Cəmiyyət 

ADSEA suyun qiyməti ilə bağlı tabeli qurumaları arasında müzakirə aparır – RƏSMİ

“Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10 oktyabr 2024-cü il tarixində imzaladığı Sərəncamda su ehtiyatlarının davamlı idarə olunması, maliyyə dayanıqlığının təmin edilməsi və su təhlükəsizliyinin gücləndirilməsi məqsədilə qəbul edilmiş tarif siyasətinin təkmilləşdirilməsi və diferensiallaşdırılması nəzərdə tutulur”. Musavat.com xəbər verir ki, bu barədə “Trend”in sorğusuna cavab olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib. Bildirib ki, Milli Strategiyada su ehtiyatlarının effektiv idarə edilməsi prioritet istiqamətlərdən biri kimi müəyyən olunub və bu çərçivədə sosial-iqtisadi vəziyyət, investisiya qoyuluşu nəzərə alınmaqla tariflərin diferensiallaşdırılması nəzərdə tutulur. “Bu…

Read More
Hava 

Hava kəskin DƏYİŞİR – Güclü külək XƏBƏRDARLIĞI

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Musavat.com Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, fevralın 19-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Zəngilan, Cəbrayıl, Ağdam, Laçın, Kəlbəcər, Daşkəsən, Gəncə, Goranboy, Naftalan, Tovuz, Ağstafa, Qazax, Mingəçevir, Yevlax, Ağdaş, Ucar, Bərdə, Tərtər, Göyçay, İsmayıllı, Qəbələ, Qusar, Siyəzən, Xızı, Lerik, Yardımlıda narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək. Bakıda və Abşeron yarımadasında, o cümlədən ölkənin digər bölgələrində sarı xəbərdarlığa uyğun olaraq…

Read More
Siyasət 

Prezidentlə xanımı Nəriman Həsənzadəni təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadəyə təbrik məktubu ünvanlayıb. Musavat.com xəbər verir ki, məktubda deyilir: “Hörmətli Nəriman Həsənzadə! “Sizi – müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini 95 illiyiniz münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı arzulayırıq. Siz milli ədəbiyyatın çoxəsrlik parlaq ənənələrinə sadiq qalaraq, özünəməxsus ifadə tərzi və dəst-xəttinizlə xalqımızın poetik fikir xəzinəsinə dəyərli töhfələr bəxş etmiş söz ustasısınız. Ötən əsrin 50-ci illərində poeziya aləminə qədəm qoyduğunuz ilk vaxtlardan ədəbiyyatımıza yeni nəfəs gətirərək, geniş oxucu auditoriyasının xüsusi rəğbətini qazanmısınız. Qayəsini Vətən məhəbbəti, milli azadlıq…

Read More
Gündəm 

Pambıq “bəyləri” dövlətdən 42 milyon MANAT istəyir – NƏ baş verir?

Dünya pambıq bazarı növbəti eniş dövrünü yaşayır: bu gün pambığın 100 funtunun(1 funt təxminən 454 qramdır-red.) qiyməti 63,6 dollara qədər düşüb. Musavat.com xəbər verir ki, bu, ötən ilin noyabrından bəri ən aşağı göstəricidir. Hazırda qiymətlər ötən ilin eyni dövründəkindən 3,5 faiz aşağıdır. ABŞ Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı cari il üçün pambıq qiymətlərində 2 faizdən yuxarı artım proqnozlaşdırsalar da, yanvarın əvvəlindəki qısamüddətli artım istisna olmaqla, əksinə proses gedir. Belə ki, neftin ucuzlaşması ilə süni sapların istehsalında maya dəyərinin kəskin aşağı düşməsi dünya toxuculuq sənayesinin bu materiala daha çox yönəlməsinə…

Read More
Region Xəbərləri 

Azərbaycan-Serbiya: münasibətlər yeni mərhələdə

Fəqət Şadlinskaya YAP Bərdə rayon təşkilatının sədri Dövlət başçısı İlham Əliyevin fevralın 15-də Serbiya Respublikasına rəsmi səfəri münasibətlərin gələcək inkişafı ilə bağlı yol xəritəsinin təqdimatı ilə tarixə yazıldı. Belə ki, həm Prezidentlərin görüşündə, həm də Strateji Tərəfdaşlıq Şurasının 1-ci islasında səsləndirilən fikirlər,  imzalanan sənədlər, enerji sektorunda əməkdaşlığın gələcək inkişafına xidmət edəcək addımlar özündə mühüm məqamları ehtiva etdi. Azərbaycan-Serbiya münasibətləri keyfiyyətcə yeni mərhələyə daxil olur. Prezident İlham Əliyev mətbuata bəyanatında bildirdi ki, bütövlükdə energetika sahəsində bizim əlaqələrimiz indi çoxşaxəli formatda inkişaf edir. Bir müddət bundan əvvəl biz Serbiyaya təbii qazın ixracına…

Read More
Cəmiyyət 

Ramazan ayı insanın mənəvi kamilləşməsi üçün MÜHÜM FÜRSƏTDİR – MÜSAHİBƏ

Xoş gəldin, on bir ayın Sultanı… İlahiyyatçı: Ramazan ayı insanı daha məsuliyyətli, daha mərhəmətli və daha anlayışlı olmağa çağırır Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazilər Şurasının Ramazan ayının başlanması ilə bağlı verdiyi fətvaya əsasən, müqəddəs ayın ilk günü fevralın 19-na təsadüf edir. Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası müqəddəs Ramazan ayının başlanması münasibətilə dünya və ölkə müsəlmanlarını təbrik edib, Uca Allah- Təaladan müqəddəs orucluq ayında ibadətlərin qəbula yetməsini diləyib. Ramazanda Quran oxumaq, elm-irfan və ibadətlə məşğul olmaq, iftar süfrələri açmaq, xeyriyyəçilik etmək, ehtiyaclı şəxslərə, kimsəsizlərə, uşaq evlərinə, ahıl və qocalara köməklik göstərmək,…

Read More
Cəmiyyət 

17 itkin-şəhidimiz dəfn olunacaq – SİYAHI

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha 17 şəhid dəfn olunacaq. Musavat.com xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. İtkin-şəhidlərin 16-sı hərbçi, biri isə mülki şəxsdir. İtkin-şəhidlərin bir qismi fevralın 19-da, digər qismi isə fevralın 20-də dəfn olunacaq.

Read More
Siyasət 

İlham Əliyev qambiyalı həmkarını TƏBRİK ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev qambiyalı həmkarı Adama Barrouya təbrik məktubu ünvanlayıb. Musavat.com-un məlumatına görə, təbrikdə deyilir: “Hörmətli cənab Prezident, Qambiya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Biz Azərbaycan ilə Qambiya arasında sağlam təməllər üzərində qurulmuş münasibətlərin inkişafına böyük əhəmiyyət veririk. Ölkələrimizin BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təsisatlar və platformalar çərçivəsində səmərəli əməkdaşlığını xüsusi qeyd etmək istərdim. İnanıram ki, dostluq əlaqələrimizin möhkəmləndirilməsi, həm ikitərəfli, həm də çoxtərəfli qaydada əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi…

Read More
İSLAM Ramazan 

Bu gün niyyət axşamıdır

Bu gecə müqəddəs Ramazan ayının ilk gecəsi və ilk niyyət axşamıdır.  Musavat.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu axşam müsəlmanlar bütün Ramazan ayı boyunca tutacaqları oruc üçün niyyət edəcəklər. Artıq sabahdan etibarən islam dininin müqəddəs kitabı – Qurani-Kərimin nazil olduğu Ramazan ayı başlayır. Ramazan həm də, ruhi paklanma, səbir, yardımlaşma və mərhəmət ayı kimi qəbul olunur. Bu ayda oruc tutmaqla yanaşı, duaların artırılması, ehtiyacı olanlara yardım edilməsi, pis vərdişlərdən uzaq durulması tövsiyə edilir. Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin fətvasına əsasən, Ramazan ayının birinci günü fevralın 19-na,  Ramazan bayramı isə martın 20-nə…

Read More