Səhiyyə Nazirliyində TİKA-nın rəhbərliyi ilə görüş keçirildi
Səhiyyə Nazirliyində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) sədri Abdullah Erenin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana işgüzar səfəri çərçivəsində görüş keçirilib. Musavat.com xəbər verir ki, görüş zamanı iki qardaş dövlət arasında çoxtərəfli əməkdaşlıq münasibətlərinin uğurlu inkişafı, habelə səhiyyə sahəsində əməkdaşlıq və birgə layihələrin reallaşması ətrafında səmərəli fikir mübadiləsi aparılıb. Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev vurğulayıb ki, Azərbaycan-Türkiyə əməkdaşlığı bütün sahələrdə olduğu kimi, səhiyyə və tibb elmi sahəsinndə də nümunəvidir. Nazirin sözlərinə görə, Azərbaycanda tibbin bütün sahələri üzrə peşəkar kadrların yetişdirilməsində qardaş ölkənin tibbi mərkəzlərində çalışan mütəxəssislərin müstəsna xidmətləri var. Diqqətə…
Read More