Dünya 

Netanyahu: İsraili təhlükəsizlik sınaqları gözləyir

  İsrail hələ də təhlükəsizlik sınaqları ilə üzləşir, bəzi düşmənləri yenidən hücum etmək üçün bərpa olunmağa çalışırlar. “Report”un xəbərinə görə, yəhudi dövlətinin Baş naziri Binyamin Netanyahu İsrail televiziyasının əsas telekanallarının yayımladığı ölkə vətəndaşlarına videomüraciətində belə bir açıqlama verib. “Kampaniya bitməyib. Bizi (İsrail – Red.) hələ də təhlükəsizlik sahəsində çox böyük sınaqlar gözləyir. Bəzi düşmənlərimiz yenidən bizə hücum etmək üçün özlərini bərpa etməyə çalışırlar. Ancaq biz doğru yoldayıq”, – Netanyahu deyib. O, İsrailin döyüşdüyü hər yerdə bütün dünyanı sarsıdan böyük qələbələr qazandığını qeyd edib.

Read More
Cəmiyyət 

Avtobuslarda qiymət artıb, bəs keyfiyyət? – Nə oturmağa, nə də dayanmağa yer var

Bakıda 119 nömrəli marşrut avtobusundan istifadə edən sərnişinlər hər gün eyni saatlarda yaranan sıxlıqdan şikayətçidirlər. Vəziyyət o yerə çatıb ki, avtobusda nə oturmağa, nə də dayanmağa yer qalmır. Sərnişinlərin sözlərinə görə, bu cür mənzərə hər gün təkrarlanır. Avtobusda yer olmamasına baxmayaraq, sürücü dayanacaqlarda yenə də sərnişinlərə qapını açır. Yekunda bu, təhlükəsizlik qaydalarının pozulmasına və sərnişinlərin haqlı narazılığına səbəb olur. Hər gün işə və ya dərsə yollanan sərnişinlər bu sıxlıq içində hərəkət etməyə məcbur olurlar. Narazı sakinlərdən biri vəziyyətdən çıxış yolunu belə izah edib: “Canımızın dərdindən “manatlıq” maşınlarla getmək məcburiyyətində qalırıq”.…

Read More
Gündəm 

Çoxvektorlu uğurlu xarici siyasət Azərbaycanın qlobal mövqeyini gücləndirir- ŞƏRH

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan sabit və davamlı inkişaf strategiyası beynəlxalq arenada mühüm uğurlarla müşayiət olunur. Azərbaycanın iqtisadi gücünün artması, ordu quruculuğunun daim prioritetdə saxlanılması və dövlət idarəçiliyində şəffaflıq prinsiplərinin tətbiqi Prezident İlham Əliyevin siyasi kursunun əsas dayaqlarıdır. Məhz bu əsaslı və düşünülmüş siyasət xətti nəticəsində Azərbaycan bu gün regional və qlobal səviyyədə etibarlı tərəfdaş, nüfuzlu söz sahibi kimi tanınır. Dövlət başçısının xarici siyasət kursu da milli maraqlara əsaslanan balanslaşdırılmış və çoxvektorlu yanaşma ilə fərqlənir. Azərbaycanın həm Qərb, həm də Şərq ölkələri ilə qarşılıqlı hörmətə və…

Read More
Gündəm 

Azərbaycan Belarusa kələm tədarükünü bərpa edib

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 187 min ABŞ dolları dəyərində 225,1 ton kələm (gül kələmindən, Brüssel kələmindən və brokkolidən başqa) ixrac edib. “İki sahil” xəbər verir ki, “Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 45 %, kəmiyyət olaraq – 71 % azdır. Hesabat dövründə Azərbaycan Ukraynaya 125,6 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 10,5 dəfə çox) 166,9 ton (+8,4 dəfə), Rusiyaya 33,3 min ABŞ dolları dəyərində (-90 %) 37 ton (-95 %), Belarusa 14,2 min ABŞ dolları dəyərində 20,3…

Read More
Cəmiyyət 

DİQQƏT: Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Azərbaycanın avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq. Bu barədə Musavat.com-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Qeyd olunub ki, oktyabrın 13-də bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.

Read More
Cəmiyyət 

Şərurlu İsfəndiyardan rəzil addım: “Gizli çəkiliş edib…” – VİDEO

Məşhur iş adamı şərurlu İsfəndiyarla bağlı qalmaqallı iddia ortaya atılıb. ARANTV.AZ xəbər verir ki, onun APA TV-nin əməkdaşlarını gizli şəkildə çəkərək kanalı təhdid etdiyi bildirilib. İddiaya əsasən, İsfəndiyar Axundov çəkiliş zamanı razılıq almadan otağında quraşdırılmış kamera ilə video qeydləri aparıb, daha sonra bu materiallardan istifadə edərək media qurumuna təzyiq göstərməyə cəhd edib. Buna səbəb isə APA TV-də şirkətin tikinti işini apardığı “Jasmine Park Qobu” layihəsində sakinlərin şikayəti iə bağlı yayımlanan süjet olub. İş adamınıən özü və şirkət nümayəndələri zəng edərək media qrumunun əməkdaşına hədə-qorxu gəliblər. Qeyd edək ki, Şərurlu İsfəndiyar son…

Read More
Hava 

Hava ilə bağlı SON DƏQİQƏ XƏBƏRDARLIĞI

Milli Hidrometeorologiya Xidməti oktyabrın 13-ü axşamdan 14-ü səhərədək Bakıda və Abşeron yarımadasında, 13-dən 14-ü səhərədək isə əksər bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Xidmətdən Musavat.com-a verilən xəbərə görə, Bərdə, Tərtər, Mingəçevir, Daşkəsən, Goranboy, Naftalan və Ağdamda narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək. Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Read More
Cəmiyyət 

Boşanma sonrası qətllərin sayı niyə artıb?VİDEO

Son illərdə qadınlara qarşı zorakılıq və xüsusən də boşanma sonrası baş verən qətllərin sayı artmaqdadır. Mütəxəssislər bildirirlər ki, bu halların kökündə psixoloji asılılıq, qısqanclıq, sosial təzyiq və ailədaxili zorakılıq mədəniyyəti dayanır. Araşdırma göstərir ki, çox vaxt kişilər nəzarəti itirmək qorxusundan və sosial qınaqdan çəkinərək bu cür cinayətlərə əl atırlar. Problemin həlli üçün cəmiyyət və dövlət səviyyəsində preventiv tədbirlərin gücləndirilməsi vacib sayılır. Daha ətraflı İctimai TV-nin videomaterialında:

Read More
Dünya 

Gürcüstanın XİN rəhbəri: “Şəffaflıq haqqında qanun” gizli planların qarşısını aldı

“Şəffaflıq haqqında qanun” Gürcüstanda gizli planların qarşısını aldı. “Report” xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili “İmedi LIVE” verilişində qeyri-hökumət təşkilatları (QHT) haqqında danışarkən deyib. Nazir bildirib ki, bəzi QHT-lər vətəndaş cəmiyyətini təmsil etmir, onların fəaliyyəti ölkədə dağıdıcı məqsədlər güdür. “Biz vətəndaş cəmiyyəti anlayışını indi danışdıqlarımızdan ayırmalıyıq. Bu, vətəndaş cəmiyyətinin siması deyil. Bu təşkilatlar müxtəlif mənbələrdən maliyyələşir və dağıdıcı məqsədlərlə fəaliyyət göstərirlər,” – Boçorişvili deyib. Nazirin sözlərinə görə, məhz buna görə “Şəffaflıq haqqında” Qanun bəzi QHT-lər tərəfindən bəyənilməyib: “Onlar qanunu istəmədilər, çünki bu zaman arxada dayanan məqsədlər…

Read More