Tıxacların azaldılması üçün iş qrafiki dəyişəcək? – ekspertlərdən təkliflər
“Bakıda tıxacların azaldılması üçün iş qrafikinin dəyişdirilməsi müəyyən rol oynaya bilər. Lakin bu təsir kompleks tədbirlər çərçivəsində mümkündür”. Bunu Musavat.com-a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib. Onun sözlərinə görə, iş saatlarının azaldılması dövlət və büdcə təşkilatlarında mümkündür: “Çünki dövlət və büdcə təşkilatlarının daxili qərarı ilə iş saatlarının azaldılması ilə bağlı qərar verilə bilər. Bunun onsuz da iqtisadiyyata ciddi təsiri yoxdur. Onların hamısı büdcədən maaş alan təşkilatlardır. Onların əlavə dəyər yaratdığı bir məsələ mövcud deyil. Amma orada həkimlər, müəllimlər var. Bu peşə sahiblərinin iş saatının azaldılması səhiyyə və təhsil xidmətinə necə təsir…
Read More