Manset 

Bu gün Bərdə rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Vüsal Bayramovun doğum günüdür.

Hörmətli Vüsal Bayramov! Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və məsuliyyətli ictimai fəaliyyətinizdə davamlı uğurlar arzulayırıq. Rayonun ictimai həyatında fəal mövqeyiniz, vətəndaş cəmiyyətinin inkişafına verdiyiniz töhfələr və prinsipial mövqeyiniz daim yüksək qiymətləndirilir. Yeni yaşınızda da fəaliyyətinizin uğurla davam etməsini, həyata keçirdiyiniz bütün təşəbbüslərin gerçəkləşməsini diləyirik. Doğum gününüz mübarək!

Read More
Gündəm 

“Müstəqil Azərbaycanın Konstitusiyasının müəllifi Ümummilli lider Heydər Əliyevin Hüquqi İrsi” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi və Qarabağ Regional Gənclər və İdman İdarəsinin təşkilati dəstəyi ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında keçirilib. Tədbir Ulu Öndər Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Layihə rəhbəri Fəxriyyə Cəfərli tərəfindən iştirakçılara layihənin məqsəd və əhəmiyyəti barədə ətraflı məlumat verilib. Ardınca Qarabağ Regional Gənclər və İdman İdarəsinin Gənclərlə iş sektorunun müdiri Orxan Fəxrəddinov və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının tərbiyə işləri üzrə direktor müavini Mahir Səlimov Ulu Öndər Heydər Əliyevin…

Read More
Bölgə Cəmiyyət 

Tərtərdə yas mərasimləri ilə bağlı yayılan məlumatlar yalandır – rəsmi açıqlama

Son günlər sosial şəbəkələrdə və bəzi internet resurslarında Tərtər rayonu ilə bağlı yayılan əsassız və həqiqətə uyğun olmayan məlumatlar cəmiyyətdə ciddi narahatlığa səbəb olub. Belə ki, guya Tərtər rayonunda keçirilən yas mərasimlərinin birində kabab və şirdan verilməsi ilə bağlı iddialar irəli sürülüb. Qeyd edək ki, bu məlumatlar tamamilə uydurma, yalan və dezinformasiya xarakterlidir.   Bu cür məsuliyyətsiz paylaşımlar ictimai fikri çaşdırmaqla yanaşı, eyni zamanda illərdir adət-ənənələrinə, mənəvi dəyərlərinə sadiq olan Tərtər camaatının adına ləkə yaxmaq cəhdi kimi qiymətləndirilir. Sosial mediada yayılan bu tip saxta xəbərlər insanların haqlı narazılığına və təşvişinə…

Read More
Region Xəbərləri 

Prezident İlham Əliyev 2026-cı il üçün “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülüb

Ölkəmiz üçün son illərin ən mühüm nailiyyəti ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası oldu. Biz bunu beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq, BMT Nizamnaməsinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq həyata keçirdik. Demək olar ki, 30 il ərzində bu, bizim milli ideyamız idi və biz hədəfimizə nail olmaq, ədaləti bərpa etmək üçün bütün səylərimizi səfərbər etdik. Əfsuslar olsun ki, beynəlxalq hüququn normaları işləmədi və beynəlxalq təşkilatlar yardımçı olmadılar. Çünki çoxsaylı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələr, sadəcə, kağız üzərində qalmışdı. Biz bunu özümüz həll etməli, ədaləti özümüz bərpa etməli…

Read More
Siyasət 

İlham Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı” ilə bağlı nümayəndə heyətini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalamı, “Zayed İnsan Qardaşlığı Mükafatı”nın münsiflər heyətinin üzvləri – Avropa İttifaqı Şurasının sabiq Prezidenti Şarl Mişeli və Afrika İttifaqı Komissiyasının sabiq sədri Musa Fakini qəbul edib. Musavat.com həmin görüşdən hazırlanan materialı təqdim edir. Azərbaycana həmişə məmnunluqla səfər etdiklərini deyən qonaqlar qəbula görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Onlar 2026-cı il üzrə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsi ilə bağlı göstərdiyi səylərə görə Prezident İlham Əliyevə təqdim olunacağını bildirərək, bu il fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı…

Read More
Siyasət 

Trampla İlham Əliyev arasında məktub mübadiləsi oldu

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb. Musavat.com-un məlumatına görə, məktubda deyilir: “Hörmətli cənab Prezident. Sizi – Azərbaycan Respublikasının Prezidentini Yaxın Şərqdə sülhü möhkəmləndirmək üçün, eyni zamanda, qlobal münaqişənin həll olunmasına yeni yanaşma üsuluna qədəm qoymaq yolunda son dərəcə mühüm əhəmiyyət daşıyan tarixi və möhtəşəm səyimizə qoşulmağa dəvət etməkdən böyük şərəf duyuram. Mən 2025-ci il sentyabrın 29-da Qəzza münaqişəsinə son qoymaq üçün əhatəli plan elan etdim. Bu, Ərəb dünyası, İsrail və Avropa da daxil olmaqla, bütün dünya liderləri və əsas dövlət başçıları tərəfindən sürətlə qəbul…

Read More
Siyasət 

Azərbaycan və İsrail prezidentləri görüşdü – FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda İsrail Dövlətinin Prezidenti İsxak Hersoqla görüşüb. Musavat.com xəbər verir ki, söhbət zamanı İsxak Hersoqun ölkəmizə səfərləri və dövlət başçısı ilə görüşləri məmnunluqla xatırlanıb. Azərbaycan-İsrail münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafı vurğulanıb. İqtisadi, ticari, enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğu qeyd edilib. Azərbaycan və İsrail prezidentləri əməkdaşlığın perspektivləri ilə bağlı məsələləri müzakirə ediblər.

Read More
Təhsil 

Universitetdən tələbələrin diplomu ilə bağlı AÇIQLAMA

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Dərbənd filialının 2024-2025-ci tədris ili üzrə məzunları diplomlarını ala bilmədiklərini bildirirlər. Bu barədə Musavat.com-a müraciət edən məzunların sözlərinə görə, məsələ ilə bağlı onlara aydın cavab verilmir. Məzunlar qeyd edirlər ki, dəfələrlə nazirliyə müraciət etsələr də, hər dəfə onları universitetə yönləndirirlər. “Elm və Təhsil Nazirliyindən bildirirlər ki, məsələ ilə bağlı UNEC-ə müraciət edək. Universitetə yaxınlaşdıqda isə deyirlər ki, sənədlər hələ ötən ilin avqust ayından nazirliyə təqdim olunub və prosesə ETN baxır”, – deyə məzunlar şikayətlərində bildirirlər. Onların sözlərinə görə, problemin həlli ilə bağlı aidiyyəti şəxslərlə görüşmək istəsələr…

Read More
Sosial 

Bu pensiyalar 53 manat ARTIRILIR

Ötən il ölkəmizdə minimum əmək haqqı 16 faiz, pensiyaların minimum məbləği isə 14,3 faiz artıb. Nəticədə 3 milyondan çox vətəndaşımız bu sosial islahatlardan yararlanıb. Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Musa Quliyev deyib. O qeyd edib ki, 2026-cı ilin dövlət büdcəsində sosial xərclər büdcənin 41 faizini təşkil etməklə 17,1 milyard manat həcmində nəzərdə tutulub: “Əmək pensiyalarının orta aylıq məbləği 2025-ci ildə 540 manat təşkil edib, 2026-cı ildə isə 590 manat olacağı nəzərdə tutulur. Bu il yaşa görə pensiyanın orta aylıq məbləğinin ötən…

Read More
Gündəm 

Azərbaycanda ilk: Buğdadan çox arpa əkildi

Azərbaycanda  2026-cı ilin məhsulu üçün payızlıq bitkilərin kütləvi səpini başa çatmaq üzrədir. Musavat.com Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, cari il yanvar ayının 1-i vəziyyətinə 958,5 min hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilib. Səpin aparılmış sahənin 98,9 faizini və yaxud 948,3 min hektarını dən üçün payızlıq bitkilər təşkil edib. Bu sahənin 457,9 min hektarı buğda, 490,3 min hektarı arpa, 0,1 min hektarı isə çovdar əkinlərinin payına düşür. Ötən ilin eyni dövrü ilə müqayisədə dən üçün payızlıq bitkilərin səpin sahəsi 1,7 faiz, o cümlədən arpanın…

Read More