Cəmiyyət 

Ramiz Mehdiyevin dustaq edildiyi evə yalnız o gedə bilir – Qənbər kimdir?

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev cinayət məsuliyyətinə cəlb edilib. Məhkəmənin qərarı ilə ona 4 aylıq ev dustaqlığı cəzası verilib. Maraqlıdır, ev dustaqlığında olan Ramiz Mehdiyevi kimlər ziyarət edir, ümumiyyətlə, qanun yaxınlarının onunla görüşməsini qadağan edirmi? Mövcud qanunvericiliyə görə, ev dustaqları (elektron qolbaqla ev dustaqlığında olan şəxslər) müəyyən şərtlərlə yaxınları ilə görüşə bilərlər, lakin bu, məhkəmənin qərarından və nəzarəti həyata keçirən orqanın müəyyən etdiyi qaydalardan asılıdır. Başqa sözlə, yaxın qohumların evə gəlməsi və görüşməsi adətən qadağan edilmir. Amma müəyyən hallarda bu qadağan edilə bilər. Belə ki, bu görüş istintaqın gedişinə…

Read More
Gündəm 

Bir gün zirvədə, sabah dibdə: Gələcəyin pulu, yoxsa əsəblərin sınağı?

Kriptovalyuta bəziləri tərəfindən “gələcəyin pulu”, bəziləri tərəfindən isə “əsəblərin sınaq meydanı” kimi xarakterizə edilir. Virtual olmasına baxmayaraq, o, real dünyada ciddi təsir göstərməkdə davam edir. Bir gün qiyməti zirvədə, digər gün isə dibdə olan bu valyutaların ticarəti investorları həyəcanla izləməyə və bəzən çox yüksək risklərə atılmağa məcbur edir. Kriptovalyutalar səbəbindən bəzi insanlar hətta həyatlarına son qoyublar. Buna baxmayaraq, bu sahəyə maraq hələ də azalmır. Kriptovalyutaların gətirdiyi stres və psixoloji yük haqqında danışan kriptovalyuta investoru Murad Cəfərli uzun illərdir ki, bu bazarda fəaliyyət göstərdiyini bildirib. O, bütün sərmayəsini kriptovalyutaya yönəldib və…

Read More
Hadisə 

Göygöldə avtomobil qəzası olub, ölən və xəsarət alanlar var

Göygöldə avtomobil qəzasında xəsarət alanların kimliyi məlum olub. “Report”un Qərb bürosunun məlumatına görə, “Mercedes” markalı avtomobilin qəzaya uğraması nəticəsində rayonun Qızılca kənd sakinləri; – 2008-ci il təvəllüdlü Sənan Əsgərov və 2009-cu il təvəllüdlü Tunar Süleymanov xəsarət alıblar. Qəza zamanı ağır xəsarət alan daha iki nəfər – 2009-cu il təvəllüdlü İspi Alıyev və həmyaşıdı Elvin (soyadı dəqiqləşdirilir) hadisə yerində ölüblər. Qeyd edək ki, avtomobil idarəetmədən çıxaraq aşıb. Faktla bağlı araşdırma aparılır. *** Göygöl rayonunda avtomobil qəzası olub. “Report”un Qərb bürosunun məlumatına görə, avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində iki nəfər ölüb, daha…

Read More
Gündəm 

Əcnəbilər biçir, azərbaycanlılar isə işsizdir – Pakistanlılar ölkəmizin əmək bazarını belə tutur

Azərbaycanda kənd təsərrüfatının əsas problemi artıq torpaq və texnika çatışmazlığı deyil, əmək qüvvəsinin azlığıdır. Fermerlər məhsul əkir, amma biçməyə adam tapmadıqlarını iddia edirlər. Ənənəvi olaraq kəndin gəncləri üçün “müvəqqəti qazanc” sayılan tarlada işləmək maraqlı deyil. Bu boşluğu isə getdikcə xarici işçilər, əsasən Pakistan və Banqladeşdən gələnlər doldurur. Görəsən, yerli işçilər niyə tarlada işləməyə maraq göstərmir? Fermerlərin “işçi tapa bilmirik” deməsinin iqtisadi səbəbi nədir? Əmək bazarında balans niyə pozulub? Xarici ölkə vətəndaşlarının kənd təsərrüfatına cəlb edilməsi iqtisadi baxımdan müsbət addımdır, yoxsa risklidir? Bu tendensiya davam edərsə, 5-10 ildən sonra kənd təsərrüfatı…

Read More
Hava 

Sabah bəzi yerlərə yağış yağacaq

Bakıda və Abşeron yarımadasında noyabrın 2-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Milli Hidrometeorologiya Xidmətindən Musavat.com-a verilən məlumata görə, havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 11-15, gündüz 17-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şərq rayonlarında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim…

Read More
Gündəm 

Bakıda hərbi parada hazırlıq başlayıb

Bakıda Vətən müharibəsində qazanılan qələbənin 5-ci ildönümünə həsr olunmuş hərbi paradla bağlı məşqlər başlanılıb. “Report” xəbər verir ki, paytaxt səmasında hərbi təyyarələrin uçuşu müşahidə edilir. Xatırladaq ki, 2020-ci il dekabrın 10-da Bakıda Azadlıq meydanında Vətən müharibəsində qələbə şərəfinə Zəfər paradı keçirilib. 2023-cü il noyabrın 8-də isə Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad olub. Bu il isə noyabrın 8-də paytaxtın Azadlıq meydanında hərbi parad təşkil olunacaq.

Read More
Gündəm 

Düşmən Azərbaycan ordusunu dayandırmaq üçün görün hansı yollara əl atıb – Postlardan GÖRÜNTÜLƏR

AzTV xəbər komandası 30 ildən artıq müddətdə düşmən nəzarətində olan ərazilərimizdə — keçmiş döyüş postlarından eksklüziv görüntülər təqdim edib. Ağdam rayonunda çəkilən bu görüntülərdə düşmənin uzun müddət müşahidə və atəş nöqtəsi kimi istifadə etdiyi mövqelər, səngər strukturu və qurulan rabitə sistemləri əks olunub. Səngərlər əsasən kustar üsulla hazırlanmış beton dirəklərlə möhkəmləndirilib. Eyni zamanda, ermənilərin borulardan hazırladığı partlayıcı qurğuların bəziləri hələ də ərazidə qalmaqdadır.

Read More
Siyasət 

Diplomatik korpus Zəngəzur dəhlizində

Elçin Mirzəbəyli: “Ermənistan tərəfdə işlərin ləng getməsi diqqətdən qaçmır” Oktyabrın 31-də Azərbaycan Prezidentinin köməkçisi-Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik korpusun üzvləri ilə Cəbrayıl və Zəngilan rayonlarına səfər edib. Bu barədə Hikmət Hacıyev “X” hesabında paylaşım edib. “Biz Prezident İlham Əliyevin yolunu davam etdirərək, diplomatik korpusun üzvləri ilə birlikdə Cəbrayıl və Zəngilan rayonlarına səfər edirik. Səfərimizin ilk dayanacağı Horovlu kəndidir. Ziyarət zamanı Zəngəzur dəhlizinin tikintisinə, eləcə də regionda mövcud dəmiryolu və avtomobil yolları layihələrinə diqqət yetirəcəyik. 2020-ci il Vətən müharibəsindən sonra bu, diplomatik korpusla birlikdə azad…

Read More
Cəmiyyət 

Ukrayna və Azərbaycan səhiyyə sahəsində əməkdaşlığı genişləndirir – Bakıda bir sıra mühüm sənədlər imzalanıbFOTO

Ukraynanın səhiyyə naziri Viktor Lyaşkonun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana işgüzar səfəri çərçivəsində Səhiyyə Nazirliyində görüş keçirilib. Görüşdə, həmçinin Ukraynanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Yuri Husyev və Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əlibala Məhərrəmzadə də iştirak ediblər. Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev ölkələrimiz arasında ikitərəfli əlaqələrin bir çox sahələrdə uğurla davam etdiyini diqqətə çatdırıb. Nazir müstəqilliyin bərpasından sonra Azərbaycan ilə Ukrayna arasında dostluq münasibətlərinin formalaşdığını və ikitərəfli əsasda səmərəli əlaqələrin qurulduğunu qeyd edib. Prezident İlham Əliyevin milli səhiyyənin inkişafına böyük diqqət və önəm verdiyini vurğulayan nazir,…

Read More
Gündəm 

Gürcüstan Aİ-nin təzyiqlərinə etiraz olaraq Avronest fəaliyyətini dayandırdı

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ölkəsinin artıq Avronest Parlament Assambleyasının gələcək sessiyalarında iştirak etməyəcəyini açıqlayıb. “Aydındır ki, Avropa Parlamenti Avronest platformasını qonşu ölkələrə siyasi şantaj və öz dar gündəmini zorla sırımaq alətinə çevirib. Belə düşmən və birtərəfli yanaşmalar fonunda Gürcüstan nümayəndə heyəti iştirakını dayandırır,” – deyə o bildirib. Musavat.com-un məlumatına görə Papuaşvili əlavə edib ki, Tiflis yalnız Avropa Parlamenti konstruktiv dialoq üçün şərait yaradarsa Avronestə qayıdacaq. Qeyd edək ki, Avronest daha əvvəl Gürcüstandakı “demokratiyadan geriləmə”, “seçki saxtalaşdırılması” və “antidemokratik qanunlar” barədə tənqidi qətnamə qəbul etmişdi.

Read More