Tehranın tarixi qələbə bəyanatı: “Düşmən diz çökdü, hədəflər fəth olundu”
İran Ali Milli Təhlükəsizlik Şurası ölkə xalqına müraciət edərək rəsmən qələbə elan edib. Bəyanatda bildirilir ki, İran övladlarının fədakarlığı sayəsində düşmən bir aydan artıqdır ki, İranın və Müqavimət qüvvələrinin sarsıdıcı atəşini dayandırmaq üçün yalvarır. Ölkə rəhbərliyi isə düşmənin tam peşmançılığına və uzunmüddətli təhdidlərin aradan qaldırılmasına qədər bu xahişləri rədd edib. 40 gün davam edən qarşıdurma nəticəsində İranın bütün hərbi hədəflərinə çatdığı və ABŞ prezidentinin ultimatumlarının boşa çıxdığı vurğulanır. Musavat.com xəbər verir ki, İslam İnqilabının Ali Rəhbəri Ayətullah Seyid Müctəba Xameneinin fərmanı ilə İslamabadda yekun detalların razılaşdırılması üçün danışıqlara razılıq verilib. İran…
Read More