Cəmiyyət 

“Uşaqlıq travmalarından qurtulmaq uzunmüddətli, amma mümkün bir prosesdir” – Psixoloq

Uşaqlıq dövründə yaşanan emosional və psixoloji travmalar insanın gələcək həyatına, münasibətlərinə və özünə inamına ciddi təsir göstərə bilər. Travmaların nəticəsi bəzən illər sonra yetkinlik dövründə qorxu, güvən problemi və ya depressiya şəklində üzə çıxır. Klinik psixoloq Aytəkin Əliyeva BiG.AZ-a bildirib ki, uşaqlıq travmalarından qurtulmaq uzunmüddətli, amma mümkün bir prosesdir: “İlk addım travmanı inkar etməməkdir. İnsan başına gələn hadisəni qəbul etməli, “bu mənim başıma gəlməyib” kimi müdafiə mexanizmlərindən uzaq durmalıdır. Hissləri tanımaq və ifadə etmək şəfa prosesinin əsas hissəsidir. Bəzən insanlar travmanı unutmaqla ondan xilas ola biləcəklərini düşünürlər, lakin bu, əks təsir…

Read More
Cəmiyyət 

“Ailə münaqişələri davamlı hal aldıqda uşaqda ya passiv qorxu, ya da aqressiv davranışlar müşahidə olunur” – Psixoloq

Valideynlər arasında tez-tez yaşanan münaqişələr uşaqlarda dərin psixoloji izlər buraxa bilər. Bu cür gərginliklər uşağın emosional təhlükəsizlik hissini zəiflədir, onda qorxu, günahkarlıq və aqressiya kimi duyğular formalaşdırır. Uşaq psixoloqu Aysel Əzizli BiG.AZ-a bildirib ki, ailə mühitində gərginlik uşağın özünü necə hiss etməsinə birbaşa təsir edir: “Valideynlərin dava etməsi uşağa təhlükə siqnalı verir. Uşaq düşünür ki, ailə dağılacaq və bu, onun səhvidir. Bu, gələcəkdə özünü günahlandırma və aşağı özünəqiymət hissinə səbəb olur. Ailə münaqişələri davamlı hal aldıqda uşaqda ya passiv qorxu, ya da aqressiv davranışlar müşahidə olunur. Belə uşaqlar ya tam qapanır,…

Read More
Cəmiyyət 

Qan damarlarını gücləndirən giləmeyvələr açıqlandı

Bəzi mövsümi giləmeyvələr ürək-damar sisteminin sağlamlığı üçün xüsusilə faydalıdır. Terapevt və diyetoloq Qalina Volkova “RİA Novosti”yə açıqlamasında qan damarlarını möhkəmləndirən əsas giləmeyvələri sadalayıb. Mütəxəssisin sözlərinə görə, böyürtkən və moruq yüksək miqdarda C vitamini və antioksidantlarla zəngindir. Bu maddələr damar divarlarını möhkəmləndirir, qan dövranını yaxşılaşdırır və iltihabi proseslərin qarşısını alır. Volkova əlavə edib ki, yaban mersini görmə üçün faydalı olmaqla yanaşı, tünd üzüm kimi ürək və damar sağlamlığını dəstəkləyir. Faydalı giləmeyvələr sırasında həmçinin bektaşi üzümü, qarağat, eləcə də kalium və maqneziumla zəngin qarpız da yer alır — bunlar qan təzyiqini tənzimləməyə…

Read More
Cəmiyyət 

Nazirlik pensiya yaşı ilə bağlı MƏLUMAT YAYDI

Maliyyə Nazirliyi bir neçə gündür Azərbaycanda pensiya yaşının artırılcağına dair yayılan məlumatlara aydınlıq gətirib. Nazirlikdən Musavat.com-a verilən məlumata görə, Azərbaycanın pensiya sisteminin maliyyə dayanıqlılığında hər hansı risk müşahidə olunmur. “Ənənəvi olaraq hər il olduğu kimi bu il də qurum fiskal orqan olaraq ölkənin ortamüddətli və uzunmüddətli dövrdə qarşılaşacağı müxtəlif sosial-iqtisadi, humanitar və fiskal riskləri öz təhlillərinə daxil edir və bu risklərin uzunmüddətli perspektivdə qarşısının alınması üçün baxışlarını təqdim edir. Nazirlik tərəfindən dərc olunmuş​ “Ortamüddətli Xərclər Çərçivəsi” sənədinin orta və uzunmüddətli risklərin qiymətləndirilməsi bölməsində qeyd edildiyi kimi, hazırda ölkəmizdə ortamüddətli dövrdə fiskal…

Read More
Təhsil 

“Tədris müddəti bakalavrda 3 il, magistraturada 1 il olsun” – İLGİNC TƏKLİF

“Hazırda Azərbaycanda bakalavr pilləsi 4 il, magistr pilləsi isə 2 ildir. Bu model sovet dövrünün strukturundan qalma bir çərçivəni xatırladır. Amma müasir reallıqlarda 6 illik ali təhsil xüsusilə sosial və humanitar ixtisaslarda gənclərin peşə fəaliyyətinə keçidini ləngidir, əmək bazarında gənc işçi çatışmazlığı yaradır. Dövlət Statistika Komitəsinin 2024-cü il hesabatına əsasən, bakalavr məzunlarının 57 faizi məzun olduqdan bir il ərzində ixtisası üzrə iş tapa bilmir. Bu, təkcə iş yerlərinin azlığından deyil, həm də tədris proqramlarının əmək bazarının real tələblərinə cavab verməməsindən qaynaqlanır”. Bu sözləri Musavat.com-a açıqlamasında təhsil mütəxəssisi Kamran Əsədov deyib. Mütəxəssisin fikrincə, 4-cü –…

Read More
Dünya 

Qərbin MDB ilə bağlı ŞOK planı – Rusiya kəşfiyyatı həyəcan təbili çaldı

Rusiya kollektiv Qərbin Müstəqil Dövlət Birliyi ətrafında bir sıra planlar qurmasından narahatdır. Belə ki, şimal qonşumuzun Xarici Kəşfiyyat Xidməti (SVR) bəzi Qərb ölkələrinin MDB-də dezinteqrasiya proseslərini təhrik etmək cəhdlərini qeydə alır. APA xəbər verir ki, bunu SVR-in direktoru Sergey Narışkin bildirib. Onun sözlərinə görə, Qərb MDB-nin inkişafının qarşısını almaq məqsədi güdür. “Son vaxtlar biz bir sıra Qərb dövlətlərinin, ilk növbədə, Avropa ölkələrinin MDB daxilində dezinteqrasiya proseslərini təhrik etmək cəhdləri tendensiyasını müşahidə edirik. Bu baxımdan əlbəttə ki, Qərb siyasətçiləri Müstəqil Dövlətlər Birliyinin müstəqil güc mərkəzi kimi inkişafını əngəlləmək məqsədi güdürlər”, –…

Read More
Siyasət 

Ermənistanda “beşinci kolon”un keşişləri – cəmiyyətdə yenidən vəftiz olunmaq zərurəti – ŞƏRH

Ötən gün Ermənistanda beş yüksək vəzifəli keşiş İstintaq İdarəsinə çağırılıb. “Müqəddəs Eçmiədzin” monastır kompleksinin məlumatına əsasən, onların arasında katolikos II Qareqinin qardaşı oğlu yepiskop Mkrtıç Proşyan da var. Onların nədə şübhəli bilindikləri barədə məlumat verilməyib. Bildirilib ki, Mkrtıç Proşyanla yanaşı, 12 keşiş və yeparxiyanın mühasibi, xəzinədarı və referentin də yaşadığı mənzildə axtarış aparılıb. Proşyan da daxil olmaqla altı keşiş barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib. Yepiskopa qarşı Cinayət Məcəlləsinin “seçki hüququnun həyata keçirilməsinə və seçki komissiyalarının işinə maneçilik” və “mitinq keçirilməsinə və ya mitinqdə iştirak etməyə maneçilik, həmçinin…

Read More
Gündəm 

Parlamentdə hərbi xidmətlə bağlı MÜHÜM QANUN

Milli Məclisin bu gün keçirilən iclasında “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. Musavat.com-un xəbərinə görə, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev layihə haqqında məlumat verib. Bildirib ki, qanunlarda dəyişiklik edilməsinin əsas məqsədi müasir çağırışlara uyğun olaraq bu sahədə aparılan islahatlarla və buna uyğun olaraq təkmilləşdirmələrlə bağlıdır: “Təqdim edilən Qanun layihəsi ixtisaslaşmış hərbi qulluqçuların bilik və bacarıqlarından ölkəmizin müdafiəsində daha səmərəli və uzunmüddətli…

Read More
Gündəm 

Azərbaycan işğala son qoymaqla torpaqlardakı terror yuvasını dağıtdı

Beş il əvvəl Azərbaycan  44  günlük Vətən müharibəsində əldə etdiyi qələbəsilə İranla olan 132 km-lik sərhədini bərpa etdi,  beynəlxalq cəmiyyət üçün təhlükə yaradan Ermənistanla İranın birgə hərəkətlərinin qarşısı alındı.  Torpaqlarımızın işğal altında olduğu  30  ilə yaxın vaxt ərzində İranla Ermənistan Azərbaycanın Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının  ərazisindən Avropaya narkotiklər daşınan narkotrafik marşurutu kimi istifadə edirdi. Azərbaycan öz ərazilərinin 20%-ni işğaldan azad etməklə həm də beynəlxalq ictimaiyyət üçün ən böyük təhlükə yaradan ağ ölümlə mübarizəyə töhfə vermiş oldu. Müəyyən olunmuş faktlar və sərhədçilərin  hüquq-mühafizə  orqanları  əməkdaşları  ilə  birgə  saxladıqları heroinin həcminin…

Read More
Cəmiyyət 

Ötən doqquz ayda narkotiklərlə bağlı cinayət məsuliyyətinə cəlb edilənlərin sayı açıqlanıb

Cari ilin yanvar-sentyabr aylarında narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 4253 nəfər cəlb edilib. “Report” xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının icmalında qeyd olunub. Onlardan 4127 nəfəri kişi, 126-sı qadın olub. Məsuliyyətə cəlb edilmiş 79 xarici ölkə vətəndaşından ümumilikdə 936 kq 421,475 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə və 271,772 qr çətənə bitkisi götürülüb.

Read More