Cəmiyyət 

Xəzərdə köməksiz vəziyyətdə qalan balıqçılar xilas olundu – FOTO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində dənizdə vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Nazirliyin Mətbuat xidmətindən verilən məlumata görə, dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Zuğulba” dalğıc-axtarış qrupu cəlb edilib. Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində sahildən təxminən 500 metr məsafədə dənizdə qayalıq ərazidə köməksiz vəziyyətdə qalan balıqçılar, 1985-ci il təvəllüdlü Məmmədov Azər Elxan oğlu, 1990-cı il təvəllüdlü Həsənov Namiq Şükür oğlu və 1985-cı il təvəllüdlü Cəfərov Cəmaləddin Nuhin oğlu sahilə çıxarılaraq xilas ediliblər.

Read More
Cəmiyyət 

Vilayət Eyvazov Kürdəmirdə vətəndaş qəbulu və sıra baxışı keçiribVİDEO

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov oktyabrın 31-də və noyabrın 1-də Kürdəmir Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib. Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, rayon polis şöbəsinin inzibati binasında Kürdəmir, Ucar, Hacıqabul, Göyçay, Ağdaş, Ağsu, Şirvan və digər bölgələrdən gələn 315 vətəndaşın müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib. Nazir qəbula gələnlərin müraciətlərinin həlli istiqamətində zəruri addımların atılması və vətəndaş məmnunluğunun təmin olunması məqsədi ilə DİN-in aidiyyəti baş idarə və idarə rəislərinə ciddi tapşırıqlar verib. Müraciətlərin mütləq əksəriyyəti yerindəcə öz həllini tapıb, digərləri nəzarətə götürülüb. V.Eyvazov…

Read More
Cəmiyyət 

Bu ay 12 gün iş olmayacaq

Bu ay 12 gün qeyri-iş günü olacaq. 8 noyabr – Zəfər Günü şənbə gününə, 9 noyabr – Dövlət Bayrağı Günü isə bazar gününə düşdüyü üçün həmin tarixlərdə ardıcıl istirahət olacaq. Bununla əlaqədar 10 və 11 noyabr da qeyri-iş günü kimi müəyyən edilib. Beləliklə, bu ay şənbə və bazar günləri də nəzərə alınmaqla 1, 2, 8, 9, 10, 11, 15, 16, 22, 23, 29 və 30 noyabr tarixləri istirahət günləridir. Ümumilikdə, bu ay 12 gün iş olmayacaq.

Read More
Hadisə 

Xaçmazda ailə faciəsi: 17 yaşlı yeniyetmə anasını öldürdü

Xaçmaz rayonunun Çaykənarı kəndində dəhşətli hadisə baş verib. Kənd sakini, 1983-cü il təvəllüdlü Həqiqət Məmmədova bıçaq xəsarətləri nəticəsində həyatını itirib. İlkin məlumatlara əsasən, qadını onun 17 yaşlı oğlu qətlə yetirib. Hadisənin ailə-məişət zəminində, qısqanclıq səbəbindən baş verdiyi ehtimal olunur. Qonşular bildiriblər ki, ana ilə oğul arasında telefon üstündə mübahisə yaranıb. “İki oğlu var, kiçik oğlu anasını öldürüb. Deyilənə görə, hadisə telefonla bağlı olub. Uşaq anasına ‘danışma, telefonu ver, sındıraram’ deyib və aralarında mübahisə yaranıb”, – mərhumun qohumu bildirib. Ağır yaralanan Həqiqət Məmmədova təcili yardım vasitəsilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa…

Read More
Dünya 

Slovakiya Macarıstan və Çexiya ilə anti-Ukrayna koalisiyası yaratmağa hazırdır

Slovakiyanın iqtidar partiyası “Smer”in sədr müavini Lyuboş Blaxa bəyan edib ki, Bratislava, Budapeşt və Praqa arasında Moskva siyasətinə qarşı Brüsselin mövqeyini tənqid edən yeni siyasi ittifaq formalaşa bilər. “Avropada hələ sağlam düşüncəsini qoruyub saxlayan ölkələrin birgə addımları təkcə mümkün deyil, həm də ehtimal olunandır,” – deyə Blaxa vurğulayıb. Musavat.com-un məlumatına görə o qeyd edib ki, Slovakiya Macarıstan və Çexiya ilə “anti-Ukrayna koalisiyası” ideyasına müsbət yanaşır, çünki bu üç hökumət Brüsselin Moskva ilə münasibətlərdəki siyasətinin təhlükələrini anlayır.

Read More
Gündəm 

Xankəndiyə qayıtmaq istəyən ermənilərə ağır zərbə

Ermənistan parlamentində “Qarabağa qayıdış” təşəbbüsü bir daha rədd edilib. Hakim “Vətəndaş Müqaviləsi” Partiyası Qarabağdan köçmüş ermənilərin Xankəndiyə və ətraf ərazilərə qayıdışına dair müxalifətin irəli sürdüyü təklifin əleyhinə səs verib. Bu barədə parlamentin xarici əlaqələr komissiyasının üzvü, hakim partiyadan olan deputat Arman Yeqoyan məlumat verib. O bildirib ki, Ermənistan hökuməti hazırda Azərbaycan qarşısında belə bir məsələ qaldırmır: “Xaçaturyan tərəfindən irəli sürülən təklif Qarabağdan köçmüş şəxslərin qaytarılmasının təmin edilməsinin Azərbaycanın üzərinə məsuliyyət kimi qoyulmasını nəzərdə tuturdu. Amma hökumət bu anda bu istiqamətdə heç bir təşəbbüs irəli sürmür”, – Yeqoyan deyib.  Məsələyə səbəb…

Read More