İdman 

Azərbaycanda qadın futbolçu rəqibini yumruqladı – VİDEO

AFFA Yüksək Qızlar Liqasının II turunda keçirilən “Neftçi” – “Liman” oyunu qalmaqalla yadda qalıb. ARANTV.AZ  qafqazinfo-ya istinadən xəbər verir ki, “Palms Sport Arena”da baş tutan qarşılaşmanın 12-ci dəqiqəsində “Neftçi”nin və Azərbaycan milli komandasının üzvü Coşqunə Əliyeva rəqib futbolçu Mələk Hacıyevaya yumruq zərbəsi endirib. Hadisədən sonra baş hakim C. Əliyevaya birbaşa qırmızı vərəqə göstərərək onu meydandan kənarlaşdırıb. Qeyd edək ki, qarşılaşma “Neftçi”nin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Read More
Gündəm 

Azərbaycanda Çin avtomobilləri ucuzlaşdı – VİDEO

Azərbaycanda Çin istehsalı avtomobillərin qiymətində enmə müşahidə olunur. ARANTV.AZ Xəzər TV-yə istinadən xəbər verir ki, 2024-cü ilin sıfır kilometr avtomobillərin satış qiyməti 2025-ci il istehsalı eyni model və eyni komplektasiyanın qiymətindən 1000-2000 manat çox olub. Yəni il keçdikcə avtomobilin buraxılış ili yeni olsa da, qiymət azalmaqdadır. Satıcıların sözlərinə görə, qiymət fərqliliyinin bir neçə səbəbi var. Əsas amillərdən biri Çin bazarında modellərin müxtəlifliyidir. Satıcılar bildiriblər ki, avtomobillərin modelindən asılı olaraq, qiymət fərqi 200 dollardan 1000 dollara qədər dəyişir. Bəzi modellərdə isə qiymət 3500-4000 manata yaxın aşağıdır. Əlavə olaraq, avtomobillərin Çindən Azərbaycana…

Read More
Hadisə 

Bərdədə avtoqəzada xəsarət alanların SON DURUMU

  Bərdə-Yevlax yolunda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanların son durumu açıqlanıb. TƏBİB-dən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, iki kişi Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən hər iki şəxs ambulator müalicə üçün evə buraxılıb. Qeyd edək ki, Bərdə rayonunda iki minik avtomobili toqquşub, xəsarət alanlar var.

Read More
Siyasət 

Bakı-Moskva xətdində “sülh dili” – Emosiyalar yox, diplomatiya qalib gəldi

Azərbaycanla Rusiya arasında son aylarda müşahidə olunan gərginlik Düşənbədə keçirilən Vladimir Putin və İlham Əliyev görüşündən sonra arxada qalıb. Rusiya Prezidenti Vladimir Putin Tacikistana səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib ki, AZAL təyyarəsinin qəzaya uğramasından sonra yaranan emosional fon aradan qalxıb və münasibətlər “normal məcraya” qayıdıb: “İstintaq başa çatmaq üzrədir və indi ümumilikdə bu faciənin, bu qəzanın səbəbləri barədə danışmaq olar. O, bir neçə amillə əlaqədardır. Birincisi ondan ibarətdir ki, səmada Ukraynanın pilotsuz uçuş aparatı vardı. Biz faciə günü gecə Rusiya Federasiyasının sərhədini keçən üç belə pilotsuz aparatı eyni vaxtda…

Read More
Cəmiyyət 

Azərbaycanda vulkan püskürməsi ilə bağlı SON DƏQİQƏ MƏLUMATI

Hazırda Qaradağ rayonundakı Otman Bozdağ palçıq vulkanında baş vermiş püskürmənin aktivliyi dayanıb. Bu barədə Musavat.com-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, hadisə güclü alovlanma ilə müşayiət olunub. İlkin hesablamalara görə, yer səthinə çıxan brekçiyanın yayıldığı ərazi təxminən 4 hektar, orta qalınlığı 1,5 metr, həcmi isə təxminən 60 min kubmetr təşkil edir. Püskürmə sahəsi boyunca konsentrik çatlar müşahidə olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, eyni zamanda Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun əməkdaşları ərazidə birgə monitorinqləri davam etdirirlər. Xatırladaq ki, Otman Bozdağ Bakı və Abşeron yarımadasının palçıq…

Read More
Cəbhədən Xəbər 

Azərbaycan dörd ölkə ilə birgə hərbi təlimə qatılacaq

  Özbəkistanın Səmərqənd vilayətində keçiriləcək “Birlik – 2025” birgə regional təlimində iştirak edəcək Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu bu ölkəyə yola düşüb. Bu barədə Musavat.com-a Azərbaycan Müdafiə Nazirliyindən bildirib. Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Özbəkistan respublikalarından komando və PUA heyətlərinin iştirak edəcəyi birgə regional təlimin məqsədi iştirakçı ölkələrin hərbi qulluqçularının antiterror əməliyyatlarında peşəkarlıqlarının daha da artırılması, regionda dayanıqlı sülhün qorunması və qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır. “Birlik – 2025” birgə regional təlimi oktyabrın 21-dək davam edəcək.

Read More
Cəmiyyət 

Xarici qonaqlar Şuşa türməsində: 31 azərbaycanlının qalıqları tapılan faciə məkanıVİDEO

Şuşa türməsində erməni işğalı dövründə öldürülən azərbaycanlı əsirlərin 31 nəfərinə aid nəş qalıqları aşkar edilib. Tapıntılar azad edilmiş ərazilərdə aparılan istintaq və arxeoloji tədqiqatlar zamanı müəyyənləşdirilib. Fakt işğal illərində törədilmiş insanlıq əleyhinə cinayətlərin daha bir sübutu kimi qiymətləndirilir. Ekspertiza və identifikasiya işləri davam etdirilir. Musavat.com xəbər verir ki, xarici qonaqlar Şuşa türməsində olublar. Həmin görüntünü təqdim edirik:

Read More
Cəmiyyət 

Azərbaycan millisi Fransanı necə “rüsvay” etdi…

  Uşaqdan da soruşsanız, deyəcək ki, 3:0 məhəllə futbolunda da “kruqlu porojeniya” sayılır-bəs, Azərbaycan millisi niyə sevinir? Azərbaycan millisinin oktyabrın 10-da Fransa ilə qarşılaşmasında qeydə alınan nəticə(3:0) əslində Didye Deşamın komandasında ciddi problemlər olduğunu göstərdi. Azərbaycan milli komandasının üzvləri daxil nəticələyə görə sevinənlər var. Sanki onları hələ təbrik də etməliyik ki, nə yaxşı cəmi 3 top buraxdınız, sizə afərin, məşqçilərə də “beş”… Son illər tam iki hissədə 5 müdafiəçi ilə oynayan nə klub, nə millinin oyununa baxdığımı xatırlayıram. Hətta arada 6-lıq müdafiəyə keçdiklərini də gördüm. Müasir futbolda heç dünya çempionatının…

Read More
Maraqlı 

Oktyabr 4 BÜRCƏ şəxsi problemlər gətirəcək

2025-ci ilin oktyabrı bəzi bürclər üçün şəxsi problemlər və daxili dəyişikliklər ayı olacaq. 4 bürc əlaməti qorxuları, köhnə problemləri və ya mühüm qərarları ilə qarşılaşacaq. Ulduzların qovşağında kim olacaq və bu dövrü minimal itkilərlə necə keçəcək? Qoç Oktyabr nəzarət və tələsik qərarlarla bağlı daxili ziddiyyətləri ortaya çıxara bilər. Başqalarının müqaviməti ilə qarşılaşa və ya səylərinizin gözlənilən nəticəni vermədiyini hiss edə bilərsiniz. Bu zaman xüsusilə işdə və münasibətlərdə səbir tələb edir. Məsləhət: Yavaşlayın, “divarı yıxmağa” çalışmayın. Yeni problemlər yaratmaqdansa, geri addım atmaq daha yaxşıdır. Özünüzə vaxt verin – tələsməyi dayandırdığınız zaman hər şey…

Read More
Siyasət 

Türk Dövlətləri Təşkilatına qarşı qorxu ritorikası: Rusiya ekspertlərinin panikası nədən xəbər verir?

Türk Dövlətləri Təşkilatının (TDT) Qəbələdə keçirilən 12-ci sammiti Avrasiya məkanında yeni geosiyasi reallıqların yaranmaqda olduğunu göstərdi. Bu toplantı həm formatı, həm də verdiyi mesajları ilə təkcə üzv dövlətlər üçün deyil, regionda marağı olan bütün güc mərkəzləri üçün diqqət çəkici hadisə idi. Məhz bu səbəbdən son günlər Rusiyanın bəzi teleqram kanallarında və media resurslarında TDT-nin əleyhinə yönəlmiş materialların artması təsadüfi deyil. Qəbələdə qəbul edilən qərarlar və xüsusilə də Azərbaycanın təşəbbüsü ilə irəli sürülən təkliflər Moskva elitasında narahatlıq doğurub. Musavat.com xəbər verir ki, bu narahatlığın bariz nümunələrindən biri Moskva Dövlət Universitetinin əməkdaşı, politoloq İlya…

Read More