Gündəm 

AZƏRBAYCAN DÖVLƏTÇİLİK TARİXİNİN ŞANLI SƏHİFƏSİ – VƏTƏN MÜHARİBƏSİ

Azərbaycanın dövlətçilik tarixində 27 sentyabr 2020-ci il mühüm dönüş nöqtəsi oldu. Bu gün yalnız müharibənin başlanması deyil, həm də xalqın milli iradəsinin, dövlətin qətiyyətli mövqeyinin və beynəlxalq hüquqa əsaslanan ədalətli mübarizəsinin simvoludur. Dünya hərb elmində həm də “XXI əsrin müharibəsi” adlandırılan Vətən müharibəsi Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri olmaqla, dövlətçiliyimizin inkişafında yeni mərhələnin əsasını qoydu. Müasir dövlətçilik anlayışında ərazi bütövlüyü, suveren hüquqların təmin edilməsi, milli birliyin qorunması əsas amillər kimi çıxış edir. Azərbaycan 5 il bundan əvvəl məhz bu fundamental prinsipləri qorumaq üçün qətiyyətli addımlar atdı. Bu səbəbdən 2020-ci…

Read More
Cəmiyyət 

Heydər Əliyev Mərkəzində “ART Weekend” festivalının rəsmi açılışı olub

Açılışda “Art Weekend” layihəsinin təşəbbüskarı, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva iştirak ediblər Oktyabrın 31-də Heydər Əliyev Mərkəzində “ART Weekend” festivalının rəsmi açılışı olub. Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə paytaxtımızda başlayan “ART Weekend” bir sıra ölkələrdən incəsənət və mədəniyyət xadimləri, kuratorları bir araya gətirib. “İki sahil” xəbər verir ki, rəsmi açılışda “Art Weekend” layihəsinin təşəbbüskarı, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Arzu Əliyeva və Alena…

Read More
Gündəm 

10 oldular: daha hansı başçıya həbs yolu görünür?

Korrupsiyaya bulaşan məmurların ifşası İH-lərin ləğvini yenidən gündəmə gətirdi; deputat bu əməliyyatların Bakının rayonlarında da keçirilməsinə çağırdı Məlum olduğu kimi, Balakən Rayon İcra Hakimiyyətində əməliyyat keçirilib. Korrupsiya hüquqpozmaları və vəzifə cinayətləri ilə bağlı keçirilən əməliyyat çərçivəsində rayonun icra başçısı İslam Rzayev və bir neçə digər rəsmi şəxslər saxlanılıb.  Bu ilin yayında isə Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev saxlanılıb. Korrupsiya əməllərində ittiham olunan başçı barəsində həbs qətimkan tədbiri seçilib. 2019-cu ildən indiyədək Azərbaycanda həbs edilən icra başçılarının əksəriyyəti eyni ittihamla saxlanılıb və həbs olunublar. 2019-cu ildə Yevlax rayonunun sabiq…

Read More
Cəmiyyət 

Bazarlarda meyvənin qiyməti “əl yandırır”

Bahalaşmanın bir səbəbi də ixracın artmasıdır Payız mövsümünün gəlişi ilə bu dövrün sevimli meyvələrinin də bazarlara yolu açılıb. Payız alması, armudu, nar, heyva, naringi, feyxua, mandarin və sair meyvələrin əsl yeyilən, mürəbbə, kompot bişirilən vaxtıdır. Lakin bu il bazarda payız meyvələrinin qiymətində ciddi bahalaşma müşahidə olunur və bu, ucuz mövsüm meyvəsi gözləyən insanları xeyli məyus edir. Xüsusilə bu aylarda həmişə bol və ucuz olan meyvələrin qiymətinin artması, həm də keyfiyyətli meyvələrin azlığı müşahidə olunmaqdadır. Modern.az-a açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli qeyd edib ki, ölkə ərazisində qida mallarının idxalında artım qeydə…

Read More
Cəmiyyət 

60 qəpiyə dəyməyən marşrutlar – Gecikmə, basabas və…

Ekspert deyir ki, problem daşıyıcı şirkətlərin məsuliyyətsizliyi ucbatından yaranır Paytaxtın ictimai nəqliyyatından narazılıq davam etməkdədir. Sosial şəbəkədə paylaşılan görüntülərdə qadın sərnişinlərdən biri avtobus gec gəldiyindən salonda yaranan basabasdan gileylənir.  Və deyir ki, “Gediş haqqını 60 qəpik etdilər, amma xidmət sıfırdır. Gediş haqqını nəzərə alıb 60 qəpiyə qaldırırlar, heç olmasa abır-həyanı da nəzərə alsınlar. Avtobusda kişi, qadın bilinmir. Hamı bir-birinə yapışıb”. (Sherg.az) İctimai nəqliyyat sahəsi həqiqətən də düzəlmir ki, düzəlmir. Yenə gecikmələr, tıxaclar, basabas, köhnə, motorundan qara tüstünü şəhərə yayan sınıq-salxaq avtobuslar, kobud sürücülər, uzandıqca uzanan intervallar… Avtobus zolaqlarının çəkilməsi, yeni…

Read More
Gündəm 

“Anası işlə bağlı danışırdı, deyirdi “briqadirsən?”- Video

Xaçmazın Çaykənarı kəndində baş verən qətl hadisəsinin təfərrüatı məlum olub. Kənd sakini Həqiqət Məmmədova bıçaqlanaraq öldürülüb. Qadının hadisəni törətməkdə şübhəli bilinən 17 yaşlı oğlu saxlanılıb. Məlumata görə, yeniyetmə anasını qısqanclıq zəminində qətlə yetirib. “Dedim Oruc nə edirsən? Eləmə! Əlində bıçaq girdi içəri birbaşa anasının qarnına sancdı. Əlimə stol götürdüm ki, vurum, bıçaq əlindən düşsün. Sonra belinə düşdü, o da atdı bıçağı, çıxıb getdi. Hadisə telefon üstündə baş verib. Anası işlə bağlı danışırdı, deyirdi ki, briqadirsən niyə danışırsan? Təkid edirdi ki, danışmasın, telefonu versin, yoxsa sındıracaq”, – mərhumun qohumu bildirib. Yaralı Xaçmaz Rayon…

Read More
Gündəm 

Reallıq proqnozları üstələdi: 10 ayın iqtisadi göstəriciləri

Mütəxəssisə görə, hökumət neftin qiymətlərinin ən az həddi ssenarisinə indidən hazır olmalıdır Ötən ilin əvvəlindən bir sıra beynəlxalq maliyyə qurumları və iqtisadi analitik mərkəzlər Azərbaycan iqtisadiyyatı ilə bağlı ehtiyatlı, bəzən isə bədbin proqnozlar irəli sürürdülər. Beynəlxalq Valyuta Fondu (BVF), Dünya Bankı, Fitch Ratings və bir sıra regional araşdırma institutları neft qiymətlərinin kəskin ucuzlaşaraq 40 dollar səviyyəsinə enəcəyi, bunun nəticəsində dövlət büdcəsində gərginlik, inflyasiyanın yüksəlişi və hətta milli valyutanın devalvasiyası risklərinin arta biləcəyi barədə xəbərdarlıqlar etmişdilər. Həmin dövrdə bəzi beynəlxalq ekspertlər Azərbaycanın iqtisadi artım tempinin zəifləyəcəyini, maliyyə sabitliyinin təzyiq altında qalacağını…

Read More
Gündəm 

“12 manata monqol əti” Azərbaycan bazarını bürüyüb – VİDEO

Son aylarda mağaza və bazarlarda Monqolustandan gətirilən ət alıcılar arasında böyük maraq doğurub. Kilosu cəmi 12 manata satılan bu ətlər artıq bir çox marketin vitrinində yerli məhsulları sıxışdırır. Rəsmi məlumata görə, ötən il ölkəyə idxal olunan ətin həcmi 41% artıb. Braziliya, Qazaxıstan, Belarus və hətta Avropadan gətirilən ət növləri də bazarda geniş yayılıb. Qida Təhlükəsizliyi Agentliyi bildirir ki, idxal olunan bütün ət məhsulları xəstəliklərdən azad bölgələrdəki müəssisələrdən gətirilir və baytarlıq sertifikatı ilə təsdiqlənir./Milli.az/

Read More
Gündəm 

Əsgərlik müddəti azaldıla bilər – Ermənistandan sonra…

Ramil Məmmədli: “Bu məsələdə Türkiyə və NATO təcrübəsindən də istifadə edə bilərik” Ermənistan hökumətinin son iclasında müzakirə olunan layihələr arasında “Hərbi vəzifə və hərbi qulluqçuların statusu haqqında” qanuna dəyişiklik edilməsi barədə qərar da var. Teleqraf xəbər verir ki, burada 24 aylıq məcburi hərbi xidmət müddətinin 2025-ci ilin qış çağırışından başlayaraq 6 ay azaldılması, 18 aylıq müddətli həqiqi hərbi xidmət müddətinin müəyyən edilməsi nəzərdə tutulur. Qanun layihəsinin qəbulu 2025-ci ilin qış çağırışı çərçivəsində 2026-cı ilin yanvar ayından başlanan 18 aylıq xidmət müddəti 2027-ci ilin iyulunda başa çatdığından, 2027-ci ilin ikinci yarısından…

Read More