Cəmiyyət 

Bakıda dünyaşöhrətli fotojurnalist Reza Deqatinin “Yüksələn işıq” sərgisi açılıb

Heydər Əliyev Beynəlxalq Aeroportunda dünyaşöhrətli fotojurnalist Reza Deqatinin “Yüksələn işıq” adlı sərgisi açılıb. “İki sahil” xəbər verir ki, Leyla Əliyeva sərgini ziyarət edib. Reza Deqati Leyla Əliyeva sərgi ilə bağlı ətraflı məlumat verib. Qeyd edək ki, “Yüksələn işıq” sərgisi Reza Deqatinin (www.instagram.com/rezaphotography/) obyektivindən Azərbaycanın vətəndaşlarını, təbiətini, adət-ənənələrini və gündəlik həyatının incə ahəngini əks etdirir. Bu fotolar təkcə görüntü deyil, ölkənin ruhunu və işığını əks etdirən canlı hekayələrdir. “Azərbaycan Hava Yolları” QSC (AZAL) üçün bu sərgi səyahətin əsl mahiyyətini kəşf etməyi, ünsiyyəti və mədəniyyətlər arasında körpülər qurmaq gücünü ifadə edir. Reza Deqatinin…

Read More
İSLAM Ramazan 

Qədr gecələrinin vaxtı açıqlandı

Ramazan ayının Qədr (Əhya) gecələrinin tarixləri məlum olub. Ramazan ayının gündəlik duaları, imsak və iftar vaxtlarını əks etdirən xüsusi təqvimə əsasən, ilk Qədr gecəsi Ramazan ayının 7-dən 8-nə keçən gecəyə, yəni martın 8-nə təsadüf edir. Digər Qədr gecələri isə 9-dan 10-a keçən gecə (10 mart), 11-dən 12-nə keçən gecə (12 mart) və 15-dən 16-na keçən gecə (16 mart) qeyd olunacaq. Qeyd edək ki, bu il Ramazan ayının ilk günü fevralın 19-na təsadüf edir. Təqvimə görə, Ramazan bayramı Azərbaycanda martın 20-si və 21-də qeyd olunacaq. (Metbuat.az)

Read More
Hava 

Azərbaycanda bu ərazilərə qar yağır

Azərbaycanda yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Musavat.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin fevralın 10-u saat 10:00-a olan məlumatında bildirilib. Qeyd olunub ki, əksər ərazilərə yağış, bəzi bölgələrə isə qar yağır. Qar örtüyünün hündürlüyü Şahbuzda 37, Qaxda (Sarıbaş) 25, Qrızda 6, Şahdağda 4, Xaltanda 3, Şəki (Kişçay), Xızı və Qusarda 2, Göygöl, Daşkəsən, Kəlbəcər və Qubada 1 sm-dir. Düşən yağıntının miqdarı Ordubadda 6, Naxçıvan və Sədərəkdə 4, Şərur, Şabran, Astara və Yardımlıda 3, Culfa, Şəmkir, Lerik və Lənkəranda 2, Gədəbəy, Laçın, Qubadlı, Gəncə, Tovuz, Balakən, Zaqatala, Xaçmaz,…

Read More
Cəmiyyət 

Fəzail Ağamalı ilə vida mərasimi başa çatdı – FOTOLAR, VİDEOYENİLƏNİB

Milli Məclisin sabiq deputatı, Ana Vətən Partiyasının keçmiş sədri Fəzail Ağamalı ilə Heydər məscidində keçirilən vida mərasimi başa çatıb. Musavat.com xəbər verir ki, mərhumun cənazəsi dəfn olunmaq üçün Sabunçu rayonu, Ramana qəbiristanlığına yola salınıb. Vida mərasimində mərhumun ailə üzvləri, yaxınları, partiya nümayəndələri iştirak ediblər. Çıxış edənlər Fəzail Ağamalının Azərbaycan siyasi həyatında oynadığı rolu, uzun illər parlamentdə fəaliyyəti, prinsipial mövqeyi və siyasi mübarizədə göstərdiyi iradəni xüsusi vurğulayıblar. *** Xəbər verdiyimiz kimi, Milli Məclisin sabiq deputatı, Ana Vətən Partiyasının keçmiş sədri Fəzail Ağamalı ötən gün 78 yaşında vəfat edib. Musavat.com-un məlumatına görə, bu…

Read More
Cəmiyyət 

“Mənim üçün çox çətin, ağırdır” – Günay Ağamalı

“Mənim üçün çox çətindir. Atam haqqında nəsə demək mənim üçün ağırdır…” Bu sözləri Musavat.com-a açıqlamasında mərhum Fəzail Ağamalının deputat qızı Günay Ağamalı bildirib. O, atasının vida mərasimində media nümayəndələrinin suallarını cavablandırarkən duyğularını gizlətməyib və hazırda danışmağın onun üçün nə qədər çətin olduğunu ifadə edib. Mərhumun oğlu Elçin Ağamalı isə bütün sualları cavabsız qoyub. O, qısa şəkildə “İndi atam haqqında nəsə danışmağın nə yeri, nə zamanıdır” – deyə bildirib. Xatırladaq ki, Milli Məclisin deputatı Günay Ağamalı bir neçə gün öncə Ana Vətən Partiyasının sədri seçilib. Ötən ilin oktyabrın 25-də keçirilən AVP-nin qurultayında Fəzail…

Read More
Gündəm 

YAP-ın Aparat rəhbəri KİM olacaq? – ADLAR

Tahir Budaqovun Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmasından sonra Yeni Azərbaycan Partiyasında (YAP) Aparat rəhbəri postu boşalmış sayılır. Musavat.com xəbər verir ki, hakim partiyanın mərkəzi strukturlarında bu vəzifəyə kimin gətiriləcəyi yönündə müzakirələrin başladığı bildirilir. Məlumata görə, YAP rəhbərliyi Aparat rəhbəri postuna daha çox partiya daxilində uzunmüddətli idarəçilik təcrübəsinə malik, Mərkəzi Aparatın iş mexanizmini yaxşı bilən şəxsin təyinatında maraqlıdır. Bu baxımdan bir neçə ad ehtimal olunan namizəd kimi hallanır. Müzakirə olunan adlar sırasında YAP İdarə Heyətinin üzvlərindən, partiyanın regional strukturlarına nəzarətdə və təşkilati məsələlərdə aktiv rol oynayan funksionerlərin olduğu…

Read More
Hava 

TƏCİLİ: Hava ilə bağlı XƏBƏRDARLIQ – Fevralın 11-də…

Azərbaycanda fevralın 11-də bəzi yerlərdə sulu qar, qar yağacağı proqnozlaşdırılır. Bu barədə Musavat.com-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı, 10-dan 11-nə keçən gecə və səhər bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 1° şaxtadan 2°-dək isti, gündüz 2-5° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq. Gecə və səhər bəzi şəhərətrafı yolların buz bağlayacağı ehtimalı var. Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir…

Read More
Cəmiyyət 

Güllələnən müəllimin son durumu açıqlandı

1997-ci il təvəllüdlü şəxsin (qadın) Kliniki Tibbi Mərkəzin Neyrocərrahiyyə şöbəsində müalicəsi davam etdirilir. Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, Şəhla Kamilovanın vəziyyəti stabil qiymətləndirilir. Qeyd edək ki, Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin 10-cu sinif şagirdi Ə.Ş. atasına məxsus ov silahı ilə məktəbə gələrək müəllimi Şəhla Kamilovaya xəsarət yetirib. Şagird polis əməkdaşları tərəfindən saxlanılıb.

Read More
Cəmiyyət 

Fəzail Ağamalı ilə vida bu məkanda keçiriləcək

Fevralın 10-u saat 12:00-da Heydər məscidində sabiq deputat Fəzail Ağamalı ilə vida mərasimi keçiriləcək. Musavat.com xəbər verir ki, bu barədə Fəzail Ağamalının qızı deputat Günay Ağamalı paylaşım edib. Dəfndən sonra Heydər məscidində hüzr mərasimi təşkil olunacaq. Mərhunun 3-7 mərasimi 12 fevral, saat 11:00-15:00 aralığında Heydər Məscidində keçiriləcəkdir. Qeyd edək ki, Fəzail Ağamalı uzun sürən xəstəlikdən sonra dünən Ankarada dünyasını dəyişib. Allah rəhmət eləsin!

Read More
Gündəm 

Türkiyədə toyuq əti bahalaşdı, ixracı yasaqlandı – Azərbaycanda vəziyyət necədir?

Ramazan ayı ərəfəsində Türkiyə hökuməti oruc tutanların normal qidalanması üçün yenidən toyuq əti və toyuq məhsullarının ixracına qadağa qoyub. Musavat.com yerli mətbuata istinadən xəbər verir ki, Ramazan ayı ərəfəsində istehsalçı və satıcılar tərəfindən toyuq məhsullarının qiymətlərinin təxminən 15 faiz artırılmasından sonra Ticarət Nazirliyi toyuq məhsullarının ixracının bu gündən etibarən dayandırılacağını açıqlayıb. Qeyd olunub ki, bu qərar daxili bazarda təklifin artırılması və qiymət artımlarının qarşısının alınması məqsədilə qəbul edilib. Nazirlik xəbərdarlıq edib ki, bazardakı proseslər yaxından izləniləcək və zərurət yaranarsa əlavə tədbirlər də gündəmə gələ bilər. Qeyd edək ki, son illərdə Türkiyədə Ramazan ərəfəsində toyuq…

Read More