Gündəm 

Daxili qoşunların fəaliyyəti ilə bağlı YENİ QANUN

Daxili qoşunların fəaliyyəti ilə bağlı dövlət orqanlarının səlahiyyətləri müəyyənləşdiriləcək. Musavat.com xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” qanun layihəsində öz əksini tapıb. Layihəyə əsasən, daxili qoşunların komandanının səlahiyyətləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum): – daxili qoşunların strukturu, ali hərbi rütbəli vəzifələrin siyahısı və ümumi say tərkibini təsdiq edəcək; – daxili qoşunların hərbi qulluqçularını vəzifəyə təyin və vəzifədən azad edəcək, onları həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxacaq; – daxili qoşunların hərbi qulluqçularına hərbi rütbələr verəcək; –…

Read More
Cəmiyyət 

Bu halda cəriməniz silinə bilər – Sürücülərin DİQQƏTİNƏ!

Sürücüləri ən çox narahat edən məsələ cərimələr,onların ödənilməsi və silinməsi mövzusudur. Praktikada yazılmış cərimələrin sonradan silinməsi halları da var. Ancaq bunun da əsası olmalıdır. Bəs hansı halda cərimə silinə bilər? Oxu24.com xəbər verir ki, mövzu ilə bağlı danışan nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, sürücü hər hansı bir qəzanın baş verməməsi məqsədi ilə bilməyərəkdən qaydanı pozubsa,yazılan cərimə silinə bilər. Bunun üçün vətəndaş Baş Dövlət Yol Polisi İdarəsinə müraciət etməlidir. Əsaslandırmalıdır ki,qəzadan yayınmaq üçün zəruri bir vəziyyət yaranıb.İnzibati Xətalar Məcəlləsinin son zərurət maddəsi (Red-18-ci maddə) tətbiq olunmaqla yazılmış cərimə protokoluna…

Read More
Cəmiyyət 

Azərbaycanda ov mövsümü açıq elan edildi

Ov Məsələləri üzrə Koordinasiya Şurasının iclasında bu gündən etibarən Azərbaycanda ov mövsümünün açıq elan edilməsinə qərar verilib. Musavat.com xəbər verir ki, bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva məlumat verib. O bildirib ki, ölkə ərazisində alim-mütəxəssislərlə birgə quş və məməli heyvanların mütəmadi monitorinqi aparılır: “Monitorinqlərin nəticəsinə görə, son illər qlobal iqlim dəyişikliyi və Xəzər dənizində su səviyyəsinin aşağı düşməsi quşların ənənəvi toplaşma, istirahət, qidalanma, qışlama yerlərinin və miqrasiya marşrutlarının dəyişməsinə səbəb olub. Bu səbəbdən iclasda ov mövsümünün dekabrın 1-dək açıq elan olunmasına və təbiətdə baş verən proseslərin dinamikasının izlənilməsinə…

Read More
Hava 

Şənbə gününün havası açıqlanıb

Bakıda və Abşeron yarımadasında oktyabrın 11-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 15-18, gündüz 20-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət isə gecə 75-80 %, gündüz 55-65 % təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu…

Read More
Cəmiyyət 

Bu şəxslərə daha çox pul veriləcək – DƏYİŞİKLİK

Kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mövsümi işlərə cəlb edilən fiziki şəxslər üzrə gündəlik nağd qaydada ödənilən məbləğin yuxarı həddi artırılır. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Nağdsız hesablaşmalar haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mülki hüquqi xarakterli müqavilələr əsasında mövsümi işlərə cəlb edilən fiziki şəxslər üzrə gündəlik hər bir belə fiziki şəxs üçün nağd qaydada ödənilə bilən məbləğin yuxarı həddi iyirmi manatdan otuz manata qaldırılır./Sfera.az

Read More
Cəmiyyət 

Növbəti köç karvanı Ballıcaya ÇATDI – Açarlar təqdim edildi

Xocalı rayonuna yola salınan növbəti köç karvanı Ballıca kəndinə çatıb, açarlar təqdim olunub. Açarların təqdim olunması mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər. Qeyd edək ki, bununla Ballıca kəndinə köçürülən ailələrin sayı 215-ə (965 nəfər) çatıb.//Report

Read More
Cəmiyyət 

Rayon həkimləri ilə bağlı ilginc iddia

Peşəkar yaşlı həkimlər kütləvi şəkildə paytaxtdakı özəl klinikalara üz tuturlar – səbəblər… Regionlarda ixtisaslı həkimlərin çatışmazlığı problemi hələ də aktuallığını qoruyur. Xüsusilə dar ixtisaslar üzrə həkim tapılmaması bəzi bölgələrdə tibbi xidmətlərin keyfiyyətinə mənfi təsir göstərir. Bu barədə TƏBİB-dən bildirilib. Qeyd olunub ki, rayonlarda peşəkar yaşlı həkimlər kütləvi şəkildə paytaxtdakı özəl klinikalara üz tuturlar. Gənc həkimlər isə bölgələrə getmək istəmirlər. Nəticədə çox xoşagəlməz mənzərə yaranır. Rayonlarda yaşayan insanlar adi bir cərrahiyyə əməliyyatı üçün Bakıya üz tutmaq məcburiyyətində qalırlar. Tutaq ki, əvvəllər ölkədə kardioloq, ginekoloq çatışmazlığı olardısa, bu zaman ixtisasdəyişmə edilirdi. Artıq…

Read More
Cəmiyyət 

Həmin direktordan növbəti şikayət: “50-dən çox adamı işdən çıxarıb…”

Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecinin dəftərxana müdiri Nigar Haşımlının təzyiqlərə məruz qalması ilə bağlı şikayətindən sonra redaksiyamıza kollec rəhbərliyi ilə bağlı daha bir neçə müraciət daxil olub.  Bu dəfə kollecin müəllimləri heç bir əsaslı səbəb olmadan kütləvi şəkildə işdən çıxarıldıqlarını deyirlər. Həmin kollecdə iqtisadiyyat fənnini tədris edən Kəmalə Nəsirovanın sözlərinə görə, ümumilikdə 5-dən çox işçi heç bir xəbərdarlıq olunmadan işdən azad olunub: “Saat azlığı bəhanəsi ilə işdən çıxarılmağımıza baxmayaraq, yeni müəllimlər işə götürür. Kim haqqını tələb edirsə, hədə-qorxu gəlinir, təhdid olunurlar. Ümumilikdə 50-dən çox işçi yeni rəhbərlik…

Read More