Siyasət 

Məzahir Pənahov da gedir – MSK yenidən formalaşacaq

Hazırkı tərkibdən kimlər kənarda qalacaq?  Mərkəzi Seçki Komissiyasının (MSK) tərkibi yenidən formalaşacaq. Bu barədə Metbuat.az-a MSK-dakı mənbə məlumat verib. Bildirilir ki, MSK-nın buraxılması ilin sonunadək də elan oluna bilər.  Məlumatlı şəxs bildirib ki, MSK-nın yeni tərkibi gələn ilin martında seçiləcək. Yada salaq ki, MSK-nın hazırkı tərkib 2021-ci ilin aprel ayının 27-də formalaşıb. Mövcud qanunvericiliyə görə, MSK-nın səlahiyyət müddəti 5 ildir. Hazırda MSK-ya Məzahir Pənahov sədrlik edir. O, gələn ilin mart ayında 75 yaşını tamamlayacaq.  Məzahir Pənahov 2000-ci ildən etibarən bu vəzifəni daşımaqdadır. O, 1998-2000-ci illərdə MSK-nın Beynəlxalq Əlaqələr İdarəsinin rəisi…

Read More
Siyasət 

Bakı ABŞ ilə strateji müttəfiqlik yolunda

İki ölkənin İşçi Qrupunun fəaliyyətinə tezliklə start veriləcək; Tramp dönəmində əlaqələr ən yaxşı dövrünü yaşayır – gözlənti  ABŞ Prezidenti Donald Tramp Cənubi Qafqazda məhz Azərbaycanı özünün strateji tərəfdaşı seçərək keçmiş administrasiyanın yanlış siyasətini düzəltməyə çalışır. Azərbaycan və ABŞ arasında münasibətlər 1990-cı illərin əvvəllərindən başlayaraq müxtəlif mərhələlərdən keçib. Lakin 2025-ci ilin avqustunda Vaşinqtonda imzalanan Anlaşma Memorandumu ikitərəfli münasibətlərdə strateji tərəfdaşlıq dövrünü açdı. Yaxın vaxtlarda ABŞ-Azərbaycan Strateji İşçi Qrupunun fəaliyyətinə start veriləcək. Bu barədə “Report”un ABŞ bürosuna Birləşmiş Ştatların Dövlət Departamentinin mətbuat xidmətindən məlumat verilib. Dövlət qurumundan bildirilib ki, bu təşəbbüs iki…

Read More
Cəmiyyət 

Ət bazarında qonşu asılılığı: İdxalın 98%-i iki ölkədən gəlir

“Ölkəyə gətirilən diri iri buynuzlu heyvanların 65%-i Rusiyadan, 10%-i Qazaxıstandan, 25%-i isə Gürcüstandan idxal olunur. Diri xırda buynuzlu heyvanların 88%-i Gürcüstandan, 10%-i isə Rusiyadan gətirilir. Beləliklə, Azərbaycanın diri heyvan idxalının 98%-i məhz bu iki ölkənin payına düşür. Təbii ki, burada coğrafi yaxınlıq və logistika üstünlüyü mühüm rol oynayır”. Bunu BiG.AZ-a açıqlamasında iqtisadçı Xalid Kərimov bildirib. O, qeyd edib ki, təzə və soyudulmuş mal əti üzrə əsas tədarükçü ölkə Belarusiyadır. Hazırda Belarusiya Azərbaycan bazarına gətirilən təzə və soyudulmuş mal ətinin təxminən 99%-ni təmin edir: “Dondurulmuş iri buynuzlu heyvan ətləri arasında Ukraynanın payı…

Read More
Cəmiyyət 

Valideynlərdən pul yığılması qanunsuzdur — məktəblərin xərclərini dövlət qarşılayır

“Məktəblərin maliyyələşmə mexanizmləri göstərir ki, dövlət ümumtəhsil müəssisələrinin saxlanılması, təmiri və təsərrüfat xərcləri dövlət büdcəsi hesabına təmin edilir. “Təhsil haqqında” Qanuna əsasən, məktəblərin tikintisi və təmiri yalnız büdcə vəsaiti ilə həyata keçirilə bilər. Bu, valideynlərdən pul yığılmasının qanunsuz olduğunu açıq göstərir. Bununla belə, bəzi hallarda məktəb rəhbərləri və valideyn komitələri siniflərin təmiri, pərdələrin və işıqlandırmanın yenilənməsi kimi işlər üçün valideynlərdən pul toplamağa meyllənirlər. Bu yanaşma qanunsuz olmaqla yanaşı, təhsil sisteminə ictimai etimadı da azaldır”. Bunu BiG.AZ-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib. O, qeyd edib ki, 2024-cü ilin dövlət büdcəsində təhsil…

Read More
Hava 

Hava nə vaxt düzələcək?

Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, oktyabrın 30-u saat 9:00-a olan faktiki hava şəraiti dəyişkən olub. Hazırda ölkənin bir çox bölgəsində küləkli və yağıntılı hava hökm sürür, bəzi yerlərdə leysan xarakterli intensiv yağışlar müşahidə olunur. Yüksək dağlıq ərazilərdə qar yağır. Qrızda qarın hündürlüyü 10 sm, Şahdağ və Xınalıqda 8 sm, Laza və Kəlbəcərdə isə 3 sm təşkil edir. Düşən yağıntının miqdarı Qusarda 20 mm, Qubada və Ağstafada 19 mm, Yevlaxda 7 mm, Şəki, Qax, Qəbələ, Xızı və Daşkəsəndə 6 mm olub. Yağış…

Read More
Siyasət 

Kilsə Azərbaycana qarşı: qapı-qapı düşüb…

Erməni revanşist düşüncəli kilsə xadimləri qapı-qapı gəzərək Bakıda mühakimə olunan hərbi canilərin azadlığa buraxılması mövzusunu müzakirə edirlər. Bu dəfə “Bakıda qeyri-qanuni saxlanılan erməni məhbusların azad edilməsi təcili imperativdir”, – deyə Kilikiyanın Böyük Evinin katolikosu Aram I Beynəlxalq Xristian Həmrəyliyi Təşkilatının prezidenti Con Eybnerlə görüşü zamanı deyib. Eybner onların təşkilatının Ermənistanda və “artsax”da, eləcə də “Bakıda qanunsuz saxlanılan erməni məhbuslar adından gördüyü işləri” təqdim edib.  Bundan əvvəl isə katolikos I Aram Kanada baş naziri ilə görüşdə bu məsələləri müzakirə etmişdi. Göründüyü kimi, kilsə indi də Araik və ortaqları olan hərbi canilərin…

Read More
Gündəm 

Regional turizm şuralarının işçi qruplarının iclasları keçirilib

  28-29 oktyabr tarixlərində Qəbələ və Qax-Balakən Regional Turizm Şuralarının işçi qruplarının iclasları keçirilib. Görüşlərdə turizm şuralarının əhatə etdiyi rayonlar üzrə fəaliyyət göstərən dövlət qurumlarının yerli nümayəndəlikləri, eləcə də turizm sahəsi ilə birbaşa və ya dolayısı ilə bağlı olan dövlət və özəl sektor təmsilçiləri iştirak ediblər. Görüşlərdə rayon icra hakimiyyəti başçılarının müavinləri çıxış edərək şuraların yaradılmasının regionun sosial-iqtisadi inkişafına və əhalinin rifahının yüksəldilməsinə töhfə verəcəyini vurğulayıblar. Dövlət Turizm Agentliyinin sədrinin müşaviri və şuraların sədri Kənan Quluzadə çıxışında regional turizm şuralarının yaradılmasının məqsədi və onların fəaliyyətini tənzimləyən normativ-hüquqi baza barədə məlumat…

Read More
Hava 

Oktyabrın son gününün hava proqnozu AÇIQLANDI

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Musavat.com-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilb ki, mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-14, gündüz 18-22 dərəcə isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 766 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-12, gündüz 18-22, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə…

Read More
Gündəm 

Rayon rəhbərləri niyə bir-bir həbs olunur – “mini krallıqların” sonu, yoxsa… ?

Xəbər verdiyimiz kimi, Balakən Rayon İcra Hakimiyyətində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən genişmiqyaslı əməliyyat keçirilib. Əldə olunan ilkin məlumata görə, əməliyyat korrupsiya hüquqpozmaları və vəzifə cinayətləri ilə bağlı aparılıb. Bu əməliyyat çərçivəsində rayonun icra başçısı İslam Rzayev və bir neçə digər vəzifəli şəxs saxlanılıb. Qeyd edək ki, İslam Rzayev 18 may 2011-ci ildən Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. O, uzun müddət bölgədə əsas fiqurlardan biri hesab olunurdu. Lakin son illər dövlət səviyyəsində aparılan antikorrupsiya siyasəti fonunda onun da adı tez-tez neqativ kontekstdə hallanırdı. Əslində, Rzayevin saxlanılması ictimaiyyətdə elə…

Read More