Siyasət 

Prezident bu Nazirliklə bağlı FƏRMAN İMZALADI

Prezident İlham Əliyev “Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edib. Musavat.com xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb. Fərmana əsasən, Nazirlik onun strukturuna daxil olan və strukturuna daxil olmayan tabeliyindəki qurumlar vasitəsilə, Torpaq Məcəlləsinin 57-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulan hallarda, habelə meşə fondu torpaqlarında müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikintisi, ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə əkin dövriyyəsinə əlavə torpaq sahələrinin cəlb edilməsi zərurəti yarandıqda, həmin torpaqların kənd təsərrüfatına az yararlı və ya yararsız torpaq sahələri ilə əvəzləşdirilməsinin məqsədəuyğunluğuna, faydalı qazıntıların çıxarılması üçün torpaq sahəsinin kateqoriyasının…

Read More
Gündəm 

SON DƏQİQƏ: Ülviyyə İlyasova həbs edildi

Qaynı arvadının ölümünə səbəb olan plastik cərrah həkim, “AzE Estetik Mərkəzi”nin direktoru Ülviyyə İlyasova yenidən hakim qarşısına çıxarılıb.  Bakı Apellyasiya Məhkəməsində hakim Aqil Musayevin sədrliyi ilə baş tutan prosesdə barəsində həbs olmayan qərimkan tədbiri seçilən həkim barədə qərar dəyişdirilərək həbs qətimkan tədbiri seçilib. Ülviyyə İlyasova məhkəmə zalında həbs olunub. Məhkəmənin növbəti iclası aprelin 9-na təyin edilib. Qeyd edək ki, ötən il aprelin 16-da 1984-cü il təvəllüdlü Səbirə Vəliyevanın cərrahi əməliyyatdan sonra ölməsi faktı üzrə cinayət işi başlanıb. Müəyyən olunub ki, “AzE Estetik Mərkəz” MMC-nin direktoru Ülviyyə İlyasova aprelin 15-də qaynı arvadı…

Read More
Siyasət 

Prezidentdən TƏBİB-lə bağlı MÜHÜM SƏRƏNCAM

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) Müşahidə Şurasının tərkibi təsdiqlənib. Musavat.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib: Müşahidə Şurasının sədri Azərbaycan Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Müşahidə Şurasının üzvləri: Azərbaycan Respublikası maliyyə nazirinin müavini Azərbaycan Respublikası səhiyyə nazirinin müavini Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Səhiyyə İşçiləri Həmkarlar İttifaqının sədri.

Read More
Siyasət 

İlham Əliyev SOCAR-la bağlı sərəncam İMZALADI

Prezident İlham Əliyev Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında 23 yanvar 2021-ci il sərəncamında dəyişiklik edib. Musavat.com xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni sərəncam imzalayıb. Sərəncama əsasən, Şuranın üzvü olan maliyyə nazirinin keçmiş müavini Azər Bayramov nazirin I müavini Anar Kərimovla əvəz olunub.

Read More
Cəmiyyət 

SON DƏQİQƏ: FHN güclü zəlzələ ilə bağlı MƏLUMAT YAYDI

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, bu gün yerli vaxtla saat 13:05-də Lənkəran şəhərindən 50 km şərqdə, Xəzər dənizi ərazisində 70 km dərinlikdə 5.3 maqnituda zəlzələ qeydə alınıb. Musavat.com xəbər verir ki, bu barədə FHN Mətbuat xidmətinin məlumatında bildirilib. Qeyd edilib ki, zəlzələ ölkənin cənub rayonlarında 4-3 bal hiss olunub. “Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb”, – məlumatda vurğulanıb.

Read More
Gündəm 

Havalar fermerlər üçün ƏLVERİŞLİ keçir? – Mütəxəssis RƏYİ

Güclü yağışlar və daşqınlardan sonra Azərbaycanda havalar yenidən sabitləşməyə və istiləşməyə başlayıb. Hərçənd, bölgələrdə qeyri-müəyyən və yağışlı hava davam edir. Bu cür hava aprel üçün nə dərəcədə xarakterikdir? Fermerlər üçün əlverişlimi? Gözlənilən məhsuldarlığa təsiri necə olacaq? Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə aprel ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, ayrı-ayrı yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın olacağı ehtimalı var. Aqrar ekspertlərin fikrincə, qısa müddətli yağışlar məhsuldarlığa problem yaratmır. Amma yağışlar uzun müddət davam edərsə, taxıl…

Read More
Gündəm 

Zəlzələ ilə bağlı VACİB AÇIQLAMA– Gələcək günlərdə…

Xəzər dənizinin Azərbaycan akvatoriyasında baş verən növbəti yeraltı təkanlar ölkənin cənub bölgəsində və paytaxt Bakıda ciddi həyəcan dalğası yaradıb. Seysmik baxımdan hər zaman aktivliyi ilə seçilən Xəzər dənizi, bu dəfə 5.3 maqnitudalı zəlzələ ilə öz gücünü xatırlatdı. Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) yaydığı məlumata görə, episentri Lənkəran şəhərindən cəmi 55 km məsafədə, dənizin dərin qatlarında qeydə alınan bu zəlzələ, saniyələr ərzində geniş bir coğrafiyada hiss olunub. Bakı vaxtı ilə saat 13:05-də baş verən təkanlar xüsusilə Lənkəran, Astara və Lerik kimi rayonlarda sakinlərin evlərini tərk etməsinə səbəb olub. Təbiət hadisəsinin həm…

Read More
Gündəm 

Çörəyimiz xaricdən ÇIXIR – Deputatın gileyi VƏ…

“Son on ilin statistikasına baxdıqda görürük ki, 2016–2023-cü illərdə aqrar sahənin orta illik artım tempi 3,6 faiz olmaqla həmin dövrdə ÜDM-in orta illik artım tempindən yüksək olub. Müsbət dinamika son illərdə də davam etsə də, artım tempi yavaşlayaraq 2022-ci ildə 3,4 faiz, 2023-cü ildə 3 faiz, 2024-cü ildə 1,5 faiz, 2025-ci ildə isə 0,9 faizə enib”. Bunu Modern.az-a müsahibəsində Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli deyib. Deputat bildirib ki, Azərbaycanın torpaq fondunun yarıdan çoxu kənd təsərrüfatına yararlı torpaqlardır: “Nəzərə alsaq ki, işğal altında olmuş torpaqlar…

Read More
Təhsil 

Qida mühəndisi kimdir? TAU-da yeni nəsil mütəxəssislər necə yetişdirilir – MÜSAHİBƏ

Qida təhlükəsizliyi və keyfiyyətli ərzaq istehsalı bu gün dünyada ən vacib məsələlərdən biri hesab olunur. Bu sahədə peşəkar mütəxəssislərin hazırlanması isə həm qida sənayesinin inkişafı, həm də cəmiyyətin sağlamlığı baxımından xüsusi əhəmiyyət daşıyır. İki qardaş ölkənin ortaq akademik layihəsi olan Türkiyə-Azərbaycan Universitetində (TAU) də məhz bu məqsədlə qida mühəndisliyi ixtisasına xüsusi yer ayrılıb. Universitetdə bu proqram Türkiyənin nüfuzlu ali məktəblərindən biri olan Hacettepe Universitetinin təxminən 60 illik (1967) təcrübəsinə əsaslanan tədris proqramı əsasında həyata keçirilir. TAU-nun Qida mühəndisliyi proqramı tələbələrə güclü akademik bilik, texniki bacarıqlar və tədqiqat mədəniyyəti qazandırmağı hədəfləyir.…

Read More