“Azərbaycanfilm” kinostudiyasında nə baş verir? – “Bu məbəd çoxdan dağıdılıb, ocağı sönüb, indi yalnız tüstüləyir…”
“Azərbaycanfilm” kinostudiyasının rəhbər heyətində yenidən dəyişikliklər olub. Azərbaycan Kinematoqrafçılar İttifaqından APA-ya verilən məlumata görə, kinostudiyanın direktor müavini Davud Məlikbəyli və aparat rəhbəri Aslan Rəhimov işdən azad ediliblər. Xatırladaq ki, “Azərbaycanfilm” kinostudiyasının rəhbər heyətində dəyişikliklər son illərdə tez-tez baş verir. Təkcə ötən il kinostudiyanın direktoru Nazim Hüseynov və onun müavini Aydın Hüseynov öz ərizələri ilə işdən çıxmışdılar. “Azərbaycanfilm”in əvvəlki direktoru, rejissor Cəmil Quliyev 2019-cu ilin sonlarında vəzifəyə təyin olunsa da, bir il tamam olmamış istefa vermişdi. Sonra kinostudiyaya Fariz Əhmədov direktor gətirildi, lakin o da çox qısa müddətdən sonra rəhbərlikdən ayrıldı.…
Read More