Cəmiyyət 

Nəqliyyat sektoruna 2 ayda 607 milyon manat investisiya yönəldilib

  Azərbaycanda nəqliyyat və anbar təsərrüfatı sektoru üzrə 2026-cı ilin ilk aylarında da statistik göstəricilərdə artım qeydə alınıb. Musavat.com xəbər verir ki, fevral ayının sonuna olan məlumata əsasən, nəqliyyat və anbar sektorunun ÜDM-də payı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə artaraq 7,5%-ə çatıb. Qeyri-neft/qaz ÜDM-də də artım müşahidə olunub və sektorun payı 10,3% təşkil edib. Sahədə yaradılan əlavə dəyər də yüksəlməkdə davam edir. Yanvar-fevral aylarında bu göstərici 1 milyard 381 milyon 900 min manata çatıb. Bu, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 2,4% və ya 105.7 milyon manat artım…

Read More
Gündəm 

Litvanın baş naziri Bakıda şəhidlərin xatirəsini andı

Azərbaycanda rəsmi səfərdə olan Litvanın Baş naziri İnqa Ruqiniene Şəhidlər xiyabanını ziyarət edib. Musavat.com xəbər verir ki, qonaq Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçərək şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramını bildirib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub. Daha sonra Azərbaycan paytaxtının mənzərəsini seyr edən Baş nazirə Şəhidlər xiyabanının tarixi, bu məkanın xalqımızın yaddaşında tutduğu xüsusi yer və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Read More
Siyasət 

İlham Əliyev Litvanın Baş nazirini qəbul etdi – FOTO

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 9-da Litvanın Baş naziri İnqa Ruqinieneni qəbul edib. Musavat.com xəbər verir ki, dövlət başçısı Litvanın Baş nazirinin ölkəmizə səfərinin səmərəli olacağına və ikitərəfli əlaqələrimizin inkişafına töhfə verəcəyinə ümidvarlığını bildirib. Qəbula görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edən İnqa Ruqiniene Azərbaycanla Litva arasında uzun illərdir yaxşı münasibətlərin olduğunu məmnunluqla vurğulayıb. Söhbət zamanı ölkələr arasında iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu bildirilib, enerji, investisiyalar, təhsil, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıqla bağlı müzakirələr aparılıb, münasibətlərimizin genişləndirilməsi işində nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkil olunmasının vacibliyi qeyd…

Read More
Cəmiyyət 

Azərbaycanda I sinfə qəbul “mygov” üzərindən həyata keçiriləcək

Azərbaycanda dövlət xidmətlərinin rəqəmsallaşdırılması çərçivəsində ümumi təhsil məktəblərinin, lisey və gimnaziyaların I sinfinə elektron sənəd qəbulu prosesi və fiziki şəxslərin gəlir vergisi bəyanı ilə bağlı yeni mərhələlər müəyyənləşdirilib. Məlumata görə, I sinfə qəbul xidmətinin Elektron Hökumət İnformasiya Sistemi (EHİS) ilə inteqrasiyasının 2026-cı il mayın 1-nə qədər təmin edilməsi nəzərdə tutulur. Layihə çərçivəsində xidmətin mövcud iş axını mayın 20-nə qədər təqdim ediləcək. Bundan əlavə, təkmilləşdirmələr nəzərə alınmaqla yeni iş axınının hazırlanaraq iyunun 13-nə qədər razılaşdırılması planlaşdırılır. Xidmətin iyunun 10-na qədər “mygov” platforması üzərindən istifadəyə verilməsi (istismar mühitində) nəzərdə tutulur. Layihənin icrasında…

Read More
Siyasət 

İlham Əliyev Türkiyənin daxili işlər nazirini qəbul etdi

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 9-da Türkiyənin daxili işlər naziri Mustafa Çiftçini qəbul edib. Musavat.com xəbər verir ki, qəbula görə dövlət başçısına minnətdarlığını bildirən Mustafa Çiftçi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını Azərbaycan Prezidentinə çatdırıb. Dövlət başçısı salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Prezident Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş edib. Söhbət zamanı Azərbaycanla Türkiyə arasında ikitərəfli münasibətlərin qardaşlıq və strateji müttəfiqlik prinsiplərinə əsaslandığı vurğulanıb, bütün istiqamətlər üzrə əlaqələrin genişləndiyi bildirilib. Hər iki ölkənin müvafiq qurumları arasında səmərəli tərəfdaşlığın qurulduğu qeyd edilib, bu xüsusda Azərbaycanın və Türkiyənin Daxili İşlər nazirliklərinin də…

Read More
Cəmiyyət 

Kəlbəcər haqqında “Elegiya” və “Ballada” – VİDEO

Kəlbəcəri düz 27 il görə bilmədik. Ümid bəslədiyimiz çox ünvanlar oldu. Amma bütün ünvanlar bizdə kədər qarışıq ümidsizlik hissləri yaratdı. Bu hisslər elegiya janrında notlara düzüldü və qəmli düşüncələr ifadə etdi. Ümidlər emosional məzmun aldı. Hətta Kəlbəcər haqqında keçmiş zamanda danışmağa başladıq. Şairlər şerlərini, yazıçılar hekayələrini, musiqiçilər mahnılarını keçmiş zamanda yazdı, ifa elədi. O vaxta qədər ki… Çox jurnalist Qarabağda əldə etdiyimiz Qələbədən adına film deyib çəkilişlər edir, ekranda nələrisə danışır, izah edir, göstərməyə çalışır. Əslində belə də olmalıdır. Hər peşə sahibi Qarabağda əldə etdiyimiz qələbəmizi, azad edilən ərazilərimizi, kəndlərimizi,…

Read More
Siyasət 

Sibiqa Ceyhun Bayramova zəng etdi

Ukrayna və Azərbaycanın xarici işlər nazirləri Andrey Sibiqa və Ceyhun Bayramov ikitərəfli münasibətlərin mövcud vəziyyətini və gələcək inkişafını müzakirə ediblər. Sibiqa bu barədə “X” hesabında yazıb. “Azərbaycanlı həmkarım Ceyhun Bayramovla telefon danışığım oldu. İkitərəfli münasibətlərin mövcud vəziyyətini və gələcək inkişafını müzakirə etdik, ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsinə sadiqliyimizi bir daha təsdiqlədik”, – paylaşımda bildirilib. Sibiqanın sözlərinə görə, tərəflər təhlükəsizlik məsələləri, qarşılıqlı əlaqə, nəqliyyat marşrutlarının və dəhlizlərinin inkişafı daxil olmaqla beynəlxalq gündəmdə olan geniş məsələlərə dair fikir mübadiləsi aparıb.//Report

Read More
Cəmiyyət 

Boşanma statistikasını açıqlamaq olarmı, olmazmı?

Əməkdar artist iddia edir ki, bu cür məlumatlar gənclərdə qorxu yaradır, evliliyə inamı sarsıdır – reaksiya Cəmiyyətdə müzakirə doğuran növbəti açıqlama bu dəfə əməkdar artist Vasif Məhərrəmlidən gəlib. Müğənni efir və saytlarda boşanma statistikasının açıqlanmasını tənqid edərək bildirib ki, bu cür məlumatlar gənclərdə qorxu yaradır, evliliyə inamı sarsıdır və ümumilikdə cəmiyyət üçün mənfi psixoloji fon formalaşdırır. Onun fikrincə, “bu il bu qədər insan boşandı” kimi rəqəmlərin açıqlanması nə ölkənin adına, nə də insanların psixologiyasına müsbət təsir göstərir. Bu yanaşma ilk baxışda emosional və hətta müəyyən qədər “qoruyucu” görünə bilər. Amma…

Read More
Siyasət 

Azərbaycanın dostu dünyanın xilaskarına çevrildi – O KİMDİR? DOSYE

ABŞ, İsrail və İran arasında 39 gün davam edən savaşın IIII dünya müharibəsinə çevriləcəyi qaçılmaz görünərkən səhnəyə bir lider çıxdı. Məhz o şəxsin siyasi iradəsi və diplomatik çəkisi hadisələrin axarını bir anda dəyişdi. Bu dünyaşöhrətli lider Pakistanın baş naziri Şahbaz Şərifdir. Şahbaz Şərif 1951-ci il 23 sentyabrda Lahor şəhərində anadan olub. Pakistanın aparıcı siyasətçilərindən biri, dövlət idarəçiliyi sahəsində uzun illər təcrübəyə malik liderdir. O, xüsusilə idarəçilik bacarığı, iqtisadi layihələrə diqqəti və inzibati sərtliyi ilə tanınır. Ailəsi biznes fəaliyyəti ilə məşğul olan varlı sənayeçilərdən olub. Şahbaz Şərif Lahorda yerləşən universitetdə təhsil…

Read More