İdman 

Dəqiqələr qalır – diqqətlər Polşada…

“Ukraynaya qalib gəlsək, artıq İslandiya qələbəsi möcüzə kimi qəbul olunmayacaq” Bu gecə Bakı vaxtı ilə saat 22:45-də Azərbaycan milli komandası tarixinin ən ciddi oyunlarından birinə çıxacaq. Dünya Çempionatının seçmə mərhələsində D qrupunda 4-cü oyunumuza çıxırıq. Rəqib isə güclü millilərdən sayılan Ukrayna seçməsidir. Qarşılaşma müharibə səbəbindən Polşada keçirilir. Qeyd edək ki, portuqaliyalı məşqçi Fernandu Santuşun qovulub yerinə yerli məşqçi Ayxan Abbasovun gəlişindən sonra millimizə ümidlər bir qədər artıb. Hazırda aktivində bir xalı olan Azərbaycan seçməsi Ukraynaya qalib gələrsə, xallarını rəqiblə bərabərləşdirir və gələn ay qrupdan çıxıb tarix yazmaq üçün İslandiya ilə…

Read More
Siyasət 

Tramp: İlham Əliyev çox güclü liderdir, işini çox yaxşı görürVİDEO

  ABŞ prezidenti Donald Tramp Azərbaycan prezidenti İlham Əliyev haqqında yüksək fikirlər səsləndirib. Musavat.com xəbər verir ki, Tramp deyib: “Hər halda, burada olduğunuz üçün hamınıza təşəkkür edirəm. Bu şəxs üçün, Azərbaycan üçün müharibəni həll etdim. Siz hələ də bir-birinizlə yola gedirsiniz, elə deyilmi? 32 il mübarizə apardıq, amma təxminən bir saata məsələni həll etdik, düzdürmü? İndi isə onlar bir-birini bəyənirlər. Burada olduğunuz üçün hər kəsə təşəkkür edirəm. O, çox güclü bir liderdir, işini çox yaxşı görür. Bu mərasimdən sonra çıxış edəcəyik, amma bu, çox önəmli bir imzalanmadır”.    

Read More
Siyasət 

Pakistan Prezidenti Sahibə Qafarovanı qəbul edib

Bu gün Pakistan Prezidenti Asif Əli Zərdari Milli Məclisin sədri Sahibə Qafarova və Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşu qəbul edib. Musavat.com-un xəbərinə görə, bu barədə N.Kurtulmuş “X”də yazıb. “Pakistan Prezidenti Asif Əli Zərdariyə qəbula görə təşəkkür edirəm və ümid edirəm ki, səfərimiz Türkiyə ilə Pakistan arasında dostluğu möhkəmləndirəcək və bütün sahələrdə əməkdaşlığımızı daha da inkişaf etdirəcək”, – o bildirib. Xatırladaq ki, bu gün İslamabadda Azərbaycan-Pakistan-Türkiyə parlament sədrlərinin 3-cü üçtərəfli görüşü keçirilib.

Read More
Siyasət 

Azərbaycan Prezidenti İlham Əliyev Yaxın Şərq Sülh Sammitində iştirak edib

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Misirdə işgüzar səfərdə olub. Musavat.com xəbər verir ki, dövlət başçısı oktyabrın 13-də Sammitin keçirildiyi Şarm əl-Şeyx şəhərindəki Beynəlxalq Konqres Mərkəzinə gəldi. Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi dövlətimizin başçısını qarşıladı, sonra birgə foto çəkdirildi. Daha sonra Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp dövlətimizin başçısını salamladı. Azərbaycan və ABŞ prezidentləri birgə foto çəkdirdilər. Sonra Yaxın Şərq Sülh Sammitinin iştirakçıları birgə foto çəkdirdilər.…

Read More
Region Xəbərləri 

Beynəlxalq idman ailəsinin etibarlı üzvü

Fəqət Şadlinskaya YAP Bərdə rayon təşkilatının sədri Azərbaycanın xarici siyasətində ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin qurulması prioritet istiqamətlərdir.  Həm dünya, həm qonşu, həm də Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın yüksələn xətlə inkişafı bugünkü reallıqlarda özünün aydın ifadəsini tapır. Dövlət başçısı İlham Əliyevin bu günlərdə MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Düşənbəyə səfəri də bu baxımdan diqqətdə oldu.  Dövlət başçısı İlham Əliyevin  Tacikistan Prezidenti Emoməli Rahmon ilə təkbətək görüşü keçirildi. Söhbət zamanı iki ölkənin dövlət başçılarının Azərbaycanda və Tacikistanda, həmçinin beynəlxalq tədbirlər çərçivəsində görüşləri məmnunluqla xatırlandı, yüksəksəviyyəli qarşılıqlı…

Read More
Region Xəbərləri 

Xankəndində bütün məscidlər dağıdılıb

Maddi-mədəniyyət abidələrinin zənginliyi ilə seçilən Qarabağ bölgəsində, Xankəndi şəhərində işğal dövründə İslam mədəniyyətinə aid olan bütün məscidlər, pirlər, qəbiristanlıqlar, muzeylər və abidələr dağıdılıb, hazırda onlardan bir iz belə qalmayıb. Bu, yalnız Azərbaycan xalqına deyil, bütövlükdə bəşər mədəniyyətinə qarşı bir təcavüzdür. Bu fikirləri Xankəndi şəhərində Qarabağ Universitetində “Mənəvi dəyərlər həftəsi” çərçivəsində keçirilən tədbirdə çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov səsləndirilib. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, E. Yusubov həmçinin diqqətə çatdırıb ki, işğal…

Read More
Region Xəbərləri 

Xankəndi, Ağdərə və Xocalıda əhalinin sayı açıqlandı- FOTO

İşğaldan azad olunmuş ərazilərdə hazırda genişmiqyaslı infrastruktur layihələri icra olunur. Yeni avtomobil və dəmir yolları, hava limanları, elektrik və su təchizatı sistemləri yaradılır, iqtisadiyyat, təhsil, səhiyyə, ictimai xidmətlər, mədəni irsin bərpası və digər istiqamətlərdə mühüm layihələr həyata keçirilir. Qısa müddət keçməsinə baxmayaraq qeyd olunan sahələrdə əhəmiyyətli nəticələr əldə edilmişdir. Artıq bu ərazilər nəinki yerli, həmçinin mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bunu Xankəndi şəhərində Zəfərin 5 illiyinə həsr edilmiş Qarabağda “Mənəvi dəyərlər” mövzusunda keçirilən tədbirdə çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov…

Read More
Cəmiyyət 

Azərbaycanda 16 yaşlı qız ana oldu

Azərbaycanda 16 yaşlı qız ana olub. Bununla bağlı “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova açıqlama yayıb. “Onun cəmi 16 yaşı var. Hamiləlik dövründə sığınacağımız tərəfindən ona dəstək göstərilib. Artıq körpəsi ilə birlikdə sığınacağa yerləşdirilən azyaşlının həm anası, həm də atası dünyasını dəyişib. Uşağın atasının isə harada olduğu bilinmir. Azyaşlının dediyinə görə, həmin şəxsin 27 yaşı var”, – deyə Mehriban Zeynalova bildirib. Oxu.Az

Read More
Cəmiyyət 

Nizami Rəhmanlı vəfat edib

Yazıçı və jurnalist Nizami Rəhmanlı vəfat edib. O bu gün 74 yaşında dünyasını dəyişib. Nizami Rəhmanlı əmək fəaliyyətinə AzTV Komitəsində başlayıb və “Azərbaycan”, “Respublika” və “Panorama” qəzetlərində çalışıb. Azərbaycan Yazıçılar Birliyinin üzvü olan jurnalist onlarla kitabın müəllifidir.

Read More