Cəmiyyət 

Taksilərlə bağlı yeni tələblər gəlir – Qiymətlər ARTACAQ?

Taksi ilə sərnişin daşımalarda istifadə olunan avtomobillərlə bağlı yeni tələblər hazırlanacaq. Yeni qaydaların texniki göstəricilər, həmçinin avtomobillərin daxili və xarici görnüşünü də əhatə edəcəyi bildirilir. İndi əsas sual budur: bu dəyişikliklər xidmət keyfiyyətini artıracaq, yoxsa qiymət artımına yol açacaq? Publika.az xəbər verir ki, mövzu ilə bağlı “Yeni Sabah”a danışan nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, proses hələ başlanğıc mərhələsindədir: “Qərarda da göstərilir ki, müvafiq sənəd və qaydalar 2 ay müddətində hazırlanmalıdır. Proses ilkin mərhələdədir. Yəni əvvəlcə həmin təklifləri ərsəyə gətirmək lazımdır. Bundan sonra dəyişikliyin real proseslərə necə təsir göstərəcəyi…

Read More
Təhsil 

Azərbaycanda imtahan sistemi dəyişir? – Nazir açıqladı

Mövcud yanaşmalarda əsas problemlərdən biri sualların mahiyyətindədir. Publika.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Dövlət İmtahan Mərkəzinin yaradılmasının 10 illik yubileyi münasibətilə keçirilən “Qiymətləndirmə Sistemləri: Etimad, Şəffaflıq və İnnovasiya” mövzusunda beynəlxalq elmi-praktik konfransda bildirib. “Müşahidələrim göstərir ki, Azərbaycanda bəzi fənn mütəxəssisləri istər dil, istərsə də tarix sahəsində suallar hazırlayarkən daha çox qarşı tərəfi çaşdırmağa çalışırlar, nəinki onun bilik və bacarıqlarını ölçməyə. Halbuki sualın əsas məqsədi insanın nəyisə bacarıb-bacarmadığını üzə çıxarmaq olmalıdır. Bu yanaşma dəyişməlidir. Bu, ayrı-ayrı qurumların deyil, ümumilikdə Azərbaycan pedaqogikasında mövcud olan problemdir və daha çox…

Read More
Siyasət 

Şuşa və Naxçıvanda Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı tədbirlər keçiriləcək

Qarşıdakı həftələrdə Şuşa və Naxçıvan şəhərlərində Dayanıqlı İnkişaf Məqsədləri (DİM) ilə bağlı silsilə tədbirlərin keçirilməsi planlaşdırılır. “İki sahil” xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı müvəqqəti resident əlaqələndiricisi İqor Qarafuliç BMT-nin Davamlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsinin Yüksək Səviyyəli Birgə Rəhbər Komitəsinin iclasında bildirib. Onun sözlərinə görə, tədbirlər çərçivəsində aprelin 29–30-da Şuşada, mayın 7–8-də isə Naxçıvanda yerli icra orqanları ilə məsləhətləşmələr və seminarlar təşkil olunacaq. “Görüşlərin əsas məqsədi yerli qurumların Dayanıqlı İnkişaf Məqsədlərinə yanaşmalarını öyrənmək və bu istiqamətdə əməkdaşlığı gücləndirməkdir. Bununla yanaşı, universitetlərdə maarifləndirmə tədbirləri keçiriləcək, yerli icmalarla dialoqlar təşkil olunacaq. Bu təşəbbüslər…

Read More
Siyasət 

Milli Məclisin iclası başlayıb

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası öz işinə başlayıb. Musavat.com-un məlumatına görə, spiker Sahibə Qafarova giriş nitqində Çin Xalq Respublikasına işgüzar səfəri, keçirilən görüşlər və tədbirlər barədə məlumat verib. Bildirib ki, səfər zamanı parlamentlər aradında əlaqələrin inkişaf etdirilməsi barədə razılıq əldə olunub. Qeyd edək ki, bugünki iclasın gündəliyinə 11 məsələ daxildir.

Read More
Cəbhədən Xəbər 

Zakir Həsənov döyüş atışlı taktiki təlimin gedişatını yoxladı – FOTOLAR

Müdafiə Nazirliyinin rəhbərliyi və digər vəzifəli şəxslər N hərbi hissəsində keçirilən döyüş atışlı taktiki təlimin gedişatını yoxlayıb. Bu barədə Musavat.com-a Nazirlikdən məlumat verilib. Bildirilib ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənova xəritə üzərində təlimin mövzusu, mərhələləri və icra olunma ardıcıllığı məruzə edilib. Qeyd olunub ki, cari ilin hazırlıq planına uyğun olaraq müasir döyüş üsulları nəzərə alınmaqla keçirilən taktiki təlimin əsas məqsədi yeni əməliyyat konsepsiyasına uyğun komandirlərin çevik qərar qəbuletmə qabiliyyətinin artırılması, qarşılıqlı uzlaşma şəraitində bölmələrin idarə edilməsi, eləcə də şəxsi heyətin nəzəri və praktiki vərdişlərinin təkmilləşdirilməsidir. Müdafiə Nazirliyinin rəhbərliyi bölmələrin taktiki fəaliyyətlərini…

Read More
Region Xəbərləri 

Ağcabədi və Beyləqanda meşələrdə yanğın təhlükəsizliyi gücləndirilir -VİDEO

Fövqəladə Hallar Nazirliyi tərəfindən Ağcabədi və Beyləqan rayonlarında meşələrin yanğın təhlükəsizliyinə dair maarifləndirmə tədbirləri təşkil olunub. Nazirliyin Dövlət Yanğın Nəzarəti Xidmətinin müvafiq əmrinin icrası çərçivəsində Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişaf Xidmətinin 9 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin Ağcabədi və Beyləqan rayonlarının ərazisində yerləşən meşəbəyliklərində, eləcə də meşəətrafı ərazilərdə fəaliyyət göstərən ictimai iaşə obyektlərində maarifləndirmə işləri aparıblar. Tədbirlər zamanı meşə və meşəətrafı sahələrdə yanğın təhlükəsizliyinin mövcud vəziyyəti təhlil olunub, xüsusilə yay mövsümündə baş verə biləcək yanğınların qarşısının alınması üçün görülmüş qabaqlayıcı tədbirlər…

Read More
Gündəm 

Azərbaycanda gömrüklə bağlı daha bir yenilik

2026-cı ildə Azərbaycanda gömrükdə beynəlxalq daşımalarda əvvəlcədən məlumatlandırma sistemi tətbiq ediləcək. İlin sonunadək bununla bağlı normativ hüquqi baza təkmilləşdiriləcək. Belə ki, Dövlət Gömrük Komitəsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə 2026-cı il dekabrın 1-dək gömrük məqsədləri üçün beynəlxalq daşımalarda əvvəlcədən məlumatlandırma sisteminin qurulması məqsədilə normativ hüquqi bazanı təkmilləşdirilməlidir. Qeyd edək ki, gömrük məqsədləri üçün beynəlxalq daşımalarda əvvəlcədən məlumatlandırma sisteminin qurulması Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Etibarlı Tərəfdaş Konsepsiyası”nda öz əksini tapıb. Konsepsiyada Dövlət Gömrük Komitəsinə İqtisadiyyat Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə 2026-2028-ci illərdə…

Read More
Hava 

Bu gün 22 dərəcə isti olacaq

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. Bu barədə Publika.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Havanın temperaturu gecə 8-10° isti, gündüz 14-17° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir…

Read More
Cəmiyyət 

Bu tarixdə qısa iş günü olacaq

Azərbaycanda 26 may tarixi qısaldılmış iş günü olacaq. Musavat.com xəbər verir ki, Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, bayram günündən əvvəlki iş günü bir saat azaldılır. Bu səbəbdən 27 və 28 may tarixlərində qeyd olunacaq Qurban bayramı ilə əlaqədar olaraq 26 may (çərşənbə axşamı) ölkə üzrə qısaldılmış iş günü olacaq. Qeyd edək ki, 27, 28, 29, 30 və 31 may tarixləri ardıcıl qeyri-iş günləri olacaq. (Metbuat.az)

Read More
Cəmiyyət 

Azərbaycanda 100 yaşa çatmaq PROBLEMİ

Azərbaycanda yaşı 100 və daha yuxarı olan şəxslərin sayı açıqlanıb. Musavat.com xəbər verir ki, bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib. Qeyd olunur ki, bu ilin yanvarına olan vəziyyətə əsasən, ölkə üzrə 100 və yuxarı yaşda əhalinin ümumi sayı 1 471 nəfər (629 kişi, 842 qadın) qeydə alınıb. Bu rəqəmlər bir neçə maraqlı məqamı ortaya qoyur. Əvvəla, Azərbaycanda 100 yaş və daha yuxarı şəxslərin sayının 1471 nəfər olması uzunömürlülük baxımından müəyyən müsbət tendensiyanın olduğunu göstərir. Bu, həm səhiyyə xidmətlərinin inkişafı, həm də həyat şəraitinin əvvəlki dövrlərlə…

Read More