Qarlı hava şəraiti nə vaxtadək davam edəcək?
“Fevralın 11-i axşam saatlarından başlayaraq yağıntıların intensivliyinin azalacağı proqnozlaşdırılır. Fevralın 12-də isə həm Bakıda və Abşeron yarımadasında, həm də regionlarda havanın nisbətən mülayimləşəcəyi və əksər ərazilərdə yağıntısız keçəcəyi ehtimal olunur”. Bu barədə Hidrometeoroloji Proqnozlar Bürosunun rəhbəri Gülşad Məmmədova açıqlama verib. Qurum rəsmisi qeyd edib ki, sabah gündüz saatlarında paytaxtda və Abşeron yarımadasında fasilələrlə yağışlı hava şəraiti hökm sürəcək. Güclü şimal-qərb küləyinin mülayim cənub-qərb küləyinə keçəcəyi gözlənilir. Havanın ən yüksək temperaturu 2-5 dərəcə isti təşkil edəcək. Rayonlarda da yağıntılı hava sabah davam edəcək. Bəzi bölgələrə qar yağması, ayrı-ayrı yerlərdə isə yağıntıların…
Read More