Dünya 

Slovakiya Macarıstan və Çexiya ilə anti-Ukrayna koalisiyası yaratmağa hazırdır

Slovakiyanın iqtidar partiyası “Smer”in sədr müavini Lyuboş Blaxa bəyan edib ki, Bratislava, Budapeşt və Praqa arasında Moskva siyasətinə qarşı Brüsselin mövqeyini tənqid edən yeni siyasi ittifaq formalaşa bilər. “Avropada hələ sağlam düşüncəsini qoruyub saxlayan ölkələrin birgə addımları təkcə mümkün deyil, həm də ehtimal olunandır,” – deyə Blaxa vurğulayıb. Musavat.com-un məlumatına görə o qeyd edib ki, Slovakiya Macarıstan və Çexiya ilə “anti-Ukrayna koalisiyası” ideyasına müsbət yanaşır, çünki bu üç hökumət Brüsselin Moskva ilə münasibətlərdəki siyasətinin təhlükələrini anlayır.

Read More
Gündəm 

Xankəndiyə qayıtmaq istəyən ermənilərə ağır zərbə

Ermənistan parlamentində “Qarabağa qayıdış” təşəbbüsü bir daha rədd edilib. Hakim “Vətəndaş Müqaviləsi” Partiyası Qarabağdan köçmüş ermənilərin Xankəndiyə və ətraf ərazilərə qayıdışına dair müxalifətin irəli sürdüyü təklifin əleyhinə səs verib. Bu barədə parlamentin xarici əlaqələr komissiyasının üzvü, hakim partiyadan olan deputat Arman Yeqoyan məlumat verib. O bildirib ki, Ermənistan hökuməti hazırda Azərbaycan qarşısında belə bir məsələ qaldırmır: “Xaçaturyan tərəfindən irəli sürülən təklif Qarabağdan köçmüş şəxslərin qaytarılmasının təmin edilməsinin Azərbaycanın üzərinə məsuliyyət kimi qoyulmasını nəzərdə tuturdu. Amma hökumət bu anda bu istiqamətdə heç bir təşəbbüs irəli sürmür”, – Yeqoyan deyib.  Məsələyə səbəb…

Read More
Gündəm 

AZƏRBAYCAN DÖVLƏTÇİLİK TARİXİNİN ŞANLI SƏHİFƏSİ – VƏTƏN MÜHARİBƏSİ

Azərbaycanın dövlətçilik tarixində 27 sentyabr 2020-ci il mühüm dönüş nöqtəsi oldu. Bu gün yalnız müharibənin başlanması deyil, həm də xalqın milli iradəsinin, dövlətin qətiyyətli mövqeyinin və beynəlxalq hüquqa əsaslanan ədalətli mübarizəsinin simvoludur. Dünya hərb elmində həm də “XXI əsrin müharibəsi” adlandırılan Vətən müharibəsi Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri olmaqla, dövlətçiliyimizin inkişafında yeni mərhələnin əsasını qoydu. Müasir dövlətçilik anlayışında ərazi bütövlüyü, suveren hüquqların təmin edilməsi, milli birliyin qorunması əsas amillər kimi çıxış edir. Azərbaycan 5 il bundan əvvəl məhz bu fundamental prinsipləri qorumaq üçün qətiyyətli addımlar atdı. Bu səbəbdən 2020-ci…

Read More
Cəmiyyət 

Heydər Əliyev Mərkəzində “ART Weekend” festivalının rəsmi açılışı olub

Açılışda “Art Weekend” layihəsinin təşəbbüskarı, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva iştirak ediblər Oktyabrın 31-də Heydər Əliyev Mərkəzində “ART Weekend” festivalının rəsmi açılışı olub. Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə paytaxtımızda başlayan “ART Weekend” bir sıra ölkələrdən incəsənət və mədəniyyət xadimləri, kuratorları bir araya gətirib. “İki sahil” xəbər verir ki, rəsmi açılışda “Art Weekend” layihəsinin təşəbbüskarı, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Arzu Əliyeva və Alena…

Read More
Gündəm 

10 oldular: daha hansı başçıya həbs yolu görünür?

Korrupsiyaya bulaşan məmurların ifşası İH-lərin ləğvini yenidən gündəmə gətirdi; deputat bu əməliyyatların Bakının rayonlarında da keçirilməsinə çağırdı Məlum olduğu kimi, Balakən Rayon İcra Hakimiyyətində əməliyyat keçirilib. Korrupsiya hüquqpozmaları və vəzifə cinayətləri ilə bağlı keçirilən əməliyyat çərçivəsində rayonun icra başçısı İslam Rzayev və bir neçə digər rəsmi şəxslər saxlanılıb.  Bu ilin yayında isə Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev saxlanılıb. Korrupsiya əməllərində ittiham olunan başçı barəsində həbs qətimkan tədbiri seçilib. 2019-cu ildən indiyədək Azərbaycanda həbs edilən icra başçılarının əksəriyyəti eyni ittihamla saxlanılıb və həbs olunublar. 2019-cu ildə Yevlax rayonunun sabiq…

Read More
Cəmiyyət 

Bazarlarda meyvənin qiyməti “əl yandırır”

Bahalaşmanın bir səbəbi də ixracın artmasıdır Payız mövsümünün gəlişi ilə bu dövrün sevimli meyvələrinin də bazarlara yolu açılıb. Payız alması, armudu, nar, heyva, naringi, feyxua, mandarin və sair meyvələrin əsl yeyilən, mürəbbə, kompot bişirilən vaxtıdır. Lakin bu il bazarda payız meyvələrinin qiymətində ciddi bahalaşma müşahidə olunur və bu, ucuz mövsüm meyvəsi gözləyən insanları xeyli məyus edir. Xüsusilə bu aylarda həmişə bol və ucuz olan meyvələrin qiymətinin artması, həm də keyfiyyətli meyvələrin azlığı müşahidə olunmaqdadır. Modern.az-a açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli qeyd edib ki, ölkə ərazisində qida mallarının idxalında artım qeydə…

Read More
Cəmiyyət 

60 qəpiyə dəyməyən marşrutlar – Gecikmə, basabas və…

Ekspert deyir ki, problem daşıyıcı şirkətlərin məsuliyyətsizliyi ucbatından yaranır Paytaxtın ictimai nəqliyyatından narazılıq davam etməkdədir. Sosial şəbəkədə paylaşılan görüntülərdə qadın sərnişinlərdən biri avtobus gec gəldiyindən salonda yaranan basabasdan gileylənir.  Və deyir ki, “Gediş haqqını 60 qəpik etdilər, amma xidmət sıfırdır. Gediş haqqını nəzərə alıb 60 qəpiyə qaldırırlar, heç olmasa abır-həyanı da nəzərə alsınlar. Avtobusda kişi, qadın bilinmir. Hamı bir-birinə yapışıb”. (Sherg.az) İctimai nəqliyyat sahəsi həqiqətən də düzəlmir ki, düzəlmir. Yenə gecikmələr, tıxaclar, basabas, köhnə, motorundan qara tüstünü şəhərə yayan sınıq-salxaq avtobuslar, kobud sürücülər, uzandıqca uzanan intervallar… Avtobus zolaqlarının çəkilməsi, yeni…

Read More
Gündəm 

“Anası işlə bağlı danışırdı, deyirdi “briqadirsən?”- Video

Xaçmazın Çaykənarı kəndində baş verən qətl hadisəsinin təfərrüatı məlum olub. Kənd sakini Həqiqət Məmmədova bıçaqlanaraq öldürülüb. Qadının hadisəni törətməkdə şübhəli bilinən 17 yaşlı oğlu saxlanılıb. Məlumata görə, yeniyetmə anasını qısqanclıq zəminində qətlə yetirib. “Dedim Oruc nə edirsən? Eləmə! Əlində bıçaq girdi içəri birbaşa anasının qarnına sancdı. Əlimə stol götürdüm ki, vurum, bıçaq əlindən düşsün. Sonra belinə düşdü, o da atdı bıçağı, çıxıb getdi. Hadisə telefon üstündə baş verib. Anası işlə bağlı danışırdı, deyirdi ki, briqadirsən niyə danışırsan? Təkid edirdi ki, danışmasın, telefonu versin, yoxsa sındıracaq”, – mərhumun qohumu bildirib. Yaralı Xaçmaz Rayon…

Read More