Siyasət 

Ərdoğanın yeni hərbi doktrinası qlobal güc balansını pozur: Türkiyə dünya təhlükəsizlik sisteminin mərkəzinə çevrilir

Rəsmi Ankaranın son hərbi-strateji və siyasi-diplomatik qərarları Türkiyənin artıq yalnız regiondakı hadisələrə reaksiya verən oyunçu olmadığını göstərir… Əksinə, Türkiyə indi dünyada və regionda geopolitik proseslərin idarə olunmasında birbaşa iştirak edən strateji aktor statusu qazanıb… Türkiyənin yeni hərbi doktrinası böyük sürətlə və uğurla reallaşdırılmaqda davam edir. Rəsmi Ankara bu hərbi doktrinanın sayəsində Türkiyəni regional güc mərkəzindən dünyada strateji balans yaratmaq potensialına malik qlobal oyunçuya çevirməyə başlayıb. Və bütün bunlar Türkiyənin son vaxtlar qlobal məkanda nüfuzunun ciddi şəkildə artması ilə yanaşı, rəsmi Ankaranın beynəlxalq problemlərin həlli istiqamətində atdığı prinsipial addımlarda da öz…

Read More
Siyasət 

İran səfiri Ağbənd-Kəlalə avtomobil yolunun Naxçıvan üçün əhəmiyyətindən danışdı

Ağbənd-Kəlalə avtomobil yolunda yeni keçid məntəqəsi iqtisadi və tranzit imkanlarını genişləndirəcək. Bu barədə diplomatik korpusla Zəngilanda səfərdə olan İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu APA-ya açıqlamasında bildirib. Diplomat Naxçıvan üçün tranzit və iqtisadi imkanların yeni mərhələsini diqqətə çatdırıb. “Ötən 35 il ərzində region işğal altında olanda Azərbaycan Naxçıvana çıxış üçün İran ərazisindən istifadə edirdi. İndi də sərhədin o tərəfinə baxsanız, yük maşınları və avtobusların hərəkət etdiyini görərsiniz. Eyni zamanda, İranda da bu cür quruculuq işləri aparılır ki, yeni imkanlar yaransın. Gələn aylarda Ağbənd-Kəlalə yeni keçid məntəqəsi açılacaq və bizim iqtisadi əlaqələrimiz…

Read More
Siyasət 

Diplomatlar Qarabağda: ABŞ rəsmisi irəliləyişi yüksək qiymətləndirdi

Bölgədəki layihələr, o cümlədən infrastruktur həqiqətən təsiredicidir. Bu barədə diplomatik korpusla Zəngilanda səfərdə olan ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon APA-ya açıqlamasında bildirib. “Azərbaycan Hökuməti bölgəyə səfər etməyimiz üçün bu fürsəti təşkil edib. Əslində mən ilk dəfədir ki, Bakıdan kənardayam və irəliləyişi görmək üçün burada olmaqdan çox həyəcanlıyam. Bu, bizim üçün xüsusilə həyəcanvericidir, əlbəttə ki, ABŞ-ın səfərə olan sadiqliyi realdır və əldə edilən irəliləyişi görməkdən çox məmnunam”, – Emi Karlon vurğulayıb. Diplomat bölgədə gördüyü infrastruktur layihələrindən, yeni inşa edilən evlərdən, parklardan və məktəblərlə bağlı təəssüratını da bölüşüb. “Bu, həqiqətən…

Read More
Gündəm 

Yox olan “Artsax”ın bankı necə yaşayır? – Ermənistanda separatizmin maliyyə izi

“”Artsax” adının nə qədim, nə də müasir erməni dilində heç bir mənası yoxdur. Bu ad sırf Qarabağla bağlıdır və Ermənistan tərəfindən saxtalaşdırılmış siyasi layihənin tərkib hissəsidir”. Bunu Musavat.com-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Ermənistan ərazisində fəaliyyət göstərən “Artsaxbank” adlı bankdan danışarkən bildirib. Ekspertin sözlərinə görə, 2016-cı ilin noyabrında keçirilən qondarma “referendum”dan sonra separatçı rejim “Dağlıq Qarabağ” adını dəyişərək “Artsax Respublikası” kimi təqdim etməyə çalışdı: “Bu addımın məqsədi həmin qanunsuz rejimi beynəlxalq ictimaiyyətə “müstəqil dövlət” kimi tanıtmaq idi. Bu gün Ermənistanda “Artsaxbank” kimi qurumların…

Read More
Cəbhədən Xəbər 

Qazaxıstanda Zakir Həsənova medal təqdim edildi – VİDEO

Qazaxıstanda işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 31-də bu ölkənin müdafiə naziri general-leytenant Dauren Kosanov ilə görüşüb. Bu barədə Musavat.com-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüşdə Azərbaycanla Qazaxıstan arasında əlaqələrin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğu qeyd edilib, hərbi, hərbi-texniki, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın cari vəziyyəti müzakirə olunub. Hər iki ölkə arasında hərbi əlaqələrin yeni perspektivlərinin müzakirə edildiyi görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb. Qazaxıstan müdafiə naziri general-polkovnik Z.Həsənova “Beynəlxalq əməkdaşlığın inkişafına töhfəyə görə”…

Read More
Gündəm 

Avropanın Türkiyəyə əsrlik qərəzi yeni strateji əməkdaşlıqla əvəzlənir – ŞƏRH

Türkiyə-Avropa münasibətlərində yeni dövr başlayıb. Ötən gün Almaniya Kansleri Fridrix Merts Türkiyədə səfərdə olub. Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duranın sözlərinə görə, Türkiyə-Almaniya əlaqələrində yeni bir prosesin qapıları aralanıb. O, sosial şəbəkədəki səhifəsində bildirib ki, tərəflər 50 milyard dollara çatan ticarət dövriyyəsinin həcmini 60 milyard dollara çatdırmağı hədəfləyirlər. Dövlət rəsmisi Qeyd edib ki, müdafiə sənayesi başda olmaqla geniş bir əməkdaşlıq sahəsi gələcəyə yönəlik strateji bir sinergiya vəd edir. Türkiyə ABŞ kimi Avropa İttifaqı (Aİ), yaxud quruma üzv olmayan başqa dövlət üçün Yaxın Şərqdə bir çox cəhətlərinə görə etibarlı…

Read More
Gündəm 

Azərbaycan ideoloji müharibənin mərkəzində: Daxildəki “troya atları” kimlərdir?

Müasir dövrdə dövlətin gücü artıq təkcə ordusunun sayı, yaxud iqtisadi göstəriciləri ilə ölçülmür. Bu gün ən önəmli məsələ milli kimliyin, ideoloji sabitliyin və mənəvi dayanıqlığın qorunmasıdır. Çünki fiziki sərhədlər dronlarla, raketlərlə deyil, informasiya və təbliğat vasitələri ilə də aşılır. Dünya artıq “ideoloji müharibə” mərhələsinə daxil olub. Bu müharibədə atəş səsi yoxdur, lakin nəticələri real döyüş meydanlarından daha təhlükəlidir. Sosial şəbəkələr, beynəlxalq media platformaları, “qlobal dəyərlər” adı altında yayılan konsepsiyalar dövlətlərin milli ideoloji müstəqilliyinə yönəlmiş ən təsirli silahlardır. Məqsəd sadədir: xalqları öz tarixi yaddaşından, mənəvi dayaqlarından, milli kimliyindən uzaqlaşdırmaq. Azərbaycan bu…

Read More
Hava 

Noyabrda yağıntıların miqdarı normadan çox olacaq – AYLIQ PROQNOZ31

Bu il noyabr ayında Azərbaycanda havanın orta aylıq temperaturunun əsasən iqlim normasına yaxın olacağı gözlənilir. Bu barədə Publika.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qeyd edilib ki, noyabr ayında ümumi atmosfer sirkulyasiyasının dəyişməsi baş verir. Tutqun və buludlu günlərin sayı çoxalır. Soyuq hava kütlələrinin əraziyə tez-tez daxil olması nəticəsində havanın temperaturu xeyli aşağı enir. Aylıq yağıntının miqdarı əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur. Birinci ongünlüyün ilk günlərində ölkə ərazisində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 10-12…

Read More
Cəmiyyət 

Erkən nikahlar artıq cəriməsiz qalmayacaq

  “Azərbaycanda erkən nikahlarla bağlı qanunvericilik həm inzibati, həm də cinayət məsuliyyətini nəzərdə tutur”. Bunu BiG.AZ-a açıqlamasında vəkil Rəşad Əliyev bildirib. O, qeyd edib ki, on altı yaşına çatmayan şəxslə evliliyə dair sövdələşməyə daxil olmaq 1 000–2 000 manat cərimə və ya 1–2 ay inzibati həbs ilə cəzalandırılır. Erkən evliliklə bağlı mərasimlər — nişan, toy və digər tədbirlər — fiziki şəxslər üçün 1 000–1 500 manat, vəzifəli şəxslər üçün 3 000–4 000 manat, hüquqi şəxslər üçün isə 6 000–9 000 manat cərimə ilə nəticələnir, təkrar törədildikdə isə cərimələr artır. Dini kəbinkəsmə…

Read More
Cəmiyyət 

İslamı gözdən salanların arxasında onlar dayanır

Rəsul Mirhəşimli deyir ki, bu təbliğatın arxasında dayanan beynəlxalq güclər ideoloji maraqları çərçivəsində hərəkət edirlər Son dövrlərdə sosial şəbəkələrdə bəzi şəxslərin İslam dinini gözdən salan, dini dəyərləri aşağılayan və ictimai narazılıq yaradan videolar paylaşması geniş müzakirələrə səbəb olur. Sanki bu qrup şəxs İslamın mahiyyətinin məhz bu cür mənfi və aşağılayıcı xüsusiyyətlərlə səciyyələndiyini sübut etməyə çalışır.  Məsələn, hansısa pirdə kiminsə iməkləyərək yeri öpməsini, yaxud bir şəxsin avtobusda namaz qılmasını paylaşaraq inanclı insanları təhqir edirlər. Bu cür paylaşımlara xüsusilə Qurban və Ramazan aylarında, eləcə də Məhərrəm ayında tez-tez rast gəlinir. Bəziləri isə…

Read More