Gündəm 

TƏCİLİ: Sürücülərə XƏBƏRDARLIQ edildi

Hazırda Bakıda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Musavat.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib. Bununla bağlı Mərkəzin əməkdaşları tərəfindən məlumat sürət tablolarında “güclü külək” işarəsi aktivləşdirilib. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

Read More
Cəmiyyət 

“Görünüşü dəyişmək deyil, itirilmiş funksiyanı qaytarmaq” – Baş həkimdən açıqlama

“Səhiyyə Nazirliyinin dəstəyi ilə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu nəzdində yaradılan yeni Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının əsas fəaliyyət istiqaməti ilk növbədə rekonstruktiv (bərpaedici) əməliyyatlardır. Məqsəd yalnız xarici görünüşü dəyişmək deyil, insanın zədələnmiş və ya itirilmiş bədən hissəsini mümkün qədər əvvəlki vəziyyətinə qaytarmaqdır”. Musavat.com xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı nazirliyin Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu nəzdində yaradılan yeni Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının baş həkimi Dilqəm Məmmədov açıqlayıb. Onun sözlərinə görə, rekonstruktiv əməliyyatlar əsasən qəza və travmalardan sonra…

Read More
Cəmiyyət 

“Real pasiyentlər, müasir avadanlıq və komanda işi” – Baş həkim tələbələr üçün yeni imkanlardan danışdı

“Azərbaycan Tibb Universitetində təhsil alan tələbələr üçün belə bir klinikanın açılması çox ciddi mərhələdir. Ən böyük dəyişiklik ondan ibarətdir ki, tələbələr praktiki təcrübəni real pasiyent üzərində, klinik mühitdə öyrənəcəklər”. Musavat.com xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı nazirliyin Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu nəzdində yaradılan yeni Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının baş həkimi Dilqəm Məmmədov açıqlayıb. Baş həkim qeyd edib ki, tibbdə ən vacib məsələlərdən biri də praktikadır. Tələbələr universitet dövründə klinik təcrübə keçsələr də, müasir və yaxşı təşkil olunmuş klinika onların…

Read More
Hadisə 

Paytaxtda görünməmiş FACİƏ – Valideyn məsuliyyətsizliyi, yoxsa…

Bakıda parklanma zamanı sürücü səhlənkarlığı ölümlə nəticələnib. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. Bildirilib ki, atasına məxsus avtomobildə nəzarətsiz qalan iki azyaşlı nəqliyyat vasitəsini hərəkətə gətirib. Xətai rayon sakini İlham Qasımov “VAZ” markalı avtomobili yaşadığı evin qarşısında, sərt enişli ərazidə, qapıları açıq vəziyyətdə saxlayaraq oradan uzaqlaşıb. Bu vaxt onun 7 və 6 yaşlı övladları avtomobilə əyləşərək sürətlər qutusuna müdaxilə ediblər. Nəticədə avtomobil hərəkətə gəlib. Uşaqlar nəqliyyat vasitəsindən düşməyə imkan tapsalar da, eniş istiqamətində sürət yığan avtomobil yolda olan iki qadını vurub. Hadisə zamanı piyadalardan biri xəsarət alıb,…

Read More
Hava 

Rayonlarda yağıntı intensivləşəcək – XƏBƏRDARLIQ

Azərbaycanın əksər rayonlarında aprelin 9-da hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Musavat.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi gözlənilir. Bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Read More
Cəmiyyət 

“Qarabağdakı dağıntılara göz yumanlar….”-Dini hesabata SƏRT ETİRAZLAR

Qafqaz Müsəlmanları İdarəsi(QMİ) ABŞ-nin Beynəlxalq Dini Azadlıq Komissiyasının (BDAK) 2025-ci ildə Azərbaycanda dini vəziyyətin qiymətləndirilməsi ilə bağlı hesabatda istinadlara dair bəzi məqamlara münasibət bildirib. QMİ-dən verilən məlumatda bildirilib ki, Azərbaycanda yaşayan dini icmaların nümayəndələri, ABŞ-nin Beynəlxalq Dini Azadlıq Komissiyasının (BDAK) 2025-ci ildə Azərbaycanda dini vəziyyətə dair hesabatda əsassız iddialarla bağlı ciddi narahatlıqlarını və dərin təəssüflərini ifadə edirlər: “Mövcud reallıqları nəzərə alaraq, hesabatdakı qiymətləndirməni qəti şəkildə rədd edirik. Hesabatda guya dini azadlığın pozulması və dini icmalara təzyiq göstərilməsi kimi Azərbaycana qarşı əsassız iddialar müəyyən qrupların qərəzli lobbiçilik mövqeyini əks etdirir. Bu…

Read More
Cəmiyyət 

Səhiyyə Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirildi

Səhiyyə sektorunda insan kapitalının gücləndirilməsi istiqamətində görülən işlər çərçivəsində səhiyyə naziri Teymur Musayev V “Yüksəliş müsabiqəsi”nin qalibi Ramil Hüseynzadə ilə görüş keçirib. Musavat.com xəbər verir ki, görüş zamanı səhiyyə sistemində həyata keçirilən yeniliklər, idarəçilikdə müasir yanaşmalar, rəqəmsal transformasiya və kadrların inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Nazir gənc mütəxəssisin irəli sürdüyü ideya və təşəbbüsləri diqqətlə dinləyərək, bu kimi layihələrin iştirakçılarının peşəkar yüksəlişinə verilən dəstəyin dövlət üçün prioritet istiqamətlərdən biri olduğunu qeyd edib. Teymur Musayev bildirib ki, “Yüksəliş” müsabiqəsi istedadlı və perspektivli gənclərin üzə çıxarılmasında, həmçinin onların dövlət idarəçiliyində aktiv rol almasına…

Read More
Siyasət 

Prezident İlham Əliyevin Məsud Pezeşkiana zəngi: atəşkəs fonunda mühüm mesajlar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında baş tutan telefon danışığı təkcə protokol xarakterli təmas deyil, həm də regionda formalaşan yeni geosiyasi düzənin mühüm indikatoru kimi qiymətləndirilə bilər. Bu əlaqənin fonunda İran ilə ABŞ arasında elan olunduğu bildirilən 2 həftəlik atəşkəs dayanır. Azərbaycan Prezidentinin iranlı həmkarını bu münasibətlə təbrik etməsi, ilk baxışdan diplomatik jest kimi görünsə də, əslində daha dərin məna daşıyır. Bu addım rəsmi Bakının regionda hərbi eskalasiyanın qarşısının alınmasına, sabitliyin və təhlükəsizliyin qorunmasına yönəlmiş prinsipial mövqeyini bir daha nümayiş etdirir. Azərbaycan üçün…

Read More
Siyasət 

Prezidentlə xanımı açılışa qatıldı – FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 8-də Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak ediblər. Musavat.com xəbər verir ki, Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev, Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Samir Rzayev dövlət başçısına və birinci xanıma mərkəzin fəaliyyəti barədə məlumat veriblər. Bildirilib ki, Beynəlxalq Təlim Mərkəzi “Azərbaycan Hava Yolları” QSC-nin təşəbbüsü ilə Milli Aviasiya Akademiyasının ərazisində yaradılıb. Mərkəz uçuş heyətinin fövqəladə vəziyyətlər üzrə hazırlığı, həmçinin hava hərəkətini idarəetmə dispetçerlərinin nəzəri və praktiki…

Read More
Təhsil 

BŞTİ-nin yeni müdir müavinləri kimlərdir? – DOSYE

Xəbər verdiyimiz kimi, Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) yeni təyinatlar həyata keçirilib. Musavat.com xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun əmrinə əsasən Fəttah Fəttayev və Turanə Məcidli BŞTİ-nin müdir müavini vəzifəsinə təyin ediliblər. Fəttah Fəttayev 1997-2019-cu illərdə Bakı Slavyan Universitetinin nəzdində Məktəb-Lisey Kompleksində pedaqoji fəaliyyətlə məşğul olub. 2019-2026-ci illərdə Bakı şəhəri 161 və 214 nömrəli tam orta ümumtəhsil məktəblərində direktor vəzifəsində fəaliyyət göstərib. 2012-ci ildə “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olub, 2016-cı ildə Təhsil Nazirliyinin Fəxri Fərmanına layiq görülüb, 2023-cü ildə “Azərbaycan Respublikasının qabaqcıl təhsil…

Read More