Siyasət 

Hikmət Hacıyevdən diplomatların Cəbrayıl və Zəngilana səfəri ilə bağlı PAYLAŞIM

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş diplomatların Cəbrayıl və Zəngilan rayonlarına səfəri ilə bağlı paylaşım edib. Musavat.com xəbər verir ki, bu barədə o, “X” hesabında yazıb. “Biz diplomatik korpusun üzvləri ilə birlikdə Prezident İlham Əliyevin izi ilə gedərək Cəbrayıl və Zəngilan rayonlarına səfər edirik. Səfərimizin ilk dayanacağı Horovlu kəndidir. Ziyarət çərçivəsində əsas diqqət Zəngəzur dəhlizinin tikintisinə, həmçinin bölgədə həyata keçirilən dəmir yolu və avtomobil yolu layihələrinə yönələcək. 2020-ci il Vətən müharibəsindən bəri bu, diplomatik korpusla birlikdə azad edilmiş ərazilərə 20-ci səfərimizdir”,…

Read More
Siyasət 

Milli Məclis Prezident və xanımına təbrik məktubu ünvanladı

Milli Məclis 8 Noyabr – Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib. Musavat.com bildirir ki, bu təkliflə spiker Sahibə Qafarova parlamentin bugünkü plenar iclasında çıxış edib. “Təklif edirəm ki, Zəfər Günü ilə bağlı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayaq və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayaq”, – deyə sədr bildirib. Deputatlar spikerin təklifini alqışlarla qarşılayıblar. Daha sonra Milli Məclis 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanatı müzakirəyə çıxarıb.

Read More
Siyasət 

Azərbaycana “dəhliz müharibəsi” təhlükəsi

İran hakimiyyətindəki mühafizəkar qanad ölkəmizə qarşı hansı tezisləri və niyə tirajlayır? İran son zamanlar bölgədə reallaşan dəhliz layihələrindən kənarda qala biləcəyi qorxusunu yaşamağa başlayıb. Tehran üzdə bu məsələdə özünü tox tutsa da, arxa planda məsələnin ciddiyyətinin fərqini gizlədə bilmir. Elə bu səbəbdəndir ki, İran mediasında mütəmadi olaraq dəhlizlərlə bağlı müxtəlif fikirlər səsləndirilir. Bəziləri bunu “dəhliz müharibələri”nə hazır olmaq kimi təqdim edir. Bəziləri isə Türkiyə və Azərbaycanla birlikdə yeni imkanlar əldə edilməsinin mümkünlüyünü qeyd edirlər. Tranzit məsələlər üzrə ekspert Məhəmmədmehdi Kərimi Qəhi bildirib ki, Tehran və Bakı arasında inkişaf edən tranzit…

Read More
Siyasət 

“Cənab İlham Əliyev nəinki dövlət içində dövlət qurmaq istəyən xainlərə…” – Deputat sərt danışdı

Deputat Bəhruz Məhərrəmov Milli Məclisdəki çıxışında bir sıra məqamlara diqqət çəkib. Musavat.com-un xəbərinə görə, o qeyd edib ki, 22 il əvvəl – 2003-cü ilin bu günü müzəffər lider, Prezident İlham Əliyev Konstitusiyanın 103-cü maddəsini rəhbər tutaraq ilk dəfə dövlət başçısı kimi dövlətin müstəqilliyi və ərazi bütövlüyünü qoruyacağına, xalqa ləyaqətlə xidmət edəcəyinə and içmiş, Ulu Öndər Heydər Əliyevin siyasətini davam etdirəcəyini vəd vermişdi: “Vəd vermək siyasətçinin fəaliyyət metodudur və dünya təcrübəsində liderlərə bir qayda olaraq verdiyi vədləri yerinə yetirmək ya tarixi şərait, ya da vədlərin özünün miqyası baxımdan müəssər olmur. Açıq desək,…

Read More
Siyasət 

Prezident İlham Əliyevin bu səfərini qürurla izlədik!

Milli Məclisin sədri Sahibə Qafarova parlamentin plenar iclasında Zəfər Günü barədə çıxış edib. Musavat.com çıxışın mətnini təqdim edir: “Hörmətli həmkarlar! Bildiyiniz kimi, noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində Zəfərinin beşinci ildönümü tamam olur. 8 noyabr Azərbaycanın tarixinə müdrik siyasi rəhbərliyin və uzaqgörən hərbi strategiyanın təntənəsi, xalqımızın yenilməz gücünün və qəhrəmanlığının rəmzi kimi daxil olmuşdur. Hörmətli deputatlar! Möhtərəm cənab Prezidentin sözləri beş il öncə baş vermiş hadisənin tarixi mahiyyətini ifadə edir. Cənab Prezident demişdir: “Azərbaycan 44 gün ərzində parlaq…

Read More
Gündəm 

Soğanın “göynədən” qiyməti

Bərdə-Ağdam, Zaqatala regionlarında bol məhsul var, lakin fermerlər onu reallaşdırmaqda böyük çətinliklərlə üzləşirlər  Bu il bır sıra regionlarda soğan sahələrindən bol məhsul toplanıb. Rəsmi rəqəmlər hələ açıqlanmasa da, regionlardan yayılan məlumatlar göstərir ki, əsas soğançılıq bölgəsi olan Bərdə-Ağdam, Zaqatala regionlarında bol məhsul var, lakin fermerlər onu reallaşdırmaqda böyük çətinliklərlə üzləşirlər. “Xəzər-xəbər”in məlumatına görə,  Ağdam rayonunda fermerlər bildirirlər ki, əvvəlki illərdə də soğan əkiblər, ancaq hazırda bu sahədən gəlir əldə edə bilmirlər. Fermerlər bildirir ki, hazırda 30-35 kiloqramlıq soğan kisələrini onlardan 5-6 manata almaq istəyirlər, amma bu qiymət onlar üçün zərərlidir.…

Read More
Gündəm 

Ərdoğan İrəvana Əliyevsiz gedəcək? – Sonuncu “ev tapşırığı”

Ermənistan xarici işlər naziri Ararat Mirzəyan Azərbaycan və Türkiyə prezidentləri daxil, xarici dövlət rəhbərlərinə rəsmi dəvətnamələr hazırlığına başladığını bildirib. Söhbət gələn ilin mayında İrəvanda keçiriləcək Avropa Siyasi Birliyinin növbəti sammitindən gedir. Az öncə Baş nazir Nikol Paşinyan şifahi şəkildə İlham Əliyevə və Rəcəb Tayyib Ərdoğna dəvət göndərmişdi. Parlamentin spikeri Alen Simonyan isə bu gün bəyan edib ki, İrəvan İlham Əliyev və Ərdoğanın sammitdə iştirakını təmin etməyə hazırdır. “Biz hər şeyi edəcəyik ki, Əliyev və Ərdoğan burada özlərini rahat və təhlükəsiz hiss etsinlər,” – Simonyan əlavə edib… Hələlik nə Bakı, nə…

Read More
Cəmiyyət 

Ukraynalı nazir Fəxri Xiyabanı, Şəhidlər Xiyabanı və Zəfər Parkını ziyarət etdi – FOTO

Azərbaycanda rəsmi səfərdə olan Ukrayna Respublikasının səhiyyə naziri Viktor Lyaşkonun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmiləri ilə birgə Fəxri Xiyabana gələrək, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə tər gül dəstələri qoyublar. Musavat.com xəbər verir ki, qonaqlar görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın, böyük alim, ictimai-siyasi xadim və səhiyyə təşkilatçısı Əziz Əliyevin, eləcə də tanınmış elm xadimi Tamerlan Əliyevin məzarlarını da ziyarət edərək üzərinə çiçəklər düzüblər. Daha sonra Ukrayna nümayəndə heyəti Şəhidlər Xiyabanına gələrək, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının,…

Read More
Cəmiyyət 

Tələbə kartı ilə metroda güzəşt tətbiq olunacaqmı? – “Bakı Metropoliteni”ndən açıqlama

Son günlər sosial şəbəkə platformalarında tələbə kartları vasitəsilə metroda ödəniş sisteminin tətbiq olunmağa başlandığına dair görüntülər yayılıb. Paylaşılan məlumatlarda iddia olunur ki, tələbə kartı sahibləri üçün gedişhaqqında müəyyən güzəştlər nəzərdə tutulacaq və onlar metrodan daha aşağı tariflə istifadə edə biləcəklər. Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-dən News24.az-a bildirilib ki, bu kimi güzəştlərin tətbiq edilməsi metropolitenin səlahiyyətində deyil: “Müxtəlif sosial qruplar üçün xüsusi güzəştlərin tətbiqi ilə bağlı məsələlərdə “Bakı Metropoliteni” QSC-nin qərar qəbul etmək səlahiyyəti yoxdur və qurum yalnız qərarların icrasını yerinə yetirir. Gələcəkdə belə bir qərar verilərsə, bu qərarın həyata…

Read More