Cəbhədən Xəbər 

Bakıda hərbi parad keçiriləcək

Bakıda noyabrın 8-də Zəfər Gününün beşinci ildönümü münasibətilə hərbi parad keçiriləcək. Bu barədə Musavat.com-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, parada hazırlıqla bağlı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin, o cümlədən Azərbaycan Ordusunun bölmələri ilə məşqlər keçirilir. Hazırlıq məşqləri zamanı Bakı şəhəri və ətraf ərazilərdə aviasiya vasitələrinin uçuşları, avtomobil və döyüş texnikalarının, həmçinin gəmilərin müəyyən edilmiş marşrutlar üzrə hərəkəti və yerdəyişməsi icra olunur.

Read More
Siyasət 

Prezident Fransanın yeni səfirinin etimadnaməsini qəbul etdi

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 16-da Fransanın ölkədə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sofi Laqutun etimadnaməsini qəbul edib. Musavat.com xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim edib. Prezident İlham Əliyev Kopenhagendə Fransa Prezidenti Emmanuel Makronla görüşünü xatırladaraq həmin görüşün nəticəsində iki ölkə arasında anlaşılmazlığa səbəb olan məsələlərin keçmişdə qaldığını deyib. İkitərəfli gündəlikdə yeni dövrün başladığını vurğulayan dövlət başçısı, ilk növbədə, insanlararası və biznes nümayəndələrinin təmaslarının, mədəni, humanitar sahələrdə əməkdaşlığın bərpasının və inkişaf etdirilməsinin önəminə toxunub. Səfir də öz növbəsində Azərbaycanla Fransa arasında münasibətlərdə yeni səhifənin açıldığını deyərək əlaqələrin…

Read More
Region Xəbərləri 

Füzuli şəhərinin azad olunması Ordumuza əlavə mənəvi güc verdi

Fəqət Şadlinskaya YAP Bərdə rayon təşkilatının sədri 17 oktyabr tarixi Azərbaycanın qəhrəmanlıq salnaməsində mühüm  səhifələrdən biridir. Beş il bundan öncə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tariximizə  torpaqlarımızın işğaldan  azad edildiyi günləri  yazdı. 17 oktyabr  Füzuli şəhərinin mənfur düşməndən azad edildiyi tarixdir. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edildi. Həmin  Sərəncama əsasən 17 oktyabr Füzuli Şəhəri Günü kimi qeyd edilir. 44 günlük İkinci Qarabağ müharibəsi bir daha bu  reallıq təsdiqlədi…

Read More
Cəmiyyət 

SON DƏQİQƏ: Azərbaycanda Əməkdar artist VƏFAT ETDİ

Əməkdar artist Rəşad Bəxtiyarov vəfat edib. Musavat.com xəbər verir ki, bu barədə aktyorun sənət dostları sosial mediada məlumat yayıb. Aktyor bir müddətdir ağır xəstəlikdən əziyyət çəkirdi. Xatırladaq ki, R.Bəxtiyarov 1978-ci il dekabrın 25-də Bakıda anadan olub. O, “Həqiqət işığında”(Mirzəyev) və “Bəyaz həyat” (Sonanın oğlu) telefilmlərində çəkilib. R.Bəxtiyarov 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə, 7 may 2021-ci ildə və 8 may 2025-ci ildə Prezident Mükafatına layiq görülüb.

Read More
Cəmiyyət 

Ağdamla bağlı MÜHÜM XƏBƏR – 2040-ci ilə qədər…

Gələn il daha 300 ailə Ağdam şəhərində ikinci yaşayış kompleksinə yerləşdiriləcək. Bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Xankəndidə keçirilən III Milli Şəhərsalma Forumunda (NUFA3) bildirib. Onun sözlərinə görə, hazırda Ağdam şəhərinin 4-cü və 5-ci yaşayış massivlərində də tikinti işləri davam edir: “Bu layihələrin gələn ilin yaz aylarından başlayaraq, yay aylarına qədər tamamlanması planlaşdırılır və bu iki yaşayış kompleksinə toplam 2 000-dən çox ailənin köçü nəzərdə tutulur. Biz ilin sonuna qədər üçüncü yaşayış kompleksində, gələn ilin yanvar-fevral aylarında isə birinci yaşayış kompleksində tikinti işlərinə başlayacağıq. Ümid edirik ki,…

Read More
Siyasət 

Prezident və birinci xanım vida mərasiminə əklil göndərdi – FOTO

Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva adından Xalq atisti Ramiz Quliyevin vida mərasiminə əklil göndərilib. Musavat.com xəbər verir ki, tarzənlə vida mərasimi Beynəlxalq Muğam Mərkəzində keçirilir. Vida mərasimində Xalq artistinin ailə üzvləri, sənət dostları, mədəniyyət və incəsənət xadimləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak edirlər. Qeyd edək ki, mərhum sənətkar II Fəxri xiyabanda dəfn olunacaq. Xatırladaq ki, xalq artisti Ramiz Quliyev ötən gün 78 yaşında vəfat edib. O, səhhətinin pisləşməsi səbəbindən sentyabrın 29-da Mərkəzi Gömrük Hospitalına yerləşdirilmişdi. Şahanə Rəhimli, Musavat.com

Read More
Gündəm 

Xocavənd sakinlərinə ŞAD XƏBƏR – İlin sonuna qədər…

İlin sonuna qədər Xocavənd rayonuna 1 300-1 500 ailənin köçürülməsi planlaşdırılır. Bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Xankəndidə keçirilən III Milli Şəhərsalma Forumunda (NUFA3) bildirib. Onun sözlərinə görə, hazırda Xocavənd rayonunun kəndlərində təmir və bərpa işlərinə start verilib: “Artıq bilirsiniz ki, Qırmızı Bazar və Hadrut qəsəbələrinə ilk köçlər baş tutub. Bu proses ilin sonuna qədər davam edəcək və 2026-cı ildə də mərhələli şəkildə həyata keçiriləcək. Ümumilikdə, yaşayış məntəqələrindən əlavə digər layihələrimiz də dövlət proqramında nəzərdə tutulmuş qrafikə uyğun olaraq tam sürətlə icra olunur”.//Report

Read More
Siyasət 

Prezident Qazaxıstana dövlət səfəri edəcək

Kasım-Jomart Tokayevin dəvəti ilə Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 20-21-də Qazaxıstana dövlət səfəri edəcək. Musavat.com xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb. Səfər zamanı yüksək səviyyəli danışıqlar aparılacaq. Prezidentlər Ali Dövlətlərarası Şuranın iclasında və Qazaxıstan-Azərbaycan biznes forumunda iştirak edəcəklər.

Read More
Cəmiyyət 

Nazir: “Ramiz Quliyev tarı danışdırırdı”

Azərbaycanın tanınmış tarzəni, Xalq artisti Ramiz Quliyev bu gün son mənzilə yola salınır. Vida mərasimində çıxış edən Mədəniyyət naziri Adil Kərimli sənətkarın Azərbaycan mədəniyyətindəki əvəzsiz rolundan danışıb. Musavat.com-un məlumatına görə nazir bildirib ki, Ramiz Quliyev sənəti ilə hər bir azərbaycanlının qəlbindədir: “Azərbaycan mədəniyyətinə ağır itki baş verib. Ramiz müəllim sənəti ilə hamımızın qəlbindədir. Onun yaratdığı irs zamana sığdıra bilməyəcəyimiz örnəkdir”. Adil Kərimli qeyd edib ki, Ramiz Quliyev Azərbaycan musiqisini bütün dünyaya tanıdan sənətkarlardandır: “O, Azərbaycan musiqisini dünyaya tanıtmaqla mədəniyyətimizi sevdirib. Sanki tarı danışdırırdı, oxudurdu”. Nazir vurğulayıb ki, sənətkarın yaradıcılığı və…

Read More
Siyasət 

İlham Əliyev BMT-nin icraçı direktorunu QƏBUL ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 16-da BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbaxı qəbul edib. Musavat.com xəbər verir ki, söhbət zamanı qonağın Xankəndi şəhərində keçirilən III Azərbaycan Milli Şəhərsalma Forumunda iştirakının önəminə toxunulub. Anaklaudia Rossbax forumun yüksək səviyyədə təşkil edildiyini deyərək, həmin tədbirdə şəhərsalma məsələləri ilə bağlı çox aktual müzakirələrin aparıldığını vurğulayıb. Azərbaycan-UN-Habitat tərəfdaşlığı çərçivəsində ölkədə indiyədək bir neçə milli şəhərsalma forumunun keçirildiyi məmnunluqla qeyd edilib. Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan irimiqyaslı bərpa-yenidənqurma işlərinə toxunulub, işğaldan azad edilmiş ərazilərimizdə şəhər və kəndlərimizin inşasında yeni müasir şəhərsalma modelinin…

Read More