Siyasət 

SON DƏQİQƏ! Prezident mühüm sərəncam İMZALADI

İki min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Yardımlı–Deman–Arvana avtomobil yolunun dağılmış hissəsi bərpa olunacaq və istinad divarları tikiləcək. Musavat.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla bu məqsəd üçün dövlət büdcəsindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 2 milyon manatı ayrılıb. Maliyyə Nazirliyinə maliyyələşməni təmin etmək, İqtisadiyyat Nazirliyinə avtomobil yolunun təmirinin davam etdirilməsi üçün zəruri olan maliyyə vəsaitini Azərbaycanın 2026-cı il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutmaq tapşırılıb.

Read More
Cəmiyyət 

Tibbi sığortanın əhatə dairəsi genişləndirilir

Milli Məclisin bu gün keçirilən iclasında “Tibbi sığorta haqqında” qanuna təklif edilən dəyişikliklər müzakirəyə çıxarılıb. Musavat.com bildirir ki, qanun layihəsinə əsasən, həbs edilmiş, müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən (məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkənlər istisna olmaqla) əcnəbilərə icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlər göstəriləcək. Layihə həbs edilmiş, müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslərin tibbi müayinəsinin icbari tibbi sığorta çərçivəsində həyata keçirilməsi məqsədilə hazırlanıb. Bildirilib ki, təklif olunan dəyişikliklərə əsasən, sözügedən qanunun müvafiq maddəsində həbs edilmiş, müəyyən…

Read More
İdman 

Bu klub “Qarabağ”ın futbolçusu üçün skaut göndərib

“Panatinakos” klubu “Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviç üçün israrını davam etdirir. Onlar Ağdam təmsilçisinin “Atletik”lə matçına öz skautlarını göndəriblər. Yunanıstan klubu bir ilə yaxındır monteneqrolu futbolçunu yaxından izləyir. “Yaşıllar” bu yay onu transfer etmək istəsə də, Yankoviç bu təklifi geri çevirib. Lakin onların israrı davam edir. Qeyd edək ki, 30 yaşlı futbolçunun “Qarabağ”la 2027-ci ilin yayına qədər müqaviləsi var.  (azerisport.com)

Read More
Cəmiyyət 

Daşbulaq kəndinə növbəti köç karvanı yola salındı

Xocalının Daşbulaq kəndinə növbəti köç karvanı yola salınıb Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Daşbulaq kəndinə 24 nəfərdən ibarət 8 ailənin daimi qayıdışı təmin edilib. Bununlada Daşbulaq kəndinə qayıdan ailələrin sayı 21 ailə (91 nəfər) təşkil edib.//Report

Read More
Siyasət 

İrəvana niyə getmərəm?

Dövlət 44 günlük müharibədə qisasını aldı, barışmaq da, bağışlamaq da onun ixtiyarındadır… Birinci Qarabağ savaşı (mənə görə bu tarix Xankəndidə ilk “miatsum” mitinqindən, yəni 1987-ci ilin 13 fevralından hesablanmalıdır) başlayan ərəfədə Ermənistanda idik. Soxaya qalmış Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) dörd bir yanından yuxarı sinif şagirdlərini SSRİ-nin bir neçə paytaxtına səfərə aparmışdılar. Bakıdan sonra İrəvana, oradan Tiflisə, oradan da Kiyevə getdik. Ermənilər Bakıda özlərini “quzu balası” kimi aparsalar da, İrəvan havasında dəyişdilər, bir neçə saatlıq gəzintidə bizə iynəli sözlərlə çox ilişdilər. İndiyədək yadımdadır, “Razdan” stadionun yanından avtobusla keçəndə erməni gid…

Read More
Cəmiyyət 

Bu müəllimlərə əlavə 2000 manat veriləcək

Gələn ildən kənd məktəblərinə işləməyə gedəcək gənc müəllimlərin əməkhaqqına əlavə və stimullaşdırıcı ödənişlər ediləcək. Bu məsələ “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, pedaqoji ixtisaslı ali və orta ixtisas təhsil müəssisələrinin 9,9 mindən çox məzunu kənd rayonlarında yerləşən ümumtəhsil məktəblərinə işə cəlb olunacaq. Bu məqsədlə 20,1 milyon manat vəsait ayrılması planlaşdırılır. Vəsait gənc müəllimlərin yol və nəqliyyat xərcləri, əmlakın daşınması, yaşayış şəraitinin yaxşılaşdırılması, kommunal və kirayə haqqı kimi ehtiyaclarının qarşılanmasına yönəldiləcək. Hesablamalara görə, kənd məktəblərində işləyən hər bir gənc müəllim ildə orta hesabla…

Read More
Cəmiyyət 

Naxçıvanda duz istehsalı dayandırıldı

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin tabeliyindəki “Naxçıvan Duz İstehsalı” MMC-də istehsal və qablaşdırma dayandırılıb. Bu barədə “Report”a nazirlikdən bildirilib. Məlumata görə, duz dağındakı 5 saylı mədəndə texniki təhlükəsizliyin gücləndirilməsi üçün müvafiq işlərin görülməsinə zərurət yarandığından, eləcə də gələcəkdə duz istehsalının daha yüksək keyfiyyətdə təşkil olunması məqsədilə şaxtadan duzun çıxarılması müvəqqəti dayandırılıb. Nazirlik əhalinin və duzdan xammal kimi istifadə edən istehsal müəsisələrinin tələbatının fasiləsiz və dayanıqlı təmin olunması üçün ölkəmizin digər bölgələrində, eləcə də qonşu ölkələrdə istehsal olunan duzun muxtar respublikaya gətirilməsini nəzarətdə saxlayır.

Read More
Dünya 

Ermənistan və İran yaxın zamanda gömrük dəhlizi haqqında saziş imzalaya bilər

Ermənistan və İran sadələşdirilmiş gömrük dəhlizi haqqında sazişin bağlanması üzrə danışıqlar aparır. “Report”un Ermənistan KİV-lərinə istinadən məlumatına görə, bunu ölkənin Dövlət Gəlirləri Komitəsinin sədri Eduard Akopyan bildirib. “Ermənistan və İran arasında sadələşdirilmiş gömrük dəhlizi haqqında sazişin bağlanması üzrə danışıqlar aparılır. Bu danışıqlar yaxın zamanda başa çatacaq”, – o qeyd edib. E.Akopyan, həmçinin Gürcüstan ilə əməkdaşlıq barədə danışıb: “Biz Gürcüstan ilə birgə məntəqənin yaradılması məsələsini müzakirə edirik, Qoqavan-Ququt hissəsində birgə xidmətlərin göstərilməsi üçün işçi qrupu yaradılıb”. O, həmçinin qeyd edib ki, ABŞ ilə gömrük sistemi üçün avadanlıqların əldə edilməsi, həmçinin bəzi…

Read More
Siyasət 

İlham Əliyevdən Sərdar Səfərovla bağlı SƏRƏNCAM

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə yeni rəis təyin edilib. Musavat.com-un məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə bu vəzifəyə Sərdar Süleyman oğlu Səfərov gətirilib. Dövlət başçısının digər Sərəncamı ilə Sərdar Süleymanova general-mayor rütbəsi verilib. Qeyd edək ki, Prezidentin bundan əvvəlki imzaladığı sənədə əsasən, İlqar Rza oğlu Abbasov Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə rəisi vəzifədən azad edilib.

Read More