Dünya 

Milli matəm elan olundu

Livanda İsrailin hücumları nəticəsində həlak olanların xatirəsinə 9 aprel milli matəm günü elan edilib. Bu barədə ölkənin Baş naziri Nəvaf Salam sərəncam imzalayıb. Məlumata görə, hücumlar nəticəsində 254 nəfər həlak olub. Dövlət qurumları, ictimai təşkilatlar və bələdiyyələr bağlanacaq, ölkə üzrə bayraqlar endiriləcək. Eyni zamanda radio və televiziya proqramlarında dəyişikliklər ediləcək./APA

Read More
Hadisə 

Bərdədə 4 otaqlı ev yandı

Bərdə şəhərində yanğın olub. Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Publika.az-a bildirilib ki, ümumi sahəsi 120 m² olan birmərtəbəli 4 otaqlı evin 3 otağının və dam örtüyünün yanar konstruksiyaları 93 m² sahədə yanıb. Evin qalan hissəsi və bitişik köməkçi tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Read More
Cəmiyyət 

6 uşağın zəhərləndiyi hamam otağının qapısı yalnız çöldən kilidlənirmiş – MÜƏMMA / VİDEO

Sumqayıtda 6 uşağın zəhərlənməsi ilə bağlı yeni detallar üzə çıxıb. Publika.az xəbər verir ki, bloger Elçin Lənbəranski hadisənin baş verdiyi evdə olub və uşaqların zəhərləndiyi hamam otağından görüntülər paylaşaraq bir sıra məqamlara diqqət çəkib. Öncə xatırladaq ki, uşaqların atası Kamil Cəbrayılov saytımıza daha əvvəl verdiyi açıqlamada bildirmişdi ki, hadisəyə səbəb qapının açılmaması olub. Onun sözlərinə görə, böyük uşaqlar balacaları çimizdirərkən hamamın qapısı bağlı qalıb və içəri daxil olmaq mümkün olmayıb. Köməyə gələn qonşular qapını sındıraraq uşaqları çıxarıblar. Diqqət çəkən məqam isə ondan ibarətdir ki, bloger videoçəkiliş zamanı qapının içəridən bağlanmasının mümkün olmadığını…

Read More
Dünya 

Qış yenidən Rusiyaya qayıtdı

Rusiyanın Avropa hissəsində hava şəraiti kəskin pisləşir. Güclü siklonun təsiri ilə regiona yenidən qış fəsli qayıdır. Publika.az xəbər verir ki, bu barədə “Fobos” hava mərkəzinin aparıcı mütəxəssisi Yevgeni Tişkovets məlumat yayıb. Sinoptik vəziyyəti “Qış hücuma keçir” sözləri ilə təsvir edib. Məlumata görə, aprelin 9-u, cümə axşamından etibarən ölkənin cənub yarısı siklonun təsiri altına düşəcək. Ən intensiv yağıntılar Volqaboyu bölgəsində gözlənilir. Mərkəzi Rusiya, Voloqda vilayəti və Ural dağları ətrafında yağışın sulu qara və qara çevriləcəyi, hətta bəzi yerlərdə qar örtüyünün yaranacağı proqnozlaşdırılır. Temperatur kəskin aşağı düşərək mərkəzi hissələrdə 1-6 dərəcə isti təşkil…

Read More
Cəmiyyət 

Rəqəmsal dünyada uşaqlar üçün YENİ QAYDALAR FORMALAŞIR

Artıq nəzarət yox, məsuliyyət dövrü önə çıxır Son illər rəqəmsal texnologiyaların sürətli inkişafı cəmiyyət həyatının bütün sahələrinə təsir göstərdiyi kimi, uşaqların gündəlik həyatına da dərindən nüfuz edib. Sosial şəbəkələr artıq yalnız ünsiyyət vasitəsi deyil, həm də informasiya, əyləncə və sosial identifikasiya platformasına çevrilib. Lakin bu transformasiya ilə paralel olaraq, xüsusilə azyaşlı istifadəçilərin təhlükəsizliyi, psixoloji sağlamlığı və sosial davranışları ilə bağlı narahatlıqlar da artmaqdadır. Məhz bu səbəbdən bir sıra ölkələrdə müəyyən yaş həddinə qədər uşaqların sosial şəbəkələrə girişinin məhdudlaşdırılması istiqamətində qanunvericilik təşəbbüsləri gündəmə gətirilir və artıq bəzi hallarda tətbiq mərhələsinə keçid…

Read More
Gündəm 

Azərbaycan Argentinadan lobya tədarükünü bərpa edib

Bu ilin yanvar ayında Azərbaycan 541 min ABŞ dolları dəyərində 427 ton lobya (qurudulmuş) idxal edib. “İki sahil” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında qeyd olunub. Hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 5 %, kəmiyyət olaraq 5 % çoxdur. Hesabat dövründə Azərbaycan Özbəkistandan 472 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 94 % çoxdur) 381 ton (+2,2 dəfə), Qırğızıstandan 65 min ABŞ dolları dəyərində 44 ton (1 il əvvəl tədarük olmayıb), Braziliyadan 1,57 min ABŞ dolları dəyərində (-3 %) 1 ton (-2 %), Argentinadan 1,25 min ABŞ dolları dəyərində 1 ton (1 il əvvəl tədarük olmayıb) və Misirdən 0,73 min ABŞ dolları dəyərində 0,5 ton məhsul alıb. Azərbaycan 1 il 7 aylıq fasilədən sonra Argentinadan tədarükü bərpa edib.

Read More
Hadisə 

Bakıda BÖYÜK ƏMƏLİYYAT: İranlılarla əlbir olan 6 nəfər TUTULDU – VİDEO

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib. DİN-in mətbuat xidmətindən Musavat.com-a bildirilib ki, tədbirlər zamanı paytaxt ərazisində narkokuryerlik etməkdə şübhəli bilinən 31 yaşlı Saleh Soltanovdan 14 kiloqram 240 qram tiryək və marixuana, 46 yaşlı Eldəniz Bağırovdan 17 kiloqram 350 qram marixuana, 200 ədəd metadon həbi, 22 yaşlı Nicat Hüseynov və onun tanışı 31 yaşlı Zeynalxan Süleymanovdan 18 kiloqram 620 qram marixuana, 43 yaşlı Rauf Ələsgərov və 28 yaşlı Baba Əzizovdan isə 22 kiloqram həşiş qətranı, tiryək, marixuana aşkarlanıb. Keçirilən əməliyyatlar nəticəsində ümumilikdə 72 kiloqramdan artıq narkotik…

Read More
Cəmiyyət 

Azərbaycanda boşanma xəritəsi: Hansı rayonlarda ailələr daha çox dağılır? – RƏSMİ STATİSTİKA

2025-ci ildə Azərbaycanın iqtisadi rayonları və inzibati ərazi vahidləri üzrə boşanmaların sayı məlum olub. Musavat.com xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna Dövlət Statistika Komitəsindan cavab verilib. Belə ki, Bakı şəhərində ötən il ümumilikdə 6 307 boşanma faktı qeydə alınıb. Boşanma sayının ən çox olduğu rayon isə Xətai olub. Bölgələr üzrə boşanma göstəricilərində ən yüksək rəqəm Qarabağ iqtisadi rayonunda, ən az rəqəm isə Dağlıq Şirvan iqtisadi rayonunda qeydə alınıb – müvafiq olaraq 1 590 və 577 boşanma. Ən az boşanma Xankəndi şəhərində qeydə alınıb – cəmi 12 boşanma. Rayonlar üzrə statistikanı…

Read More
Cəmiyyət 

Yağış tarixi Qala divarlarına da ziyan vurdu – FOTO

Kiçik Qala küçəsi ünvanında, 13-14 saylı bürclərin kəsişdiyi hissədə tarixi qala divarlarının kiçik bir sahəsində aşınma müşahidə edilib. Bu barədə Musavat.com-a “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib. Bildirilib ki, mütəxəssislərin ilkin rəyinə əsasən, aşınmaya əsas səbəb son günlər müşahidə olunan aramsız atmosfer yağıntıları nəticəsində yaranan rütubət və təbii erroziya prosesləridir. Hadisə baş verdiyi andan etibarən idarə tərəfindən dərhal operativ tədbirlər görülüb, sözügedən ərazi tam nəzarətə götürülərək vətəndaşların təhlükəsizliyi üçün zəruri qabaqlayıcı addımlar atılıb. Hazırda tarixi abidənin həmin hissəsində yaranmış vəziyyətin aradan qaldırılması istiqamətində lazımi işlərin icrasına başlanılıb. “Tarixi irsimizin qorunması…

Read More
Cəmiyyət 

Azərbaycanda İKT sektorunun iqtisadiyyatda payı genişlənir: gəlirlər və investisiyalar artır

Rəqəmsal transformasiya istiqamətində atılan addımlar öz nəticəsini verir. Musavat.com xəbər verir ki, İKT sektorunda 2026-cı ilin ilk aylarında da müsbət dinamika müşahidə olunub. Fevralın sonunadək olan göstəricilərə əsasən, informasiya və rabitə sektorunun ÜDM-də payı artaraq 2,1%-ə yüksəlib. Qeyri-neft/qaz sektorunun ÜDM-də payı isə 2,9% təşkil edib. Sahə üzrə gəlirlərin artımı da diqqət çəkir. Belə ki, informasiya və rabitə sektorunun ümumi gəliri hesabat dövründə 608.6 milyon manata çatıb. Bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 6,2% və ya 46 milyon manat çoxdur. Həmçinin investisiya aktivliyi əhəmiyyətli dərəcədə yüksəlib. Yanvar-fevral ayları…

Read More