Gündəm 

Mərkəzi Asiyanın ixrac xəritəsini dəyişəcək layihə

Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri çərçivəsində səsləndirdiyi fikirlər, xüsusilə Zəngəzur dəhlizi ilə bağlı bəyanatı Cənubi Qafqazda geoiqtisadi sistemin yenidən qurulduğunu bir daha nümayiş etdirdi Prezident İlham Əliyevin oktyabrın 21-də Qazaxıstana dövlət səfəri çərçivəsində həmkarı Kasım-Jomart Tokayevlə mətbuata bəyanatında səsləndirdiyi fikirlər Cənubi Qafqazda formalaşan yeni reallıqların bariz təzahürüdür. Dövlət başçısının “Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb” fikri regionda uzun illər davam edən gərginliyin real şəkildə aradan qalxmağa başladığını göstərir. Bu qərar, həmçinin Azərbaycanın sülh prosesinə konstruktiv yanaşmasını, düşmənçilik səhifəsini bağlamaq və qarşılıqlı…

Read More
Gündəm 

Qərbi Azərbaycana qayıdış tarixi missiyadır

Azərbaycan 2020-ci ildə qırx dörd günlük Vətən müharibəsindəki tarixi Zəfər ilə ərazi bütövlüyünü, 2023-cü ilin sentyabrında isə lokal antiterror tədbirləri ilə suverenliyini bərpa etdikdən sonra xalqımızda belə bir qəti inam yarandı ki, erməni millətçilərinin riyakar və məkrli siyasəti nəticəsində öz doğma torpaqlarından didərgin salınan Qərbi Azərbaycandan olan soydaşlarımız ölkəmizin başçısının milli maraqlara söykənən, qətiyyətli, prinsipial siyasəti sayəsində tezliklə öz ata-baba yurdlarına qayıdacaqlar. Prezident İlham Əliyev 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının nümayəndələri ilə görüşü zamanı tarixi çıxışında bildirib: “Artıq tarixi ədalət bərpa olunub, otuz il işğal altında olan torpaqlarımız…

Read More
Siyasət 

Paşinyandan Əliyevə şok sözlər – baş nazirin sui-qəsd xofu

Azərbaycanın baş diplomatından Ermənistan rəhbəri ilə bağlı ilginc açıqlama: “İstəyirsiniz ki, məni öldürsünlər?”; Kapitulyant ölkənin lideri niyə təlaşlıdır? “Nikol Paşinyan Ermənistandan qaçacaq”. Tribunainfo.az xəbər verir ki, bunu hərbi ekspert Hayk Nahapetyan deyib. O iddia edib ki, Ermənistan müxalifətinin bunun üçün imkanı var. Nahapetyan maraqlı fikir də səsləndirib. O deyib ki, əgər Paşinyan qaçsa, onun komandasında olan məmurları həbs etməyəcəklər. “Biz onları və Paşinyanın yaxın adamlarını Azərbaycana təhvil verib, əvəzində Bakıda saxlanılan erməniləri alacağıq”. Erməni revanşistin bu sərsəm fikirləri ciddi şəkildə tirajlanır. Ermənistanda seçki yaxınlaşdıqca ən idbar və banal fikirlər də…

Read More
Siyasət 

Azərbaycanın dostu olan nazirə hücum- SKANDAL

Ölkəmizdən qayıdan xanım Sadiqi hədəfə alındı – skandal olaya Bakıdan reaksiya  İranda böyük rezonans doğuran yeni siyasi qalmaqal baş verib. Hadisənin mərkəzində nəqliyyat və şəhərsalma naziri, prezident Məsud Pezeşkianın komandasındakı yeganə qadın nazir Fərzanə Sadiqi dayanır. Modern.az-ın məlumatına görə, nazir ötən həftə Bakıda Azərbaycan, Rusiya və İran nümayəndələrinin iştirakı ilə keçirilən “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə bağlı danışıqlarda iştirak edib. Səfərdən sonra o, Tehrana təyyarə ilə deyil, avtomobillə dönmək qərarına gəlib. Təxminən altı saatlıq yol qət edərək Ərdəbil şəhərinə çatdıqdan sonra oradakı hava limanından paytaxta uçmaq istəsə də, təhlükəsizlik yoxlamasından…

Read More
Gündəm 

Qubadlı Zəfəri – Dəmir Yumruğun səsi ilə azad olan şəhər

Beş il əvvəl – 2020-ci ilin 25 oktyabrı Azərbaycan tarixinin qızıl səhifələrindən birinə çevrildi. Həmin gün qəhrəman Azərbaycan Ordusu Qubadlı şəhərini və ətraf kəndləri düşmən tapdağından azad edərək, Vətən müharibəsində növbəti böyük Zəfərin müəllifinə çevrildi. Xatırladaq ki, o gün Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev xalqımıza bu tarixi xəbəri belə çatdırmışdı: “Bu gün Azərbaycan Ordusu Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!” Cəbrayıl və Zəngilan rayonlarının azad olunması Qubadlıya aparan yolun açılmasında həlledici rol oynadı.…

Read More
Cəmiyyət 

Doğum azalır, yaşlılar artır – səbəb

Ölkənin demoqrafik balansı dəyişir Son onilliklərdə Azərbaycanda əhalinin strukturunda ciddi dəyişikliklər müşahidə olunur. Rəsmi statistika göstərir ki, ölkədə doğum səviyyəsi getdikcə azalır, yaşlı nəsil isə əhalinin ümumi tərkibində daha böyük paya sahib olur. Bu tendensiya yalnız ailə qurmaq və uşaq sahibi olmaqla bağlı fərdi seçimlərlə məhdudlaşmır, burada sosial, iqtisadi, mədəni və psixoloji amillər kompleks şəkildə təsir göstərir. Statistik mənzərə onu deyir ki, ölkədə 30 ilə doğum iki dəfədən çox azalıb. Belə ki, 1991-ci ildə, müstəqilliyin ilk illərində, Azərbaycanda hər 1000 nəfərə 26,6 doğum qeydə alınırdı. O dövr üçün bu, postsovet…

Read More
Gündəm 

Azərbaycan BMT-nin Hökumətlərarası İşçi Qrupunda həmsədr SEÇİLDİ

23 oktyabr tarixində Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı Assambleyasının 2023-cü ildə qəbul edilmiş “Hər Kəs üçün Münasib Mənzil” qətnaməsi ilə yaradılmış Açıq Hökumətlərarası İşçi Qrupun UN-Habitat-ın Keniyanın paytaxtı Nayrobidə yerləşən qərargahında 2-ci sessiyası (OEWG-H2) keçirilib. Sessiya çərçivəsində Azərbaycan həmin İşçi Qrupun bürosunun 2025-2026-cı illər üzrə həmsədri seçilib. Büronun digər həmsədri isə Somali olub. Bundan öncə büroya həmsədrlik Keniya və Fransa tərəfindən həyata keçirilib. Hökumətlərarası İşçi Qrup əhalinin təhlükəsiz, dayanıqlı və əlçatan mənzil ilə təmin olunması məqsədilə qlobal siyasətin formalaşması və icrasının sürətlənməsi üzrə BMT-nin Məskunlaşma Proqramı Assambleyasının katibliyi rolunu oynayır,…

Read More
Gündəm 

Hərbi büdcəmiz azaldılır – daha müharibə olmayacaq?

Azərbaycan dünyada gedən prosesləri yaxından izləyir və buna uyğun da addımlar atır Azərbaycan Maliyyə Nazirliyi növbəti beş il ərzində müdafiə xərclərinin azaldılmasını açıqlayıb. Nazirlik qeyd edib ki, müdafiə xərcləri 8,6% azalacaq, ölkə 2030-cu ildə orduya 4,7 milyard dollar xərcləməyi planlaşdırır.  Plana əsasən, 2026-cı ildə müdafiə xərcləri təxminən 5,12 milyard dollar olacaq ki, bu da ölkənin ümumi büdcə xərclərinin təxminən 21 faizini təşkil edəcək. Üç ildən sonra hərbi xərclərin büdcənin 18,4%-ni təşkil edəcəyi gözlənilir. Yeri gəlmişkən, ölkənin hazırkı büdcəsində müdafiəyə 5 milyard dollar vəsait ayrılıb. 2005-2025-ci illərdə Azərbaycan dövlət büdcəsindən müdafiə…

Read More
Hava 

Sabah hava yağmursuz keçəcək, duman olacaq

Bakıda və Abşeron yarımadasında oktyabrın 25-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Musavat.com-a verilən məlumata görə, səhər və axşam bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var. Səhər isə bəzi yerlərdə zəif duman. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-16, gündüz 19-23 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 60-65 % təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı…

Read More