əliyevin Serbiyaya səfəri gözlənilir. Musavat.com-un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Serbiya Milli Assambleyanın sədr müavini Covan Canciç deyib. “Prezident İlham Əliyevin səfərinin baş tutacağını gözləyirik. Bundan sonra Serbiya Prezidenti Aleksandar Vuçiç də Azərbaycana səfər edəcək”, – Covan Canciç bildirib.

Read More
Gündəm 

AMEA-da mənimsəmə və sui-istifadə halları araşdırılır

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) araşdırmalar davam edir. Araşdırma AMEA prezidenti İsa Həbibbəylinin rəhbərlik etdiyi dövrü, eyni zamanda, daha öncəki rəhbərlərin (Ramiz Mehdiyev, Akif Əlizadə) fəaliyyət illərini əhatə edir. Araşdırmanın Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsi tərəfindən aparıldığı bildirilir. İstintaq AMEA-da mənimsəmə və sui-istifadə hallarının olub-olmamasını araşdırır. Qeyd edək ki, indiyədək AMEA-da baş verən qanun pozuntuları ilə bağlı fərqli illərdə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində müxtəlif cinayət işləri istintaq olunub. Baş prokuror Kamran Əliyev də oktyabrın 1-də mətbuata açıqlamasında AMEA-da ayrı-ayrı vaxtlarda baş verən qanun…

Read More
Hava 

Sabah yağış yağacaq – PROQNOZ

Bakıda və Abşeron yarımadasında oktyabrın 30-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, 29-dan 30-na keçən gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Musavat.com-a verilən məlumata görə, güclü şimal qərb küləyi günün ikinci yarısında mülayimləşəcək. Havanın temperaturu gecə 12-14, gündüz 15-18 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-60 % təşkil edəcək. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı…

Read More
Cəmiyyət 

Dəmir yolu xətlərinə 37 dəfə kənar əşya qoyulub

Bu ilin yanvar-sentyabr aylarında “Azərbaycan Dəmir Yolları” QSC qatarlarının maşinistləri qatar yoluna kənar əşyalar qoymaq səbəbindən 37 dəfə təcili tormozlama ediblər. Bu barədə Musavat.com-a ADY-dən məlumat verilib. Bildirilib ki, nəticədə sərnişinlərin və qatar heyətinin həyatına təhlükə, həmçinin qrafikdə gecikmələr yaranıb. Hadisələrin əksəriyyətində relslər üzərinə qəsdən daş düzülməsi halları müşahidə olunub. Xatırladaq ki, bu cür məsuliyyətsiz hərəkətlərlə qatarlara ziyan vuranlar Azərbaycan qanunvericiliyi əsasında məsuliyyətə cəlb olunurlar.

Read More
Cəmiyyət 

“Ramiz Mehdiyev Fəxri xiyabanda dəfn olunacaq”

Akademik əgər 3-4 il öncə “uspet” edə bilsəydi… Prezident Administrasiyasının sabiq rəhbəri, akademik Ramiz Mehdiyev hazırda cinayət məsuliyyətinə cəlb olunmuş, dövlət çevrilişinə cəhd, vətənə xəyanət və külli miqdarda vəsaitlərin leqallaşdırılması ittihamları ilə Səbail Rayon Məhkəməsinin qərarı ilə istintaq altındadır. Musavat.com xəbər verir ki, 87 yaşlı Mehdiyevin səhhətində ciddi problemlər olduğu bildirilir. Əslində, bu hadisələr olmasaydı, bu gün oxuduğunuz başlıq – “Ramiz Mehdiyev Fəxri xiyabanda dəfn olunacaq” – tamamilə fərqli mənada xəbər lentlərini bəzəyəcəkdi. Təsəvvür edin ki, bu hadisələr baş verməyib, Ramiz Mehdiyev dünyasını dəyişib və dövlət televiziyaları “xalqın görkəmli alimi”, “böyük dövlət xadimi”…

Read More
Hadisə 

Toyunda ölən Əfsanə 7 aylıq hamilə imiş – Bir evdə yaşayırmışlar

Astaranın Dolu kəndində 17 yaşlı Əfsanə Maqsud qızı İmanovanın toy günü faciə ilə nəticələnib. Gənc gəlin toy zamanı özünü pis hiss edib və xəstəxanaya aparılsa da, həyatını itirib. Əfsanə uzun müddət nişanlısı ilə birgə yaşasa da, rəsmi toy mərasimi oktyabrın 28-də baş tutub. Toyun başlamasından təxminən bir saat sonra qızın səhhəti qəfil pisləşib. Pəlikəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Xəqani Xalıbov Bizim.Media-ya bildirib ki, gəlin 7 aylıq hamilə olub və valideynlər bu vəziyyəti gizlətmək üçün toyun təşkilini tələsdiriblər. Onun sözlərinə görə Əfsanə və həyat yoldaşı Dolu kəndində qeydiyyatda olsalar…

Read More
Siyasət 

Azərbaycan Rotterdam Konvensiyasına QOŞULDU

Azərbaycan “Beynəlxalq ticarətdə müəyyən təhlükəli kimyəvi maddələr və pestisidlər üzrə qabaqcadan əsaslandırılmış razılıq proseduru haqqında Rotterdam Konvensiyası”na qoşulub. Musavat.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Milli Məclisin qəbul etdiyi qanunu təsdiqləyib. Konvensiya adından göründüyü kimi 10 sentyabr 1998-ci ildə Niderlandın Rotterdam şəhərində imzalanıb.

Read More
Gündəm 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə yeni səlahiyyət verildi

Prezident İlham Əliyev “Beynəlxalq ticarətdə müəyyən təhlükəli kimyəvi maddələr və pestisidlər üzrə qabaqcadan əsaslandırılmış razılıq proseduru haqqında Rotterdam Konvensiyası”na qoşulmaq barədə 30 sentyabr 2025-ci il tarixli qanunun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında sərəncam imzalayıb. Musavat.com xəbər verir ki, sərəncama əsasən, Konvensiyada nəzərdə tutulmuş səlahiyyətli milli qurum qismində Ekologiya və Təbii Sərvətlər Nazirliyi müəyyən edilib. Nazirlər Kabineti qanundan irəli gələn məsələləri həll etməli, Xarici İşlər Nazirliyi səlahiyyətli milli qurumun müəyyən edildiyi barədə Konvensiyanın Katibliyinə müvafiq bildiriş göndərməlidir.

Read More