Cəmiyyət 

Çörək bahalaşdı – 1 manat 10 qəpik – FOTO

Bəzi çörək növlərinin qiyməti artıb. Qiymət artımı əsasən “baton” çörəklərində qeydə alınıb. Belə ki, əvvəllər doğranmış “baton” çörəkləri 1 manata satılırdısa, hazırda 1 manat 10 qəpiyə təklif olunur. Qiymət artımı supermarketlərdə hazırlanan çörək növlərində də qeydə alınıb. Bir sözlə “zavod çörəyi”ndən başqa digər çörək növlərində bu və digər şəkildə bahalaşma var. Bəs, qiymət artımın səbəbi nədir? Məsələyə münasibət bildirən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bizim.Media-ya açıqlamasında deyib ki, son vaxtlar zavod çörəyindən başqa çörək növlərinin bahalaşmasının əsas səbəbi istehsal xərclərinin artmasıdır: “Çeşidli çörəklər adətən özəl sexlərdə və kiçik istehsalçılar…

Read More
Gündəm 

Azərbaycan quru sərhədləri ilk bu ölkə ilə açacaq – İDDİA

Bakı və Tehran quru sərhədi boyunca sərnişin daşımalarının bərpası imkanlarını müzakirə edirlər. Musavat.com bu barədə “Azad İran” “Telegram” kanalına istinadən xəbər verir. Bildirilir ki, bu barədə İranın mədəni irs, turizm və əl işləri naziri Rza Salehi Əmiri Ərdəbil bölgəsindən olan parlament üzvləri ilə görüşündə məlumat verib. Qeyd edək ki, Azərbaycanın quru sərhədləri 2020-ci ilin mart ayından bağlıdır.

Read More
Sosial 

Bu vətəndaşların pensiyası 93 manat ARTACAQ

Pensiyaların indeksləşdirilərək artırılması mövcud hüquqi mexanizmə uyğun həyata keçirilir və bu proses təxminən 1 milyon 100 min vətəndaşı əhatə edir. Musavat.com xəbər verir ki, bu barədə Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev pensiyaların indeksləşdirilməsi ilə bağlı təşkil olunan brifinqdə məlumat verib. Nazir müavini vurğulayıb ki, artım qanunvericiliyin tələblərinə əsasən icra olunur. O qeyd edib ki, yalnız pensiya məbləğləri deyil, eyni zamanda hazırda çalışan şəxslərin fərdi hesablarında yığılan pensiya kapitalı da 2026-cı il yanvarın 1-dən etibarən artırılacaq. Rəşad Mustafayevin sözlərinə görə, pensiyaların indeksləşdirilməsi orta aylıq nominal əməkhaqqının illik artım…

Read More
Gündəm 

Prezidentin yüksək vəzifəyə təyin etdiyi Azər Mursaqulov KİMDİR… – DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Azər İsmayıl oğlu Mursaqulov Dövlət Statistika Komitəsinin sədri təyin edilib. Musavat.com Azər Mursaqulovun dosyesini təqdim edir: Azər Mursaqulov 1981-ci ildə ildə anadan olub. O, Türkiyənin Boğaziçi Universitetinin məzunudur. ABŞ-ın Corciya Universitetində iqtisadiyyat ixtisası üzrə fəlsəfə doktoru (PhD) elmi dərəcəsi alıb. A.Mursaqulov 2010–2012-ci illərdə Vaşinqton şəhərində Beynəlxalq Valyuta Fondunun baş qərargahında Fondun icraçı direktorunun müşaviri vəzifəsində çalışıb. 2012–2019-cu illərdə Maliyyə Nazirliyində müxtəlif vəzifələrdə işləyib. 2019-cu ildən etibarən Maliyyə Nazirliyi yanında Dövlət Borclarının və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru vəzifəsini tuturdu.

Read More
Gündəm 

Parlamentdə GÜLLƏLƏNƏN MÜƏLLİM söhbəti – Deputatdan ÇAĞIRIŞ

Deputat Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) barədə çıxış edib. Musavat.com-un məlumatına görə, deputat təəssüflə deyib ki, Azərbaycanda uşaqların boy göstəriciləri orta Avropa göstəricilərindən aşağıdır və bu tendensiya davam edir: “Şübhəsiz, burada genetika mühüm rol oynayır. Səhiyyə xidmətinin keyfiyyəti və fiziki aktivlik də önəmlidir. Lakin bütün bunlarla yanaşı, ən həlledici amil qidalanmadır. Uşaqların zəruri vitaminlərlə və yüksək kalorili qida ilə təmin olunması sahəsində ölkədə ciddi problemlər mövcuddur. Buna görə də məktəblərdə uşaqlara yemək verilməsinə, həm də keyfiyyətli qida…

Read More
Hadisə 

Şəhidlər xiyabanında nalayiq hərəkətlər edən ərəblərin sonu necə OLDU?

Şəhidlər xiyabanında qeyri-etik hərəkətlər etməkdə təqsirləndirilən üç Səudiyyə Ərəbistanı vətəndaşının (Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain, Alghabr Mahdi Mohammad) barəsində olan qərardan apellyasiya şikayəti üzrə məhkəmə hazırlıq iclası keçirilib. Bakı Apellyasiya Məhkəməsində hakim Əfqan Ələkbərovun sədrliyi ilə keçirilən prosesdə müttəhimlərin anket məlumatları dəqiqləşdirilib. Təqsirləndirilən ərəblərin vəkilləri müvəkkilləri barədə olan cinayət işinin xitamını istəsələr də məhkəmə vəsatəti təmin etməyib, cinayət işinin məhkəmə baxışına verilməsinə dair qərar qəbul olunub. Məhkəmənin baxış iclası fevralın 17-də keçiriləcək. Qeyd edək ki, Səbail rayon Məhkəməsinin hökmünə əsasən, müttəhimlərin hər biri 2 il müddətinə azadlıqdan məhrum olunub. Onlar cəzalarını…

Read More
Sosial 

Deputatdan HƏYƏCAN TƏBİLİ: “Uşaqların tərbiyəsinə…”

Deputat Ceyhun Məmmədiv Milli Məclisdə “Təhsil Haqqında” Azərbaycan Respublikası Qanununa edilən dəyişiklikdən danışıb və layihəyə səs verəcəyini bildirib. Musavat.com bildirir ki, o, layihəni sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərə cənab Prezidentin rəhbərliyi ilə dövlətimizin növbəti qayğısı kimi xarakterizə edib: “Bu, onu göstərir ki, ölkəmiz sosial dövlət missiyasını uğurla yerinə yetirir, xüsusi qayğıya ehtiyacı olan insanları daima diqqətdə saxlayır”. C.Məmmədov daha sonra çıxışında son günlər Bakıdakı məktəblərdən birində baş verən xoşagəlməz hadisədən bəhs edib: “Bu gün xüsusilə ağıllı telefonların, sosial medianın, internet oyunlarının uşaq və yeniyetmələrin tərbiyəsinə mənfi təsiri günü – gündən…

Read More
Gündəm 

Komitə sədrindən İLGİNC açıqlamalar

Milli Məclisdə “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. Musavat.com-un məlumatına görə, layihə barədə parlamentin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova məlumat verib. İnsan hüquqları komitəsinin sədri Zahid Oruc çıxışında bildirib ki, “Uşaq hüquqları haqqında” yeni qanun layihəsi-hazırda qüvvədə olan hüquqi aktın 1998-ci ildə qəbul olunduğunu nəzərə aldıqda Vətən müharibəsində Qələbəmizdən sonra uşaqlara, ailəyə və gələcəyimizə yönələn yeni dövlət siyasəti adlandırmaq olar: “Birinci oxunuş konseptual xarakter daşıdığı üçün bir neçə tarixi, demoqrafik və sosioloji məqamları layihənin müzakirəsində vurğulamaq yerinə düşər. Hər bir…

Read More
Siyasət 

Milli Məclisdə TARİX YAZILIR – Azərbaycan BMT-nin bu Konvensiyasını ratifikasiya edən İLK ÖLKƏDİR

10 fevral 2026-cı il tarixində Azərbaycan Respublikasının Milli Məclisi Birləşmiş Millətlər Təşkilatının “Kibercinayətkarlığa qarşı” Konvensiyasının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təqdim edilmiş Qanun layihəsini qəbul edib. Musavat.com xəbər verir ki, bununla Azərbaycan Respublikası Konvensiyanın ratifikasiyası prosesinə liderlik edən ölkəyə çevrilir. Qeyd edək ki, dünya birliyinin çoxillik gərgin əməyinin nəticəsi olaraq BMT-nin “Kibercinayətkarlığa qarşı Konvensiya”sının yekun layihəsinin hazırlanması prosesində Azərbaycan xüsusilə fəal iştirak edib. Dövlət Təhlükəsizliyi Xidməti, Xarici İşlər Nazirliyi, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və digər dövlət qurumlarının nümayəndələrinin də daxil olduğu nümayəndə heyəti çoxtərəfli…

Read More