Gündəm 

Sinaqoqda “Kalaşnikov” söhbəti – Şeyx II Qareginin maskasını belə yırtdı

Qafqaz Müsəlmanları İdarəsinin sədri (QMİ) Şeyxülislam Allahşükür Paşazadə ABŞ-dadır. Səfər çərçivəsində o, dünyanın ən nüfuzlu yəhudi din xadimlərindən biri, ravvin Artur Şnayerlə də görüşüb. Görüş Nyu-Yorkdakı sinaqoq kompleksində baş tutub. Mövzulardan biri Azərbaycan-Ermənistan barışıq prosesi, dini tolerantlıqla bağlı olub. QMİ sədri iki ölkə bu xüsusda rəhbərlərinin konstruktiv əməkdaşlıq mühitində sülh quruculuğu istiqamətində səy göstərdiyini, erməni kilsəsi və erməni diasporunun isə bu prosesi pozmaq üçün var gücü ilə dağıdıcı təbliğat apardığını vurğulayıb. Sitat: “Qəribədir, adətən siyasilər müharibəyə, münaqişələrə və qarşıdurmalara səbəb olurlar, din xadimləri isə sülhə çağırır. Hazırda gördüyümüz mənzərə isə…

Read More
Siyasət 

İlham Əliyev Yaxın Şərq Sülh Sammitində iştirak edir

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Misirdə işgüzar səfərdədir. Musavat.com xəbər verir ki, dövlət başçısı sammitin keçiriləcəyi Şarm əl-Şeyx şəhərindəki Beynəlxalq Konqres Mərkəzinə gəlib. Misir Prezidenti Əbdülfəttah əs-Sisi dövlət başçısını salamlayıb.

Read More
Hava 

Hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

Oktyabrın 14-də gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq? Milli Hidrometeorologiya Xidmətindən Musavat.com-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 13-dən 14-nə keçən gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 15-17, gündüz 19-23 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 55-65 % təşkil edəcək. Azərbaycanın rayonlarında…

Read More
Gündəm 

“Qiymətlər qalxacaq, lakin…” – AÇIQLAMA

Son vaxtlar qlobal neft bazarlarında qiymət azalmaları müşahidə olunur. Yaxın Şərqdə dəyişən vəziyyət, OPEC+ ölkələrinin istehsal siyasətindəki addımlar və qlobal iqtisadi trendlər nəzərə alındıqda, neftin qiymətinin gələcək istiqaməti ilə bağlı müxtəlif ehtimallar irəli sürülür. İqtisadçı Akif Nəsirli Sfera.az-a açıqlamasında bildirib ki, neft bazarının davranışını proqnozlaşdırmaq çətindir, çünki qiymət bir çox amillərin təsirindən formalaşır. “Bununla belə, hazırkı məlumatlar və trendlər qiymətlərin yaxın dövrdə aşağı yönlü hərəkət edə biləcəyini göstərir. OPEC+ qrupu istehsal siyasətində ehtiyatlı olsa da, bəzi ölkələr artıq məhdudiyyətlərin mərhələli şəkildə aradan qaldırılmasına başlayıb: Noyabr ayı üçün OPEC+ tərəfindən 137…

Read More
Cəmiyyət 

Azərbaycanda sürücülük vəsiqəsi ilə bağlı YENİLİK

Azərbaycanda moped idarə etmək üçün sürücülük vəsiqəsinin tələb olunması nəzərdə tutulur. Bu, “Yol hərəkəti haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. İclasda bildirilib ki, qanun layihəsinin əsas məqsədi moped nəqliyyat vasitələrinin istismarına dair tənzimləmələrin təkmilləşdirilməsi, sürücülərin bilik və bacarıqlarının artırılması və ümumilikdə yol hərəkəti təhlükəsizliyinin yüksəldilməsidir. Belə ki, sənəddə təklif edilən mühüm dəyişikliklərdən biri moped idarə etmək üçün sürücülük vəsiqəsinin alınmasının tələb olunmasıdır. Bu dəyişiklik sürücülərin müəyyən bilik və bacarıqlara malik olmalarını…

Read More
Təhsil 

Şagird və müəllimlərin nəzərinə! – YENİLİK

“Hazırda tətbiq etdiyimiz “Rəqəmsal məktəb” platformasında yaxın gələcəkdə şagird və müəllimlərə dəstək məqsədilə iki süni intellekt agenti istifadəyə veriləcək”. Bu fikirləri Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov “CBC Azərbaycan” kanalında yayımlanan “Davamlılıq və inkişaf” verilişində səsləndirib. O bildirib ki, Elm və Təhsil Nazirliyinin bütün fəaliyyəti şagirdləri onların gələcək peşə fəaliyyətlərinə hazırlamağa yönəlib: “Bu gün artıq elə bir sahə yoxdur ki, o sahəni, o cümlədən təhsili süni intellektsiz təsəvvür etmək mümkün olsun. Yaxın gələcəkdə süni intellekt bir çox peşələri əvəz edəcək. Əslində, bu işləri süni intellektin özü yox, onu mənimsəmiş…

Read More
Siyasət 

Hikmət Hacıyev: Azərbaycan Yaxın Şərqdə sülh gündəliyi baxımından bütün tərəflər üçün arzuolunan tərəfdaşdır

Prezident İlham Əliyevin Şarm əş-Şeyxdə keçirilən Yaxın Şərq Sülh Sammitində iştirak etməsi Azərbaycanın artan regional rolunun və orta güc kimi qlobal xarici siyasətinin təzahürüdür. Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında yazıb. O qeyd edib ki, Azərbaycan Yaxın Şərqdə sülh gündəliyi baxımından bütün tərəflər üçün arzuolunan tərəfdaşdır.

Read More
Cəmiyyət 

Gənclər arasında ən çox bu xəstəliklər yayılır – ARAŞDIRMA

Dünyada orta ömür müddəti artsa da, gənclər arasında ölüm göstəriciləri yüksəlməkdədir. Bu barədə “The Lancet” jurnalında dərc olunan və Berlin Dünya Səhiyyə Zirvəsində təqdim edilən “Qlobal Xəstəlik Yükü” (GBD) adlı araşdırmada bildirilib. 16 min 500 alim tərəfindən aparılan, 300 mindən çox məlumata əsaslanan tədqiqatda qeyd olunur ki, COVID-19 pandemiyasından sonra ömür uzunluğu yenidən artsa da, bəzi bölgələrdə, xüsusilə gənc əhali arasında ölüm halları çoxalıb. Araşdırma qismən “Bill & Melinda Gates” Fondu tərəfindən maliyyələşdirilib. “The Guardian” qəzetinin məlumatına görə, 2023-cü ildə qadınların orta ömür müddəti 76,3 il, kişilərin isə 71,5 il…

Read More
Sosial 

“Əcnəbi kürəkənlər, xarici gəlinlər” – Qarışıq nikahlar niyə artır?

Son illər Azərbaycanda əcnəbilərlə bağlanan nikahların sayı artmaqdadır. Ədliyyə Nazirliyinin 2025-ci ilin ilk 9 ayına dair statistikasına görə, 1570 Azərbaycan vətəndaşı əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərlə ailə qurub. Onlardan 858-i kişi, 712-si isə qadındır. Bu rəqəmlər bir neçə mühüm tendensiyanı əks etdirir: əvvəllər daha çox Azərbaycan kişiləri xarici qadınlarla ailə qururdularsa, indi artıq Azərbaycan qadınlarının da əcnəbilərlə nikaha meyli sürətlə artır. Bu hal cəmiyyətdə müxtəlif reaksiyalar doğurur. Bəziləri bunu milli kimliyimiz və genofondumuz üçün təhlükə hesab edir, digərləri isə belə nikahların mədəni inteqrasiyanın, qloballaşmanın və fərdi azad seçimin təzahürü…

Read More
Siyasət 

İlham Əliyev indi də Misirdə ölkəsinin tarixini yazır

Azərbaycan Prezidenti İlham Əliyev hazırda Misirdə işgüzar səfərdədir. Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün oktyabrın 12-də tədbirin keçirildiyi Şarm əl-Şeyx şəhərinə yollanan dövlət başçısı son 20 gündə dünyanın diqqətini bir daha ölkəsinin üzərinə cəmləyib. Qəzza sammitində dünyanın sayılıb-seçilən 20-dən çox dövlətinin rəhbəri iştirak edir ki, Cənubi Qafqazın lider ölkəsi Azərbaycan da unudulmayıb. Bu da şübhəsiz ki, İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasətdən qaynaqlanır. 23 sentyabrda BMT Baş Assambleyasının 80-ci sessiyası ilə əlaqədar ABŞ-yə etdiyi uğurlu səfərin ardından ölkə başçısı dünyanın diqqətini cəlb edən mühüm tədbirlərdə ard-arda iştirak etməkdədir. Diqqət…

Read More